Heydər Əsədova milyonluq villa üçün torpağı kim bağışlayıb? - Təfərrüat

Heydər Əsədova milyonluq villa üçün torpağı kim bağışlayıb? - TəfərrüatKeçmiş kənd təsərrüfatı nazirinin mülkləri haqda ilginc məlumatlar

Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun Bakıda milyon manatlarla qiyməti olan 2 yeni villası üzə çıxıb. Unikal.org-un əldə etdiyi məlumata görə, onun paytaxtın Binəqədi rayonu Varovski qəsəbəsində olan villalarından biri 5 mərtəbəli, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villası isə 2 milyon manata tikilib. "Yeni Müsavat" xəbər verir ki, sabiq nazirin Binəqədi rayonu ərazisində nəhəng villa inşa etdirməsi yeni xəbər deyil. Hələ iki il əvvəl mediada belə xəbərlər dərc olunmuşdu.

Həmin xəbərlərdə iddia olunurdu ki, villanın yerləşdiyi ərazidə torpağın 1 sotu 100 min manata başa gəlir. Bildirilirdi ki, villanın yerləşdiyi torpaq sahəsini nazirə iş adamlarından biri hədiyyə edibmiş. Həmin villanın təmir işlərini isə digər iki iş adamı öz boynuna götürübmüş. H.Əsədovun nazir postuna keçdikdən sonra həm ölkədə, həm də xaricdə biznesini genişləndirdiyi deyilir. Bildirilir ki, Heydər Əsədovun xaricdəki biznesini yaxın adamlarından biri idarə edib. H.Əsədovun kürəkəni Anar Məmmədovun hesabları üzərindən ölkədən külli miqdarda pullar çıxardığı da iddia edilir. Yada salaq ki, sabiq nazirin oğlu Asif Əsədzadənin atasının Azərbaycan dövlətindən yayındırdığı pullar hesabına Londonda çoxlu mülklərə, ən bahalı avtomobillərə sahib olduğu deyilir .
Hətta xarici KİV-lər Əsədovun oğlunun ərəb şeyxləri ilə rəqabətə girdiyini də yazırdılar. H.Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrılıb. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan yüz milyonlarla manat dövlət vəsaiti aiddir.

H.Əsədov qudası, sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirərkən öz postunu saxlaya bilmişdi. Hətta aqrar sektor üçün əlavə irihəcmli dövlət vəsaitlərinin ayrılması onun kreslosunda möhkəmləndiyi rəyi yaratmışdı. İşdən çıxarılandan sonra Heydər Əsədov yalnız bir dəfə mediaya qəzəbli açıqlaması ilə yadda qalıb. "Mənə niyə zəng etmisiz. Mən hazırda məşğulam" deyərək açıqlama verməkdən yayıb.

Sabiq nazirin fəaliyyətinin yoxlanıb-yoxlanılmaması ilə bağlı dəqiq bilgi yoxdur. Yalnız o məlumdur ki, Hesablama Palatası bu ilin yanvar ayının 30-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin dövlət büdcəsindən ayrılan vəsaitlərin və istifadəsinə dair hesabatı Milli Məclisə göndərib. Yeri gəlmişkən, bu günlərdə deputat Vahid Əhmədov sabiq nazirlərin fəaliyyəti ilə bağlı danışarkən maraqlı mətləblərə toxunub. "Köhnə nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə. Filan nazir beş milyard yedi, filan nazir iki milyard yedi, dağıtdı-tökdü...

Həmin şəxslər nazir olan zaman Hesablama Palatası onun tabeliyində olan qurumu yoxlayıb. Maliyyə Nazirliyinin xüsusi müfəttişlər qrupu tərəfindən yoxlamalar aparılıb. Digər qurumları hələ demirəm. Əgər bu insanların günahı varsa, vaxtında cinayət məsuliyyətinə cəlb edin. Onlar da cavab versinlər. Yoxsa 10-15 il nazir işləyəndən sonra vəzifəsini itirənlərin mətbuatda və sair yerlərdə üstünə düşülür ki, bu da anlaşılmır. Bunlara heç kim cavab vermək istəmir" deyən deputat Hesablama Palatasının fəaliyyətini gücləndirməyə çağırıb: "Hesab edirəm ki, Hesablama Palatasının dövlət büdcəsinə nəzarət mexanizmini gücləndirmək lazımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1173   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan: ""Artsax" sovet dövründə elit restoran olub- başqasından xəbərim yoxdur..."-VİDEO

Paşinyan gənclərlə son görüşlərindən birində "Artsax" sözünə istehza edib. xəbər verir ki, bu haqda məlumat və video-görüntülər sosial şəbəkələrin erməni seqmentində yayılıb. "Paşinyan "artsax" sözünü ələ salır, onun sözlərinə görə, "artsax" sovet dövründə İcevand

16 aprel
.

"Taksilər ilə bağlı yeni qanun qüvvəyə minir, "Prius" markalı avtomobilərin aqibəti necə olacaq? - Açıqlama

Nazirlər Kabinetinin qərarına görə, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək Ölkə ərazisində çox sayda "Toyota Prius" markalı avtomobillər taksi kimi fəaliyyət göstərir. "Prius" markalı avtomobillərin kütləv

16 aprel
.

"Mal-qaramız illərdir oğurlanır, cinayətkarlar isə tapılmır"

"Düz 5 ildir ki, mal-qaramız oğurlanır. Oğurluq edənlər isə tapılmır. Artıq qapımızda heyvan qalmayıb". Bu şikayətlə "Qafqazinfo"ya Quba rayon sakini, təsərrüfatçı Rauf Piriyev müraciət edib. Mal-qarasının oğurlanmasından gileylənən təsərrüfatçı deyir ki, hadisə Abşerondakı qışlaqd

16 aprel
.

Azərbaycanda maaş və pensiyalar yenidən artırılır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünya bazarında "Brent" markalı neftin qiyməti 23 oktyabr 2023-cü ildən bəri ilk dəfə 91 dolları ötüb. Neftin qiymətindəki artımlar davam edir. Bu artımlar fonunda ölkəyə daxil olan xarici valyutanın həcmi də artır. Neftin qiymətinin bahalaşması maaş və pesniyalara təsi

16 aprel
.

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. məlumat verir ki, yayılan xəbərlərə əsasən, BAU-nun prorektoru dostları ilə birlikdə Gürcüstanın paytaxtı Tiflisə istirahətə yollanıb və aprelin 11-də əyləncə məqsədi il

16 aprel
.

Tanınmış həkim telefon nömrəsini satışa çıxardı - 26 min manat

Bakıda 2600 manata telefon nömrəsi satılır. xəbər verir ki, bu haqda saytında elan yerləşdirilib. Sosial şəbəkələrdə nömrənin qiyməti müzakirələrə səbəb olub. Araşdırmamız zamanı məlum olub ki, nömrənin sahibi tanınmış dermatoveneroloq-kosmetoloq Diana Məmmədovadır

16 aprel
.

Sükanı titrəyən avtobusla bağlı - Rəsmi açıqlama

Tərtər-Bakı xətti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, magistralda hərəkətdə olarkən avtobusun sükanı qəfil titrəməyə başlayıb. Təhlükəli vəziyyətə baxmayaraq, sürücü avtobusu yo

16 aprel
.

Məleykə Abbaszadə: "Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir"

"Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinli

16 aprel
.

"Facebook" sosial şəbəkəsinin işində problem yaranıb - FOTO

"Facebook" sosial şəbəkəsinin işində problem yaranıb. xəbər verir ki, bir saata yaxındır ki, şəxsi profildəki heç bir paylaşım görünmür. Problemin səbəbi ilə bağlı hələlik rəsmi hər hansı açıqlama yoxdur

16 aprel