Deputat: Seyidovun istefası ermənilərin iştahasını artıracaq

Deputat: Seyidovun istefası ermənilərin iştahasını artıracaqAzərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun tutduğu vəzifədən istefa verməsi ermənipərəst qüvvələri iştahasını artıracaq.

Bunu Sonxeber.az-a Milli Məclisin depuatı Elman Nəsirov AŞ PA-nın S. Seyidova sanksiya tətbiq etməsinə və onun istefaya getməsinə dair fikirlərə münasibət bildirirkən deyib.

Onun sözlərinə görə, 1949-ci il may ayının 5-də yaradılan Avropa Şurasının (AŞ) əsas funksiyası Avropa məkanında hər bir vətəndaşın hüquq və azadlıqlarını müdafiə etməkdir: "Bu nöqteyi-nəzərdən Azərbaycan Avropa ŞurasınA daxil olarkən üzərinə ölkə qanunvericiliyini Avropa Şurasının tələblərinə uyğunlaşdırmaq, xüsusən hüquqi sahədə islahatlar həyata keçirmək kimi öhdəliklər götürüb. Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursdan irəli gələrək bu istiqamətdə ciddi addımlara imza atıb, üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirib və yerinə yetirməkdədir".

Deputat təəssüfləndiyini bildirib ki, Azərbaycan qarşı tərəfin analoji addımlarının şahidi olmayıb: "Məsələn, hətta bir insanın hüquqlarını müdafiə etməli olan təşkilat 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün taleyinə tam biganə qaldı, onları qaçqın və məcburi köçkün vəziyyətinə salan Ermənistana münasibətdə heç bir təsir mexanizmini yaratmadı və işə salmadı. Biz dəfələrlə şahidi olmuşuq ki, AŞ PA-da Azərbaycanla bağlı qərəzli yanaşmalar ortaya qoyulub".

E. Nəsirov hesab edir ki, S. Seyidov keçirdiyi mətbuat konfransında ona qarşı tətbiq edilmiş sanksiyanın arxasında əslində nəyin dayandığını açıqlayıb və məsələnin əsl mahiyyətini göstərib: "Seyidov faktlarla, arqumentlərlə əsaslandırdı ki, bu, qərəzli siyasətdir, ikili standartların nəticəsidir. Azərbaycanı ona görə təzyiq tərəfi kimi seçirlər ki, ölkə apardığı müstəqil siyasət kursundun vaz keçsin. Sanksiyaların tətbiqi heç bir halda düzgün deyil, Azərbaycanın AŞ PA ilə münasibətlərinə bugünkü reallığına və perspektivlərinə kölgə salan bir amildir".

Sanksiyaların müəyyən məhdudiyyətləri nəzərdə tutduğunu diqqətə çatdıran millət vəkili deyib ki, bütövlükdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti bütün imkanlardan, yəni söz demək, mövqe bildirmək və səs vermək kimi hüquqlardan tam şəkildə istifadə edəcək: "Saskiya Seyidova münasibətdə 2 il müddətinə nəzərdə tutulmuş addımdır. Əslində ermənilərin mövqeyininin nəticəsidir ki, S. Seyidova qarşı sanskiya tətbiq edilib. Bu, artıq AŞ PA-nın ermənipərəst mövqeyinin ifadəsidir. Biz bunu AŞ rəhbərliyi səviyyəsində də dəfələrlə bunu görmüşük".

Onun sözlərinə görə, Azərbaycan AŞ PA ilə əməkdaşlığın inkişafında və dərinləşdirilməsində maraqlı tərəfdir: "Çalışmalayıq ki, AŞ PA belə bir addım atılmasının ikitərəfli münasibətlərə zərər vuracağının fərqində olsun. AŞ PA unutmamalıdır ki, qoca qitəni təmsil edən şuradır. Ancaq qocalıq daha çox müdriklik anlamında olmalıdır. Təəssüf ki, AŞ müdriklik anlamında deyil, qocalmış və yenilənmək istəməyən bir qitənin qurumu kimi davranır.

S. Seyidovun AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən gedib-getməməsi məsələsinə gəlincə, E. Nəsirov bildirib ki, S. Seyidovun AŞ PA-da olmasının və ya olmamasının Azərbaycana gətirəcəyi dividentlər ətraflı müzakirə edilməlidir: "Əslində Seyidov son 17 il ərzində AŞ-da çox akti fəaliyyət göstərib, hətta AŞ PA-nın vitse-prezidenti olub. AŞ PA məkanında nüfuzu şəxsərdən biri hesab olunur və həmişə də mövqeyini açıq şəkildə ifadə edib. Keçən çıxışların birində demişdi ki, biz Avopa Şurasının hamımızın Avropa Şurası olmasını istəyirik. Amma belə olmadı. AŞ ayrı-ayrı şəxslərin, dövlətlərin və maraqların şurası oldu. AŞ PA münaqişə, Ermənistanın təcavüzü, 1 milyondan çoc qaçqın və məcburi köçkünün taleyi ilə bağlı real addım atmadı, Ermənistana heç bir təzyiq göstərmədi. Siz güman edirsiniz ki, Seyidovun AŞ PA-da təmsil olunmaması qurumun Azərbaycana münasibətdə siyasətində dəyişikliyəmi gətirəcək? AŞ riyakar və ikili standartlar siyasətinə dəyişiklik edəcəkmi, əlavələr edəcəkmi? Mən buna inanmıram. Əslində bu mövqeyi seçən ermənipərəst qüvvələr bir qədər də ruhlana bilərlər ki, təzyiq tərəfi kimi Seyidovu seçdilər və istədiklərinə nail oldular. Bu onlarda iştah yarada, onların iştahlarını artıra bilərlər. Bütün bu amilləri nəzərə almaq lazımdır".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1362   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel