Sinif yoldaşı Fuad Poladovun sirrini açdı: "Bunu atasından gizlədirdi"

Sinif yoldaşı Fuad Poladovun sirrini açdı: "Bunu atasından gizlədirdi""Çox əsəbiləşdi və dedi ki, kəs səsini, bir də bu sözü dilinə gətirmə"

Mayda dünyaya göz açdı, elə bir ilıq may günündə də bu dünyaya əlvida dedi. Amma cismən. Çünki aktyorlar həyatlarının ikinci mərhələsini oynadığı obrazlarla davam etdirirlər. O da ömrünü rolları ilə davam etdirəcək. Xalq artisti, əvəzolunmaz aktyor Fuad Poladovu deyirəm, bu gün doğum günüdür. Nə vaxt doğum günündə zəng etsəydik, "İş başındayam, axşama tamaşam var" deyən sənətkarı bu gün sinif yoldaşı və yaxın dostu Rəsul İsgəndərovla birgə yad edəcəyik.

R.İsgəndərovun Fuad Poladovla Yeniçag.az-a müsahibəsini təqdim edirik.

– Biz Fuadla bir sinifdə oxumuşuq. O əvvəl 190 saylı məktəbdə oxuyurdu, dördüncü sinifdən bizim sinifə gəldi. Orta məktəbi bitirəndən sonra, o İncəsənət İnstitutuna daxil oldu, mən isə ali məktəbə daxil ola bilmədim. Amma illər boyu bu dostluq davam etdi.

– Fuadın aktyor olmaq həvəsi nə vaxtdan başlamışdı?

– Elə uşaqlıqdan. Altıncı sinifdə oxuyanda mənə ürəyini açdı, arzularından danışdı, dedi ki, aktyor olacağam. Amma onu da deyirdi ki, atamgil mənim aktyor olmağımı istəmir. Atası çox sərt xarakterli insan idi, Fuadın aktyor olmasının qəti əleyhinəydi. Bu sənətin arxasınca getməsi üçün ona icazə vermirdi. Fuad atasından xəlvət Lütfü Məmmədbəyovun teatr dərnəyinə gedib-gəlirdi. Məktəbdən çıxıb ora qaçırdı.

– Niyə onun aktyor olmasını istəmirdi ki?

– Fuadın atası Ağarəhim müəllim 161 saylı məktəbin direktoru idi. Hamı ona Ağa müəllim deyə müraciət edirdi. Ağır təbiətli insan idi. Deyirdi ki, bizim nəsildə artist olmayıb, Fuadı da bu sənətin arxasınca getməyə qoymaram. Bir dəfə onlara getmişdim. Atasına dedim ki, Ağa müəllim, Fuadın ürəyindəki arzusu aktyor olmaqdı, niyə icazə vermirsiniz sevdiyi sənətin arxasınca getsin? Çox əsəbləşdi və dedi ki, kəs səsini, bir də bu sözü dilinə gətirmə. Sonradan Fuadın gizli dərnəyə getməsinin üstü açıldı. Çox böyük narazılıq oldu, amma artıq iş-işdən keçmişdi.

– Atasıgilin maddi vəziyyəti necə idi?

– Atası direktor olmamışdan əvvəl "Köhnə Oktyabr" rayonunda Təhsil Nazirliyində işləyirdi, anası da müəllimə idi. İmkanları yaxşı idi.

– Fuad xasiyyətcə necə bir oğlan idi?

– Çox ciddi və yerini bilən oğlan idi. Məktəbdə hamı ona xarakterinə görə hörmətlə yanaşırdı.

– Yəqin ki, yaraşıqlı oğlan olduğuna görə məktəb qızlarının da gözü onda olub?

– Düzdür, görünüşcə də çox xarizmatik oğlan idi, dəblə geyinirdi, qızların diqqətini özünə cəlb etməyi bacarırdı. Amma bunu qəsdən etmirdi, özündə bir cazibə qüvvəsi vardı.

– Qızların sevgisindən istifadə edirdi?

– Qətiyyən. Ciddi oğlan idi, sənətə daha çox maraq göstərirdi.

– Dalaşqan oğlan idi?

– Yox, amma ona qarşı səhv göstərildisə, həmin adamın cavabını yerindəcə verərdi.

– Ən sərt xüsusiyyəti nə idi?

– Elə məktəbdə oxuduğu vaxtlardan haqsızlığı bağışlamazdı. Belə məqamlarla üzləşəndə çox sərt olurdu.

– Ən yaxın dostları kimlər idi?

– Sinif yoldaşları. Bir yerdə oxuduğumuz uşaqlardan bir neçəsini itirdik, Fuad bu itkini çox ağır yaşadı. Dostlarla görüşüb, oturmağı, deyib-gülməyi xoşlayan adam idi.

– Son görüşünüz nə vaxt olub bəs?

– Xəstə olan vaxtlarda elə ancaq zəngləşirdik. Xasiyyətinə bələd idim, bilirdim ki, qürurlu olan Fuad istəməz xəstə halıyla dostları, yaxınları görsün. Buna görə də evinə getmirdim.

– Bu gün doğum günüdür. Doğum günlərini qeyd etməyi xoşlayırdı?

– Heç vaxt xoşlamırdı. Nə uşaqlıqda, nə də sonralar. Hər dəfə mayın 24-də zəng edirdim ki, Fuad, yığışaq, oturaq. İstəmirdi. Qeyri-adi xarakterə malik insan idi. Qəribəlikləri vardı. Ad gününü səhnədə keçirirdi. O, sənətinin aşiqi idi.

– Çox gec evlənmişdi. Yəqin onun Vəfa Fətulayeva ilə yaşadığı sevgisindən xəbəriniz olub?

– Fuad çox gec, 40 yaşında ailə qurdu. Bir oğlu, bir qız övladı var. Qızını köçürmüşdü, arzusu atasının adını qoyduğu Ağarəhimi evləndirib, oğul-uşaq sahibi etmək idi. Amma xəstəlik arzusunu ürəyində qoydu.

– Sualımı cavablandırmadınız, bu sevgidən xəbəriniz vardı yəqin?

– İstəmirəm bu barədə danışım. Xahiş edirəm heç soruşmayın da. Çünki nəsə deyib, bununla ailəsinin xətrinə dəymiş olaram.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2721   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mədəniyyət Nazirliyi yanında Ekspert şurası yaradılıb

Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb. Şura Mədəniyyət Nazirliyinin tabeliyində olan teatr-tamaşa müəssisələri tərəfindən təklif edilmiş illik repertuarları

21 yanvar
.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral
.

Əri onu özündən xəbərsiz boşadı - Unudulan müğənni tanınmaz halda

"Şah İsmayıl" operasında Ərəbzəngi rolunun əvəzsiz ifaçısı, bir zamanlar oxuduğu muğam və xalq mahnıları ilə ürəklərə yol tapmış müğənni Sahibə Əhmədova indi haralardadır?. "Unudulan məşhurlar" rubrikasında Əməkdar artist Sahibə Əhmədovanın ömür yoluna nəzər salır. Çinar boyu, kiş

1 fevral
.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub. Bu barədə 64 yaşlı York hersoginyasının nümayəndəsi bildirib. "Yayda döş xərçənginin erkən forması diaqnozu qoyulduqdan sonra York hersoginyası Saraya indi bədxassəli melanoma diaqnozu qoyulub"

22 yanvar
.

Bəstəkar Cavanşir Quliyevin son durumu açıqlanıb

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. Bu barədə "Report"un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib. O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadə

17 fevral
.

Aktrisa evində səs verdi - Video

Aktrisa Məsumə Babayeva növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. "Qafqazinfo" xəbər verir ki, 72 yaşlı sənətkar səhhəti ilə əlaqədar evində səs verib. O bu barədə feysbuk səhifəsində paylaşım edib. Qeyd edək ki, M. Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçıla

7 fevral