Azərbaycanda FACİƏ: 12 yaşlı şagird məktəbdə öldü

Azərbaycanda FACİƏ: 12 yaşlı şagird məktəbdə öldüBiləsuvar rayonunda şagird məktəbdə ölüb.

Sonxeber.az report-a istinadən xəbər verir ki, rayonun Amankənd kənd sakini 6-ci sinif şagirdi 2006-ci il təvəllüdlü Hüseynli Əliyar Ürfan oğlu təhsil aldığı qonşu Dövrüşlü kənd tam orta məktəbində vəfat edib.

Məlumata görə, məktəbli axrıncı dərsdən evə gedərkən, qəfildən məktəbin həyətində dünyasını dəyişib. Onun nədən vəfat etdiyi hələlik məlum deyil. Lakin sudurğa xəstəliyinin olduğu bildirilir.

Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon şöbəsində müayinə edilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Sosial   Baxılıb: 2984   Tarix: 15 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR