Məhkum: "Sevincimin həddini təsvir edə bilmirəm" - FOTO

Məhkum: "Sevincimin həddini təsvir edə bilmirəm" - FOTODünən cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən çağırılaraq mənə "sənin də adın əfv sərəncamında var" deyilən anda sevincimin həddi-hüdudunu təsvir edə bilmirəm.

Sonxeber.az xəbər verir ki, bunu Trend-ə Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı əsasında azadlığa çıxan məhkum Samirə Yusubova deyib.

S.Yusubova dövlət başçısına minnətdarlığını bildirib: "Öz adımdan, ailəmiz adından və məhkum qadınlar adından cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Cəza müddətim 5 il 6 ay idi. 3 il 3 ay idi ki cəza çəkirəm və 2 il 3 ay cəzadan azad edildim".

Qeyd edək ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

Sosial   Baxılıb: 1246   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR