"Yanğından sonra körpələrin şəklinə baxıb ağlayan yerdə görmüşdüm sizi, Xaləddin müəllim"

"Yanğından sonra körpələrin şəklinə baxıb ağlayan yerdə görmüşdüm sizi, Xaləddin müəllim"Xəbər verdiyimiz kimi, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov işindən azad edilib.

Adı ətrafında çoxsaylı qalmaqalların yaşandığı, fəaliyyəti ilə Binəqədi sakinlərinin narazılığına səbəb olunan Xaləddin İsgəndərovun vəzifədən çıxarılmasına sosial şəbəkələrdə çoxsaylı və müxtəlif reaksiyalar olub.

Mövzunun aktuallığını nəzərə alaraq ən maraqlı statusları sizə təqdim edirik:

Nəsimi Paşayev, Bakı Metropolitetinin mətbuat xidmətinin rəhbəri: "Sərəncam heç özünə çatmamış başlayırsız döşəməyə. Bir səbriniz olsun da, bəlkə Bakı ŞİH təyin edildi".

Fuad Əsgərov, gənc fəal: "Binəqədi icra başçısının getməsinə insanlar qurban kəsməyı hazırdı :). Xalqın sevgisini qazanın kreslo gəldi-gedərdi...

Qoşqar Salmanlı, jurnalist: "Yığışıb gedirəm evə..." Bunu işdən azad edilən icra başçısı deyib. Yazıq incik gedir... "Azadlıq" metosunun üstündə parkı dağıdıb, ticarət mərkəzi, bina tikəndə heç incik danışmırdı..."

İsmayıl Nəsibli, jurnalist: "Xaləddin İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bəs bilmirdin hasarı uçduğu üçün tikinti işləri aparan şəhid ailəsinin evinə adam göndərməyin sonu belə olacaq?"

Nuridə Allahyarova, jurnalist, Binəqədi icra hakimiyyətinin keçmiş əməkdaşı: "Mən özümü bu cəmiyyətə ən lazımlı sizinlə işlədiyim dönəmdə hiss etmişəm. Bir dəfə dediniz ki, "səndən məmur edə bilmədim",. Məncə mən elə sizinlə işləyəndə məmur olmağı öyrəndim. Danladığınızdan 5 dəqiqə sonra "Allahyarova, filan iş nə yerdədir" deyə zəng edib heç nə olmamış kimi söhbətinizlə barışırdım. Hirsli kütlə önünə çıxmamanız üçün təkid etdiyimizdə "orda mən olmalıyam" deyə bütün günü kütlənin içində olmağınızı kənardan qürurla seyr edirdim. Mən yanğından günlər sonra "o körpələrin şəkilləri yaman ağırdır. Allahyarova" deyə gözünüzdə yaş görmüşəm. Xaləddin müəllim, yadınızda deyirdim "biz sizinlə güclüyük". Bilirəm küsmüsünüz məndən, bəlkə mən doğrudan da istədiyiniz kimi məmur ola bilmədim, qaçdım. Amma siz tanıdığım ən yaxşılardansınız. Həmişə deyirdiniz ki, prezidentin verəcəyi işimə xitam sərəncamı təyinatım qədər mənim üçün önəmli olacaq. Cənab prezidentin yerinizə təyinatı kim olacaqsa ona uğurlar. Sizə isə can sagligi arzu edirəm".

Bu statusa şərh yazan jurnalist Azər Niftiyevin fikri də maraqla qarşılanıb: "Elə təsirli yazmısız ki, adam elə bilir, Xaləddindən yazmamısız".

azxeber.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2655   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur

Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir. APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarında

23 aprel
.

"Azərbaycan Rusiya arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmlənməsi regiona davamlı təhlükəsizlik gətirir" - DEPUTAT

"22 aprel 2024-cü ildə Prezident İlham Əliyevin Rusiyanın dəvəti ilə Moskvaya səfər etməsi ölkələrimiz arası münasibətlərin inkişafında yeni bir səhifə açacaqdır". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, dövlət başçımızın işgüzar səfəri çərçivəsində ölkələr aras

23 aprel
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi

Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı

23 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları sata

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel