Güc mərkəzlərinin arasında qalan Azərbaycan: Bakının seçimi necə olacaq?

Güc mərkəzlərinin arasında qalan Azərbaycan: Bakının seçimi necə olacaq?"Azərbaycan güc mərkəzlərindən birinin lehinə birdəfəlik seçim edə bilməz".

Bunu Sonxeber.az-a politoloq Nəzakət Məmmədova dünyada neçə qütblü sistemin olması və Azərbaycanın güc mərkəzləri arasında necə siyasət yürütməli olduğuna dair münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda dünyada elə bir beynəlxalq münasibətlər sistemləri var ki, bunu birməmalı surətdə olaraq birqütblü, ikiqütblü və çoxqütblü dünya sistemi adlandırmaq çətindir: "Çünki XX əsr ikiqütblü dünya sistemi mövcud idi. Yəni dünyaya iki supergüc dövlət– ABŞ və SSRİ başçılıq edirdi. 90-cı illərdə SSRİ dağılandan sonra dünya birqütblü sistemə doğru getməyə başladı. Hesab edilirdi ki, ABŞ-ın rəhbərliyi və Qərbin hegemonluğu altında birqütblü dünya formalaşacaq. Lakin son onilliklərdə, xüsusi ilə Vladimir Putinin Rusiyada hakimiyyətə gəlməsindən sonra artıq Rusiya yenidən özünün fövqəldövlət statusunu qaytarmaq üçün mübaizəyə başladı. Bununla da artıq ABŞ-ın bu sahədəki birqütblü dünya sistemi yaratmaq istəyinin üzərindən xətt çəkd".

Politoloq hesab edir ki, hazırda dünyada çoxqütblü sistemin formalaşması prosesi gedir: "Potensial güc mərkəzləri ABŞ, Rusiya, Çin və Avropa İttifaqıdır (Aİ). Rusiya ABŞ-ın hegemonluğunu qəbul etmir, Çin müstəqil güc mərkəzi kimi fəaliyyət göstərir. Aİ və ABŞ əvvəllər vahid güc mərkəzi kimi çıxış edirdilər. İndi isə onların arasında parçalanma, bir sıra məsələlərdə prinsipial fikir ayrılıqları var. Buna misal kimi, ABŞ-ın Avropa ölkələrindən NATO-ya xərclərini artırması və bunu ümumi daxili məhsulun 2 faizinə qədər çatdırma tələbini göstərmək mümkündür. Həmçinin Aİ ABŞ-ın Qüdslə bağlı qərarını dəstəkləmədi. Enerji məsələlərində, "Böyük İpək yolu" layihəsi ilə bağlı da tərəflər arasında fikir ayrılıqları var. ABŞ özünün sıxılmış qazını Avropaya satmaq istəyir, hərçənd "qoca qitə" Rusiyadan daha ucuz başa gələn təbii qaz idxal etməkdə maraqlı görünür".

N. Məmmədov qeyd edib ki, İran və Türkiyə kimi ölkələr də güc mərkəzlərinə çevrilmək niyyətindədirlər: "Hazırda Türkiyə, İran və Rusiyanın ayrı-ayrılıqda bir qütb, güc mərkəzi olmaq potensialı yoxdur. Ancaq onlar birlikdə bir qütb və ya güc mərkəzi təşkil edə bilərlər".

Onun sözlərinə görə, Azərbaycan güc mərkəzlərinə münasibətdə tarazlaşdırılmış və balanslaşdırılmış xarici siyasət yürüdür və bu, doğru siyasətdir: "Bakı anlayır ki, hansısa güc mərkəzinin yanında olmaq digər güc mərkəzinə qarşı çıxmaq deməkdir. Bu da öz növbəsində Azərbaycana qarşı təhdid və təzyiqləri artıra bilər. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, ölkə hələ də tam təşəkkül tapmayan hansısa qütbün yanında olmayacaq. Azərbaycan geosiyasi seçimini etməyib. Azərbaycan bu güc mərkəzlərininin birinin lehinə birdəfəlik seçim edə bilməz. Bakı milli maraqlarından çıxış edir. Biz kiçik ölkə olsaq da, bəzi həlledici məsələlərdə söz sahibiyik. Buna görə də Azərbaycan birtərəfli seçim edə bilməz".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1617   Tarix: 21 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

Azərbaycan Prezidenti: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

"Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir". AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib. "Biz Qarabağd

16 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel
.

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib. O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi

11 aprel
.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel