Zakir Həsənov: "Azərbaycan Prezidentinin uğurlu siyasəti Ermənistanı iflasa uğradıb"

Zakir Həsənov: "Azərbaycan Prezidentinin uğurlu siyasəti Ermənistanı iflasa uğradıb"Bu gün birlik, birləşmə, hərbi hissə komandirləri və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin iştirakı ilə "Müasir döyüşün mənəvi-psixoloji təminatının aktual problemləri" mövzusunda seminar keçirilib.

Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov seminarda iştirak edən şəxsi heyətlə görüşüb.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Döyüş və mənəvi-psixoloji hazırlıq işinin cari vəziyyəti ilə bağlı geniş təhlil aparan general-polkovnik Z.Həsənov bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir sıra digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Ordumuzun qazandığı nailiyyətləri xüsusi qeyd edən Müdafiə naziri bu uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu prosesinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb. Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü daxili və xarici siyasəti Ermənistanı bütün regional və beynəlxalq iqtisadi layihələrdən təcrid edərək xarici yardımlardan asılı vəziyyətə salıb. Nazir xüsusilə qeyd edib ki, Azərbaycanın iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb.

Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret tapşırıqlarını verib.

Sonra seminarın mövzusu ilə əlaqədar məruzələr dinlənilib, iştirakçılar fikir mübadiləsi aparıb və mənəvi-psixoloji təminatın təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 865   Tarix: 18 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəş

8 avqust 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd

4 iyul 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021