Rusiya Azərbaycana çox ağır və gözlənilməz sürprizlər hazırlayır

Rusiya Azərbaycana çox ağır və gözlənilməz sürprizlər hazırlayır"Ermənistana veriləcək silah sırf Azərbaycana yönəlib".

Bunu Sonxeber.az-a hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Rusiyanın bir neçə aydan sonra Ermənistana "Tor" zenit-raket kompleksi (ZRK) verməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın ümumiyyətlə ATƏT –in Minsk qrupunda həmsədrlik etməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur: "Çünki Rusiya son vaxtlar olan-qalan hörmətini də itirib. Bir tərəfdən guya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olur, digər tərəfdən isə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana silah satır. BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkə Ermənistana ağır silahlar satır. Həmin silahlar Azərbaycan vətəndaşlarının, mülki və hərbi obyektlərinin məhvi üçün nəzərdə tutulub. Ona görə də Ermənistana veriləcək son silah bilavasitə Azərbaycan Silahlı Qüvvələri ilə mübarizə üçün nəzərdə tutulub".

Ekspert xatırladıb ki, Azərbaycanda bu cür silahlar çoxdan mövcuddur: "Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüşdən sonra gözləmək olardı ki, Ermənistana növbəti güzəştlər ediləcək. Bu güzəştlərdən məqsəd Ermənistanın könlünü almaqdır, ölkə rəhbərliyini Rusiyaya bir qədər yaxınlaşdırmaqdır. Ona görə də bu silahların davamı gələcək"
Ü. Cəfərov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün aparılan danışıqlardan heç vaxt heç nə gözləmədiyini və indi də gözləmədiyini deyib: "Bu məsələnin yeganə həlli güc tətbiq edərək işğal olunmuş əraziləri azad etməkdir. Bunun alternativ variantı yoxdur, sadəcə vaxt itiririk. Rusiyanın yeganə məqsədi Qarabağ münaqişəsinin həll edilməməsidir. Münaqişə həll olunarsa, Moskvanın Azərbaycan və Ermənistana siyasi, iqtisadi və hərbi təzyiq vasitələri əldən çıxacaq".

Onun sözlərinə görə, veriləcək silahın taktiki-texniki xarakterikasına baxsaq görərik ki, "Tor" ZRK Azərbaycan Hərbi Hava Qüvvələri və qouru qoşunlarına qarşı mübarizə üçün nəzərdə tutulmuş silahdır: "Bu, Rusiyanın həmsədrlik missiyası ilə qətiyyətlə uzlaşmayan hərəkətdir. Bunu dəfələrlə bəyan etmişik. Ancaq Rusiya həyasızlığından, vicdansızlığından və əclaflığından əl çəkmir".

Həmsöhbətim proqnozlaşdırır ki, Rusiya tərəfindən Azərbaycana çox ağır və gözlənilməz sürprizlər hazırlanır: "Bunu reallığı təhlil edərək deyirəm. Ermənistana bundan sonra da silahlar veriləcək, Azərbaycan vətəndaşları qətlə yetiriləcək, necə ki, Naxçıvanda əsgərimiz şəhid oldu".

Qeyd edək ki, "Tor" fövqəlmüasir ZRK-dır. O, avtomatim rejimdə, hətta şəxsi heyətin iştirakı olmadan istənilən spektr hava hücumları, o cümlədən yüksək dəqiqli raketlərlə mübarizə apara bilər.

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3896   Tarix: 21 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb. "Report" xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib. İcma hesab edir ki, so

22 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart