Ermənistanın eks-prezidentləri Qarabağla bağlı BÜTÜN SİRLƏRİ AÇDI

Ermənistanın eks-prezidentləri Qarabağla bağlı BÜTÜN SİRLƏRİ AÇDIErmənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma DQR-in danışıqlar masasında tərəf kimi iştirakı haqda təklifi Bakının sərt reaksiyası ilə yanaşı, İrəvanda da narazılığa səbəb olub.

Ermənistanın siyasətçiləri Paşinyanın ölkəni uçuruma apardığını hesab edirlər.

Keçmiş prezidentlər isə bir-birini ittiham etmək üçün Dağlıq Qarabağ məsələsində müəyyən detalları açıqlayaraq, Bakının diplomatik manevrlərlə İrəvanın yollarını necə kəsdiyini etiraf ediblər.

Əvvəlcə keçmiş baş nazir Serj Sarkisyan Paşinyanın təklifinə reaksiya verdi. O, bilavasitə danışmasa da, keçmiş müdafiə naziri Viqen Sarkisyanın dili ilə münasibətini açıqladı.

V. Sarkisyan bildirdi ki, Paşinyanın bu mövqeyi anlaşılmazdır: "Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin zaminidir, danışıqlarda tərəfdaşdır, lakin münaqişə tərəfi deyil. Rəsmi İrəvan bu mövqeni müdafiə edir, Bakı isə onun əleyhinə çıxır. Yeni baş nazir bu açıqlaması ilə Bakının mövqeyini təsdiq edir, yəni Ermənistanın münaqişə tərəfi olduğu faktını təsdiqləyir".

V. Sarkisyan Paşinyanın danışıqların detallarından xəbərsiz olduğunu vurğulayıb.

Ermənistanın birinci prezidenti, Dağlıq Qarabağ münaqişəsinin həllinə razılaşdığı üçün 1998-ci ildə "Qarabağ klanı" tərəfindən devrilən Levon Ter-Petrosyan isə Viqen Sarkisyanın özünün də danışıqların detallarından xəbərsiz olduğunu açıqlayıb.

O qeyd edib ki, Azərbaycan Ermənistanın işğalçı təcavüzkar kimi tanınmasına təkid edib: "BMT-nin məlum 4 qətnaməsi ilə bu təsdiqini tapır. Həmin qətnamələrə görə, Qarabağ ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ermənistan diplomatiyası Dağlıq Qarabağın münaqişə tərəfi kimi tanınmasına nail olmağa yaxın olsa da, Robert Koçaryanın cinayətə bərabər səhlənkarlığı ucbatından bu, baş tutmadı".

R. Koçaryan isə öz növbəsində Ter-Petrosyanı yalan danışmaqda ittiham edib.

"Dağlıq Qarabağın münaqişə tərəfi kimi qəbul edilməsi məsələsi mənim prezidentliyimdən əvvəl baş verib. 1990-cı ildən etibarən danışıqlar Ermənistan və Azərbaycan prezidentləri arasında olub. Levon Ter-Petrosyan Ayaz Mütəllibovla, Əbülfəz Elçibəylə, daha sonra Heydər Əliyevlə danışıqlar aparıb. Bununla yanaşı, iki ölkə prezidentinin nümayəndələri – Vəfa Quluzadə və Liparityan arasında (1995-96-cı illərdə 11 görüş olub) mütəmadi danışıqlar olub. Qarabağ danışıqlarda tərəf kimi iştirak etməyib", - deyə o bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3360   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Bu barədə xəbər verir

16 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart