Allahşükür Paşazadə: Bolşeviklər ruhaniləri Sibirə sürgün edərək güllələyiblər

Allahşükür Paşazadə: Bolşeviklər ruhaniləri Sibirə sürgün edərək güllələyiblərBakı Dövlət Universitetində (BDU) "Azərbaycan Xalq Cümhuriyyəti – 100: Müsəlman Şərqində ilk parlamentli respublika" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

BDU və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, konfransda ABŞ, Küveyt, Qazaxıstan, Polşa, Türkiyə və başqa ölkələrdən alimlər iştirak edir.

A. Məhərrəmov qeyd edib ki, 1918-ci il mayın 28-də qurulmuş, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində oynadığı roldan danışıb. O deyib ki, Xalq Cümhuriyyətinin qəbul olunmuş bayrağının üçrəngli olması və islami dəyərlərin burada həkk olunması onu göstərir ki, cümhuriyyət din-dövlət münasibətlərinin tənzimlənməsi üçün əlindən gələni edib: "Təəssüf ki, 1920-ci ilin aprelində XI rus ordusu Azərbaycanı işğal etdi və 23 aylıq fəaliyyətdən sonra AXC süquta yetdi. İşğaldan cəmi iki həftə sonra bolşevik hökumətinin Xalq Maarifi Komissarlığı vicdan azadlığı haqqında dekret verdi. Dekretə görə özəl və dövlət məktəblərində dini təlimin tədrisi və hər hansı dini ayinin icrası qadağan edildi. Bolşeviklər ruhaniləri xalq düşməni elan edərək əmlaklarını müsadirə edir, Sibirə sürgün edir və əksəriyyətini güllələyirdilər".

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Xalq Cümhuriyyəti dövründə tarixi əhəmiyyət daşıyan və bu gün xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarların qəbul edildiyini söyləyib.

Millət vəkili Musa Qasımlı, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds Xalq Cümhuriyyətinin tarixinə nəzər salıb, 2018-ci ilin "Cümhuriyyət ili" elan olunmasını yüksək qiymətləndiriblər.

Konfrans bölmə iclasları ilə davam edib.

APA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 825   Tarix: 21 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021