"Türkiyədə Zeynəb Xanlarova və Güneldən başqa müğənnimizi tanımırlar"

"Türkiyədə Zeynəb Xanlarova və Güneldən başqa müğənnimizi tanımırlar"Şou-biznesdə "Pişik" ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova qalmaqala səbəb olacaq açıqlama verib.

, "APA TV"-nin "Show time" verilişinə qonaq olan ifaçı bildirib ki, hazırki dövrdə Türkiyədə azərbaycanlı müğənnilərdən yalnız xalq artisti Zeynəb Xanlarova, sənətçi Azəri Günel Zeynalovanı tanıyırlar: "İstəməzdim ki, məni Türkiyədə tanısınlar. Orada pul qazanmaq olmur. Çünki elə bir şey olsaydı, onlar Azərbaycana axın etməzdilər. Elə nə varsa, bizdə var. Çox təəssüflər olsun ki, o pullar bizim burnumuzun ucundan gəlib keçir, aparırlar. Bəzi insanlar var ki, öz müğənnilərimizə qarşı xəsislik edirlər. Türkiyədən gələn müğənniyə külli miqdarda pul verirlər.

Türkiyədə bizim müğənnilərdən yalnız Zeynəb Xanlarova və Azəri Günel tanınır. Bu iki insandan başqa da heç bir müğənnimizi Türkiyədə tanımırlar. Sözümün də arxasındayam. Bu mənim öz fikrimdir, gördüyümü deyirəm.

Türkiyəyə gedib bir ətək pul töküb klip çəkdirirlər. Elə o pulu özün üçün Azərbaycanda ye də. Azəri Günel Türkiyədə borca-xərcə girib öz cibindən nəsə etməyib. Yəni bəhsə-bəhs klip çəkdirməyib ki, onu orada tanısınlar. O yalnız öz səsi, və sənəti ilə orada sevilib. Hamı onu Türkiyədə tanıyır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1510   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək. "Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqi

14 aprel
.

Hülya Avşardan qalmaqallı ailə təklifi

İki dəfə ailəli olub boşanan türkiyəli məşhur ulduz Hülya Avşar evliliklə bağlı diqqətçəkən açıqlamalar verib. Onun müvəqqəti ailə modeli müzakirələrə səbəb olub. "Bu ailələr beş illik müqavilə ilə olsa, insanlar heç olmasa həyəcanla bir-birindən soruşacaqlar ki, beş ildən sonra mənimlə yenidə

7 aprel
.

"Zooparkda heyvanlarla dərdləşdim"

Müğənni Mətanət Əsədova növbəti açıqlamalarıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı heyvanlarla dərdləşdiyi söyləyib. Bu barədə o, "Mirinin dibçəyi" yutub layihəsində danışıb. "Mən anamdan başqa heç kimə etibar etmirəm. Bir sözüm də olanda, sevincimi, dərdimi gedirəm onun qəbrini ziyarə

12 aprel
.

Türkiyəli fenomen duet oxuduğu azərbaycanəsilli reperlə məhkəməlik oldu

Son vaxtlar mahnıları ilə gündəmə gələn türkiyəli sosial media fenomeni Berkcan Güven Azərbaycan əsilli rusiyalı reper Əlizadəni məhkəməyə verib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, B. Güven bu barədə qatıldığı "Ebo Show" adlı proqramda açıqlama verib. Belə ki, verilişin aparıcısı İbrahi

17 aprel
.

Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"

Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə

14 aprel
.

Rəmişin həyat yoldaşı: "Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki..."

"Jurnalistlərə demək istəyirəm ki, Rəmiş yoxdursa, mən də yoxam. Əl çəksinlər məndən, yaşlı adamam, infarkt etməsinlər. Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki, mənim ünvanımı bütün Azərbaycanla bir edirlər?! Mən hamıdan uzaqlaşmışam. Yalandan yazırlar ki, evi 285 mi

7 aprel
.

Əməkdar artist Moskvanın mərkəzində ölü tapıldı

Rusiyanın tanınmış opera və estrada ifaçısı Yevgeni Kunqurov Rusiyanın paytaxtında həyatına qəsd edib. "Qafqazinfo" "112" teleqram kanalına istinadən xəbər verir ki, Əməkdar artist həyat yoldaşına yazdığı mesajda damarlarını kəsəcəyini bildirib və telefonu söndürüb. 40 yaşlı Y. Kunqurovu

9 aprel
.

"İndi oxumaqdan çox danışmaq lazımdır"

Xalq artisti Niyaməddin Musayev "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi proqramda aparıcı Nanə Ağamalıyevanın "Övladlarınızın səsi var" sualına belə cavab verib: . "Səsləri, avazları var, amma onları qoymaram ki, incəsənət dalınca getsinlər, oxusunlar

12 aprel
.

Zirəddin Rzayev mahnı oxudu

Tanınmış ekstrasens Zirəddin Rzayev bu dəfə ifası ilə diqqət çəkib. OLAY yazır ki, o, "Ovqat" verilişində qonaq olarkən mahnı oxuyub. Belə ki, Rzayev "Azərbaycan maralı" adlı xalq nəğməsini səsləndirib. Bu anlar tamaşaçıların marağına səbəb olub

8 aprel