AFFA hakimi söyən baş məşqçiyə və futbolçuya ağır cəza verdi
AFFA-nın İntizam Komitəsi "Səbail"in baş məşqçisi Samir Əliyevi cəzalandırıb.
Sonxeber.az xəbər verir ki, bu gün keçirilən iclasda Topaz Premyer Liqanın 27-ci turunda "Neftçi" ilə görüşdə hakimlər briqadasını təhqir edən gənc mütəxəssisə 5 oyunluq cəza verilib. Həmçinin, klub 4 min manat cərimə edilib.
Qeyd edək ki, "Neftçi" ilə matçın 42-ci dəqiqəsində görüşün baş hakimi Rauf Cabbarov onun qərarlarına narazılığını bildirən Samir Əliyevi texniki zonadan uzaqlaşdırıb. Lakin 39 yaşlı mütəxəssis baş hakimin göstərişinə əməl etməyərək, məşqçi skamiyasına dönüb.Yan xətt hakimindən narazı qalan baş məşqçi ona təhqiramiz sözlər işlədib. Cabbarov və 4-cü hakimin təkidindən sonra Əliyev meydanı tərk edib.
Bundan başqa, AFFA Topaz Premyer Liqanın 27-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Topaz Premyer Liqasının 27-ci turunun "Zirə" – "Kəpəz" matçının 9-cu dəqiqəsində "Zirə"nin futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 3200 manat cərimə olunub.
Oyunun 80-cı dəqiqəsində "Kəpəz"in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 639 Tarix: 16 may 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Neftçi"nin hücumçusuna ağır cəza
AFFA İntizam Komitəsi "Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanskini 4 oyunluq cəzalandırıb. "Qafqazinfo" xəbər verir ki, buna oyunçunun Əvəzedicilər Liqasında "Sumqayıt-2" ilə matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyin
9 aprel"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı
"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"
15 aprel"Mən gizlənməyəcəyəm" - Mbappe "Barselona" ilə oyun haqqında
PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə qarşıdakı ilk oyundan danışıb. "Böyük oyunçuların vaxtı çatıb. Mən hazıram və həmişə olduğu kimi, gizlənməyəcəm. PSJ-nin göstərdiyi dinamikanı nəzərə alsaq, əminəm ki, əlimizdən gələni edəcəyik və yeku
8 aprelƏfsanəvi futbolçu karyerasını bərpa etdi
Əfsanəvi braziliyalı hücumçu Romario 58 yaşında karyerasını davam etdirmək qərarına gəlib. bildirir ki, bu barədə "Globo" məlumat yayıb. Braziliya millisinin keçmiş hücumçusu ölkənin dördüncü divizionu olan D Seriyasında çıxış edən Rio-de-Janeyronun "Amerika" klubu ilə müqavilə imzalayıb
18 aprelSon mübarizəsində ayağı qırılan Makqreqor oktaqona qayıdır - VİDEO
Məşhur irlandiyalı qarışıq döyüş sənəti (MMA) ustası, iki çəki dərəcəsində UFC çempionu Konor Makqreqor tezliklə oktaqona qayıdacağını açıqlayıb. Bu barədə o özünün "X" sosial şəbəkə hesabında paylaşıb. "Tezliklə", - deyə Makqreqor bildirib. Qeyd edək ki, 34 yaşlı Makqreqorun so
7 aprelHuşunu itirən futbolçuya görə "Udineze" - "Roma" matçı dayandırıldı
"Roma"nın və Kot-d'İvuarın müdafiəçisi Evan Ndika futbol üzrə İtaliya çempionatında "Udineze" ilə matçda huşunu itirib. Hadisə oyunun 73-cü dəqiqəsində baş verib. Futbolçuya meydançada tibbi yardım göstərilib və o özünə gəlib. Daha sonra onu xərəklə meydançadan aparıblar. Bi
14 aprel2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir
Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin
12 aprel