Nazirlik əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Nazirlik əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq etdiSabah ölkədə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumatına görə, mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 17-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, gündüz cənub şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1050   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel
.

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğu

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları sata

23 aprel
.

Polisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb

23 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel