Mədəniyyət Nazirliyi Rüstəm İbrahimbəyovun filmi ilə bağlı məlumat yaydı

Mədəniyyət Nazirliyi Rüstəm İbrahimbəyovun filmi ilə bağlı məlumat yaydıAzərbaycan Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınmış "Qafqaz üçlüyü" filmi ilə məlumat yayıb.

Sonxeber.az məlumatına görə, qeyd olunur ki, kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınmış "Qafqaz üçlüyü" filmi son illər ermənipərəst dairələrin Azərbaycan dövlətinə və xalqına qarşı apardığı məqsədli iftira, qarayaxma kampaniyasının tərkib hissəsidir və ikrah doğuran bir fakt kimi bütün cəmiyyətimiz tərəfindən qəti şəkildə pislənilir:

"Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti başlayan ilk gündən düşmən ölkənin, dünyadakı erməni lobbisinin bütün resursları Azərbaycan xalqını qəddar, davakar, ermənilərə qənim kəsilmiş bir xalq olaraq tanıtmağa və bununla Dağlıq Qarabağdakı separatçılığa əsas qazandırmağa yönəldilib. Təəssüf ki, bu işdə bəzi "sapı özümüzdən olan"lar da düşmənin məkrinə alət olaraq doğulduğu torpağa, mənsub olduğu xalqa qarşı çirkin fəaliyyət göstərirlər".

Bildirilir ki, R.İbrahimbəyovun bu istiqamətdə fəaliyyəti artıq neçə illərdir davam edir və o, çoxdan tükənmiş "yaradıcılıq gücü"nü şəxsi maraqlar naminə erməni ünsürlərlə əlbir olaraq Azərbaycan xalqını aşağılamaq, onu mədəniyyətsiz, milli kökləri olmayan xalq kimi göstərmək yolunda sərf edir. "Qafqaz üçlüyü" filmi bu idbar, eybəcər yaradıcılığın daha bir nümunəsidir. İndiyədək müxtəlif müsahibələrində ermənilərin ünvanına səsləndirdiyi rəğbət dolu fikirlər, Azərbaycan torpaqlarının işğalında ermənilərin deyil, hansısa mücərrəd qüvvələrin günahkar olduğunu dilə gətirməsi onun bu mövqeyini cəmiyyətə yetərincə nümayiş etdirib.

Məlumatda deyilir ki, "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqını riyakar, mədəniyyətsiz kimi təqdim etmək zaman-zaman erməni diaspor təşkilatlarının, erməni millətçilərinin apardıqları anti-Azərbaycan təbliğatının davamıdır. Bu filmin ortaya çıxması R.İbrahimbəyovun əsl simasını bir daha ortaya qoyur:

"Son illərdə bədii dəyərə malik bir ekran əsəri, kino layihəsi ilə ortaya çıxarmağa müvəffəq olmayan Rüstəm İbrahimbəyov yalnız belə siyasi sifarişli, məqsədli "film"-parodiyalarla gündəmdə qalmağa çalışır. Başdan-ayağa yalan, iftira, eyni zamanda, siyasi konyunktura əsasında qurulan "Qafqaz üçlüyü" filminin onun yaradıcılıq bioqrafiyasında qara ləkə olaraq qalacağı şübhə doğmur və Rüstəm İbrahimbəyov bununla Azərbaycan xalqının haqlı nifrətini qazanmışdır".

Mədəniyyət Nazirliyi R.İbrahimbəyovun ssenarisi əsasında Azərbaycan xalqını aşağılayan, onun milli hisslərini təhqir edən, cılız siyasi məqsədlər güdən belə bir eybəcər "film"in çəkilməsini qəti şəkildə pisləyir, yaradıcılığının son illərini vətənə, içərisindən çıxdığı xalqa dönük insan olaraq yaşayan kinodramaturqun bu ikrah doğuran əməllərindən dərin təəssüf hissi keçirdiyini bəyan edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1075   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27 mart
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

Yeddinci sinif şagirdini bıçaqlayan şəxs SAXLANILDI - RƏSMİ - YENİLƏNİB

Şəmkir rayonunda məktəblini bıçaqlayan şəxs ələ keçib. Bu barədə -in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. "Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkd

28 mart
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27 mart