4 dost yasa getdi, yeyib-içdilər, sonra... - Sumqayıtda DƏHŞƏT

4 dost yasa getdi, yeyib-içdilər, sonra... - Sumqayıtda DƏHŞƏTSumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Kamil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Kamil Quliyev 25 may 2016-cı il tarixdə, saat 15 radələrində dostluq münasibətlərində olduğu Sumqayıt şəhər sakinləri – Aqil Ağayev, Xəyyam Hümbətov, Zülfüqar Hacızadə və zərərçəkmiş şəxs Rahib Zeynalovla birlikdə sonuncunun idarə etdiyi VAZ-2107 markalı "Jiquli" avtomobili ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən pivə barına gəliblər.

Dostların içki məclisi

Onlar orada təxminən 3-4 saat ərzində spirtli içki qəbul ediblər, lakin həmin vaxt Kamil Quliyev spirtli içki içməyib. Orada zərərçəkmiş Rahib Zeynalov və digər şəxslər - Aqil Ağayev, Xəyyam Hümbətov, Zülfüqar Hacızadə sərxoş vəziyyətə düşüblər.

Həmin vaxt Zülfüqar Hacızadə oradan getdikdən sonra Kamil Quliyev sonuncunun arxasınca danışıb. Bunun üçün Rahib Zeynalov ona iradını bildirib, bu səbəbdən aralarında mübahisə yaranıb.

Mübahisə

Bundan sonra Kamil Quliyev, Aqil Ağayev, Xəyyam Hümbətov və Rahib Zeynalov sonuncunun idarə etdiyi avtomobillə "Sumqayıt- çörək" ASC-nin qarşısına gəliblər. Orada davam edən mübahisə zamanı Rahib Zeynalov nalayiq ifadələr işlədib və Kamil Quliyevi başı ilə vurub.

Bu zaman Kamil Quliyev yumruqla Rahib Zeynalovun sifət nahiyəsinə bir dəfə zərbə vurub, sonra bel nahiyəsindən qucaqlayaraq yolun kənarındakı betonun üzərinə yıxıb.

Döyüldü, 5 ay sonra öldü

Daha sonra Kamil Quliyev Rahib Zeynalovu təpiklə döyüb. Döyülmə zamanı Rahib Zeynalov xəsarət alıb. O, uzun müddət müalicə olunsa da, hadisədən 5 ay sonra, oktyabrın 25-də, saat 16 radələrində yaşadığı Sumqayıt şəhəri 1 nömrəli beton zavod ərazisindəki fərdi evdə ölüb.

"Yas yerindən çıxıb pivəxanaya getdik"

İstintaq orqanı tərəfindən Kamil Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Kamil Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Rahib Zeynalov onunla eyni məhəllədə yaşayıb, aralarında yaxşı münasibət olub, onunla heç bir ədavət və düşmənçilikləri olmayıb: "Mayın 25-də, saat 11 radələrində tanışları "Baba" kimi çağırdıqları Zülfüqar, Xəyyam, Aqil və Rahib Zeynalovla birgə köməklik məqsədilə məhəllələrində yaşayan Asəf adlı şəxsin nənəsinin yas mərasiminə gediblər. Saat 16 radələrində yas mərasimi başa çatdıqdan sonra Zülfüqar, Xəyyam, Aqil və Rahiblə birlikdə pivə içmək məqsədilə qonşularımızın Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən kafesinə getdik. Orada Zülfüqar, Xəyyam, Aqil, Rahib pivə və çaxır içdilər. Mən isə spirtli içki qəbul etmədim, yalnız çay içdim".

"Nə üçün arxasınca danışdığımı soruşdu"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir az sonra Zülfüqar Xəyyamla aralarında olan şəxsi söhbətlərə görə onların yanından durub və öz işləri ilə əlaqədar 41-ci məhəlləyə gedib, Xəyyam isə onların yanında qalıb: "Əvvəllər həmin kafedə nisyə yeyib-içməsək də, pulumuz olmadığından Rahib Zeynalovun təklifi ilə kafedə dava salıb, aranı qarışdırmaq və beləliklə də hesabı ödəməmək barədə razılaşdıq. Rahib Zeynalov həmin gün mənə qarşı aqressiv davrandı, Zülfüqar getdikdən sonra Rahib Zeynalov məndən nə üçün Zülfüqarın arxasınca danışdığımı soruşdu. Mən isə Rahib Zeynalova Zülfüqarın arxasınca danışmadığımı dedim".

"Məsələni aydınlaşdırmağı təklif etdi"

Kamil Quliyev qeyd edib ki, Rahib Zeynalov onun dediklərinə məhəl qoymayıb, onunla mübahisə etməyə başlayıb: "Rahibin həmin mübahisəni kafenin pulunu ödəməmək üçün edib-etməməsini bilməmişəm. Bundan sonra Xəyyam, Aqil, Rahib birlikdə kafedən çölə çıxdıq. Rahib Zeynalov çöldə yenidən mənimlə mübahisə etməyə başladı. Amma Xəyyam və Aqil buna imkan vermədilər. Bundan sonra Rahib Zeynalov Zülfüqarın yanına gedərək məsələni aydınlaşdırmağı təklif etdi. Birlikdə Rahib Zeynalova məxsus "VAZ 2107" markalı avtomobilə əyləşdik, Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisinə getdik".

"Məni söyüb, təhqir etdi"

Kamil Quliyev bildirib ki, içkili olmağına baxmayaraq maşını Rahib Zeynalov özü idarə edib: "41-ci məhəllə ərazisində Rahib Zeynalov avtomobili saxladı, mənimlə söhbət edəcəyini bildirdi. Bu səbəbdən avtomobildən yerə düşdük, elə həmin ərəfədə Zülfüqar da bizim olduğumuz yerə gəldi. Rahib Zeynalov Zülfüqara mənim onun arxasınca danışdığımı dedi. Zülfüqar isə içkili olduğundan Rahib Zeynalovun dediklərinə əhəmiyyət vermədi. Sonra Rahib Zeynalov qolumdan tutdu və yolun kənarına çəkdi, yenidən mübahisə etməyə başladı. Rahib Zeynalova içkili olduğundan başqa vaxt söhbət etməyi təklif etsəm də, Rahib Zeynalov məndən Zülfüqarı niyə söydüyümü soruşdu. Mən isə ona belə bir şeyin olmadığını bildirdim. Lakin Rahib Zeynalov məni nalayiq ifadələrlə söyüb, təhqir etdi".

"Məhəllədəki çayxanaya gəldik"

Kamil Quliyevin ifadəsinə görə, Rahib Zeynalov gözlənilmədən başı ilə onun burun nahiyəsinə vurub: "Mən isə Rahib Zeynalovu itələdim, kənara çəkilərək burnumu tutdum. Rahib Zeynalovu itələyərkən sonuncu yerə yıxıldı. Rahib Zeynalovun yıxıldığı yer əsasən otluq, bir tərəfi isə asfalt olub. Bundan sonra Zülfüqar, Xəyyam və Aqil bizi aralaşdırdı. Mübahisə qurtardıqdan sonra Zülfüqar, Aqil və Xəyyam birlikdə yenə də Rahib Zeynalovun avtomobilinə əyləşdik və çay içmək üçün məhəllələrində olan çayxanaya gəldik".

"Birlikdə xəstəxanaya yollandıq"

Kamil Quliyev bildirib ki, həmin vaxt Rahib Zeynalov xəsarət alması və ya ağrılarının olması barədə onlara heç nə deməyib, çayxanaya çatdıqda avtomobildə yatacağını, ayıldıqdan sonra onların yanına gələcəyini bildirib: "Bir az sonra isə Rahib Zeynalov Xəyyamı yanına çağıraraq onu xəstəxanaya aparılmasını istəyib. Odur ki, Rahib Zeynalovu tibbi yardım göstərilməsi üçün sonuncunun maşını ilə xəstəxanaya apardıq, maşını ya Xəyyam və ya Zülfüqar idarə edib. Rahib Zeynalov qabaq oturacağı arxaya doğru uzadaraq üstünə uzandığından maşında yer olmayıb. Bu səbəbdən Aqil ilə birlikdə taksi kimi fəaliyyət göstərən başqa bir avtomobillə onların arxasınca xəstəxanaya yollandıq".

"Vəziyyətinin ağır olduğunu bilməmişəm"

Kamil Quliyev qeyd edib ki, xəstəxanada Rahib Zeynalova ilkin tibbi yardım göstərildikdən sonra həkimlər heç bir problem olmadığını bildiriblər: "Lakin Rahib Zeynalov bizə özünün xəstəxanada qalacağını dedi, bizdən isə avtomobili götürərək məhəlləyə qayıtmağımızı xahiş etdi, daha sonra özünün də gələcəyimi bildirdi. Rahib Zeynalovun özünün xahişi ilə avtomobili sürərək məhəlləyə aparmaq istədik. Avtomobilin yanacağı qurtardığından biz avtomobili xəstəxananın həyətində saxladıq, qapılarını bağladıq və yaşadığımız evə qayıtdıq. Rahib Zeynalovun xəsarətinin ağır olduğunu eşitmişəm. Bu səbəbdən də səhəri gün polisə təslim olmuşam. Polis bölməsində olarkən Rahib Zeynalovun baş vermiş mübahisə ilə bağlı polis bölməsinə müraciət etməsi mənə məlum oldu. Rahib Zeynalov xəstəxanada olan zaman sonuncunun qohumları mənə zəng etməyib, nəsə deməyiblər. Xalam və əmim sonradan xəstəxanaya gəlib, Rahib Zeynalova baş çəkiblər".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Kamil Quliyev apelyasiya şikayəti verib.

Kamil Quliyev barəsində olan hökmün ləğv edilməsini, əməlini Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməklə ədalətli cəza verilməsi barədə qərar qəbul edilməsini istəyib.

Kamil Quliyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Kamil Quliyevin barəsində olan hökm dəyişdirilib və onun cəzası 9 ilə endirilib.

publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2304   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021