Mir Şahin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanın eks prezident Əbülfəz Elçibəy ilə müqayisə etdi - VİDEO

Mir Şahin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanın eks prezident Əbülfəz Elçibəy ilə müqayisə etdi - VİDEO"O zaman ermənilər Qarabağı Azərbaycanın tərkibindən çıxarmaq və Ermənistana birləşdirmək üçün mübarizəyə qalxdılar".

Bu barədə Real TV-də yayımlanan "Mir Şahinin vaxtı" verilişində aparıcı bildirib. Tanınmış jurnalist Mir Şahin vurğulayıb ki, Azərbaycanda 100 minlərlə insan küçələrə, meydanlara çıxdı, etiraz etdi. "Onda Qarabağın Azərbaycandan zorla çıxarılması prosesinə başlandı. Nə qədər dediksə, Qarabağ məsələsi Azərbaycanın daxili işidir, olmadı, qüvvələr bərabər deyildi, Azərbaycan nə Qarabağı özündə saxlaya, nə də Sovet İttifaqının dağımasının qarşısını ala bildi. Sonra Azərbaycana hər vəchlə izah etməyə çalışdılar, təlqin etdilər ki, Qarabağ artıq Azərbaycanın daxili işi deyil. Problemin qarnının ATƏT-i, boğazının it sümüyü filanı var. Amma Bakının əsas məqsədi yenə də Qarabağda Azərbaycan hakimiyyətini bərpa etmək oldu. Bəlkə Azərbaycan elə ona görə müstəqil olmaq istəyirdi ki, bu problemi həll etmək asan olsun.

Bu gün bizim əsas problemimiz söz və mətbuat azadlığı deyil, insanların küçə yürüşlərində bayraq götürdü oynaması, "A-zad-lıq!, A-zad-lıq!" və ya "A-zal-dıq! A-zal-dıq!" deyə haray-fəryad qopalağı götürməsi deyil, kiminsə hesabında qara, kiminsə hesabında yaşıl pul axtarmaq deyil, dövlətin ərazi bütövlüyünün bərpası və Dövlət müstəqilliyidir. Qalanlar təfərrüatdır.

Verilişdə tanınmış jurnalist xalq hərəkatı ilə hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanın eks prezident Əbülfəz Elçibəy ilə müqayisə edib:

"Razıyam, xalq hərəkatı, xalq hərəkatına, hərəkat liderinə bənzəyə bilər", - deyə Mir Şahin bildirib.

"Mir Şahinin vaxtı"nın tam versiyasına videomaterialda izləyə bilərsiniz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4237   Tarix: 21 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021