Qızlara bəkarətini satmağa kömək edən şirkət

Qızlara bəkarətini satmağa kömək edən şirkətSonxeber.az kulis.az-a istinadən Günel Natiqin "Satmaq..." yazısını təqdim edir.

Flora Kərimovanın sevdiyim bir mahnısında deyilir ki, dünya köhnə dünyadır, sevgiləri təzədir. Amma artıq həyatın istiqaməti dəyişib.

İndi dünyamız yenidir, sevgilərimiz isə çoxdan köhnəlib. Nə qədər ətə-qana gətirmək istəsək də, alınmır. Süni nəfəs də fayda vermir. Sevgilər köhnəlib sıradan çıxıb.

Köhnədən isə hamı qurtulmaq istəyir.

Deyirlər, təzə sayt açılıb. İstifadə edilməyən malını satışa çıxarırsan, dərhal müştəri çıxır. Reklamlarda bu proses elə gözəl təsvir olunur ki, deyirsən bəs evdə lazımsız olan əşyalardan nəyi satışa çıxarsan tökülüşüb alacaqlar.

Daha düşünmürük ki, o paslanmış materiallardan hamımızın evində var. Elə əşyalar var ki, insan ondan xoşluqla ayrıla bilmir, ya hansısa xatirələri həmin əşyayla bağlıdır. Hər gün bir tarix olduğu kimi dünən aldığın əşya da sabah tarixə çevrilir, "köhnə" damğası vurulur.

Köhnələrdən qurtulmaq da asan deyil. Bir tanışım bir az işlətdiyi divanını satışa çıxarmışdı, nəinki alıcı çıxdı, hətta axırda köhnə divandan qurtulmaq üçün pulla fəhlə tutmalı oldu.

Yəni al-ver zəmanəsidir. Al-veri bacarmayan ya yerində sayır, ya da o əşyalar kimi o da köhnəlib sıradan çıxır.

Görəsən köhnə sevgiləri satışa çıxarsaq, alıcı tapılar? Çətin ki, tapılsın. Köhnə sevgilər köhnə əşyalar kimi üstünə toz yığır.

Tez-tez belə yazılar çıxır qarşımıza: "Gənc qız bakirəliyini milyon dollara satdı." Milyon dollara sahib olmuş gənc qız şəkildən bizə baxıb gülümsünür. Bu məlumat o qədər adi tərzdə təqdim edilir ki, oxucular təəccüblənməyə səbəb görmür. Əksinə, səmərəli biznes kimi qəbul edir.

Elə bil qədim peşənin nümayəndələrini asıb-kəsən biz deyilik. Deməli məsələ əldə olunan qənimətin dəyərindədir. Məqsəd vasitəni doğruldur.

Bu yaxınlarda daha bir gülümsəyən foto ilə rastlaşdım. Gənc qızın üzündəki məsumluq və qalibiyyət hansısa sahədə uğur qazandığından xəbər verirdi.

Fotonun altındakı yazı təsəvvürlərimi başqa yerə yönəltdi.

Bu tələbə qız öz bakirəliyini hərraca qoyubmuş. İki maqnat bir xeyli rəqabətdən sonra nəhayət ki, razılığa gəliblər. Nyi-Yorklu iş adamı 1 milyon 200 avroya parisli qızın bakirəliyini satın alıb.

"Qızın həyatı təmin olundu!" - xəbəri yayan qəzetçilər də səmərəli biznesi dəstəkləyirdilər.

Qəribə dünyadır, deyilmi?

Kiçik araşdırmadan sonra bakirəliyin hərraca çıxarılmasının demək olar ki, adi hala çevrildiyinin şahidi oldum. 19 yaşlı amerikalı model də arzularını bu yolla gerçəkləşdirib. Belə ki auksionda amerikalı qızın bakirəliyini ərəb şeyxi 2,25 milyon dollara alıb. Model bildirib ki, o, məbləğin belə böyük olacağını təsəvvür etmirmiş.

Özünü çox xoşbəxt hiss edən qız onu da deyib ki, bakirəliyi satmaq azadlığın bir formasıdır. O, insanların reaksiyasından şoka düşdüyünü bildirib. "Niyə insanlar qızların öz bakirəliyini satmasına qarşı çıxırlar? Biz bu işi rəsmi surətdə həyata keçiririk. Tövsiyəm də budur ki, bu iş üçün fərdi yola baş vurmasınlar, böyük şirkətlərlə müqavilə bağlasınlar".

Əgər bakirəliyin satışı böyük şirkətlərlə müqavilə əsasında həyata keçirilirsə, deməli vəziyyət biz düşündüyümüzdən də "ciddidir". Çağdaş dünyada əsas olan hansı yolla olur-olsun istənilən şərtlərə adaptasiya olmaq bacarığıdır.

Doğrudanmı məqsəd vasitəni doğruldur? Ömürlük həyatı təmin olunan qız gələcək nəsillərə öz "uğurunun" sirrini necə açıqlayacaq? Ümumiyyətlə, gələcək nəsillər bu işə necə baxacaq? Bu gedişlə gələcək gələcəkmi ümumiyyətlə?

"Ailəm pis vəziyyətdədir. Atam içki düşkünüdür, anamın öz həyatı var. 16 yaşım var, amma həyata ümidsiz baxıram. Bakirəliyimi imkanlı adama satıb bu çətinlikdən qurtulmaq istəyirəm".

Mütəxəssislərin fikrincə, bütün ticarət növlərində olduğu kimi bu "biznes"də də hiylə var. Həkim müdaxiləsiylə bakirəliyi bərpa etmək çətin deyil. Bu gedişlə "bakirəliyi" təkrar-təkrar satmaq mümkündür.

O ki qaldı, bakirəliyi satmaqla ağır həyat tərzindən qurtulmaq istəyinə, psixoloqlar deyir ki, belə qızlar ailə sevgisindən məhrum olanlardır. Onlar özlərini sataraq sevginin pulla ekvivalentini əldə edirlər. Belə qızların oxumaq, özlərini inkişaf etdirmək kimi meylləri yoxdur.

Çətin vəziyyətdə olmaq o demək deyil ki, etdiyin hər şey cəmiyyətin bəraətini qazanmalıdır. Çətin vəziyyətdə olan yüz minlərlə insan var. Mücadilə edən, çalışan, öz əməyi ilə nəyəsə nail ola bilən insanların təcrübəsi var.

Bu insanların təcrübəsindən imtina edib bakirəliyini satmaqla özünə həyat təmin edən hansısa parisli qızı, ya amerikalı modeli idol seçənlər əslində özlərini aldadırlar. Çünki həyatda heç nə asan başa gəlmir. Hər şeyin bir bədəli var.

Məqsəd isə heç də həmişə vasitəni doğrultmur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1849   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Son günlər əməlli-başlı "tiktoker ovu" gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası ala

19 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel