"Pomidor kralı" kimi tanınan azərbaycanlı biznesmen həbs edildi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən həftə mayın 14-də Moskvaətrafı vilayətin Mıtişi şəhərində iri azərbaycanlı biznesmen, "pomidor kralı" kimi tanınan Vahid Novruzovu həbs edib.

Sonxeber Virtualaz.org-a istinadən xəbər verir ki, bir neçə şirkətin sahibi və 20-dən çox biznes növü ilə məşğul olan Novruzov vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.

"Pomidor kralı" Vahid Novruzov Mıtişi şəhərindəki "Bakinskiy bulvar" restoranında heyrətdən donub qalmış azərbaycanlıların gözü qarşısında saxlanılıb. Saxlanılandan dərhal sonra Rusiya İstintaq Komitəsinin Mıtişi şöbəsi tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmədə vəsadət qaldırılıb. Məhkəmə vəsadəti təmin edib və Novruzovun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Vahid Novruzov Mıtişi şəhərində parakəndə meyvə-tərəvəz ticarətinə nəzarət edir, şəhərdə onun onlarla (hətta ola bilsin yüzlərlə) ixtisaslaşmış mağazaları, kafe və restoranları, avtoservisi və digər kommersiya obyektləri var. Novruzov bir neçə şirkətin sahibidir. Hüquqi şəxslərin qeydiyyatı Vahid Reyestrində göstərilir ki, Novruzov Vahid Məmməd oğlunun adına Mıtişi şəhərində fəaliyyət göstərən "H v M" MMC, "Real-Alfa" MMC və digər bir neçə şirkət qeydiyyatdadır. Sonuncu şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğuldur.

"Pomidor kralı" Novruzovun hansı vəzifəli şəxsi rüşvətlə ələ aldığı barədə məlumat yoxdur. Amma hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, Novruzovun şəhərdəki mağazalarının, parakəndə ticarət köşklərinin əksəriyyəti qanunsuzdur və onun biznesi illərdir yerli məmurlarla, o cümlədən yüksək vəzifəli polislərlə korrupsiya əlaqələri sayəsində çiçəklənib. Bildirilir ki, hazırda da iri ulduzlu paqonlular və ciddi vəzifələr tutan korrupsionerlər Novruzovun barəsində təhqiqatı əngəlləməyə çalışırlar.

Belə ki, Novruzovun yerli prokurorluq və polis orqanlarının rəhbərləri ilə sıx əlaqələri var. Və onun problemləri şəhər rəhbərliyinin dəyişməsindən və ticarətə cavabdeh olan məmurların yeniləri ilə əvəzlənməsindən sonra başlayıb. O da istisna deyil ki, Novruzovu sadəcə olaraq biznesini əlindən almaq üçün sıxışdırırlar.
"Pomidor kralı" kimi tanınan azərbaycanlı biznesmen həbs edildi"Pomidor kralı" kimi tanınan azərbaycanlı biznesmen həbs edildi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 8035   Tarix: 20 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021