Azərbaycan Xocalı aeroportunu vura bilərmi? - Hərbi ekspertdən AÇIQLAMA

Azərbaycan Xocalı aeroportunu vura bilərmi? - Hərbi ekspertdən AÇIQLAMAÖtən gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannsiyan Xocalı aeroportunun hərbi məqsədlər üçün isitfadə olunduğunu barədə açıqlama verib. Ovannisyan aerportun mülki uçuşlar və turist daşımaq üçün istifadə olunmasının hələ tez olduğunu da deyib.

"Mülki uçuşlar həyata keçirmək üçün imkan olarsa, maraqlı turistik istiqamətlər yarada bilərik"-deyə Ovannisyan bildirib.

Azərbaycan tərəfi əvvəllər Beynəlxalq Mülki Aviasiya Təşkilatına Xocalı hava limanının Ermənistanın işğalçı qüvvələri tərəfindən istismar edilməsinin həm beynəlxalq hüquqa zidd olduğunu, həm də bölgədə təhlükəsizlik vəziyyətinə xələl gətirdiyini bildirib. Buna baxmayaraq düşmən tərəfin təxribatları davam edir.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib ki, aeroportun hərbi təyinatla istifadə edilib-edilmədiyini, uçuş aparatlarını müəyyən etmək çətindir:

"Bilirsiniz, Xocalı aeroportu işğal olunmuş ərazidədir. İndiyə kimi həmin ərazidə müxtəlif beynəlxalq normalara zidd, bəzi tələblərin əksinə tədbirlər həyata keçirilir. Məsələn, müəyyən qanunsuz qruplaşmalar, terrorçular hazırlanır, narkotrafik ordan keçir. Yəni bu haqda mütəmadi olaraq məlumatlar var. O cümlədən Xocalı aeroportundan da hərbi məqsədlər üçün istifadə olunur. İlk növbədə bilirik ki, orda ağır təyyarələrin uçuşu üçün imkan yoxdur. Bəlkə də balaca həcmli təyyarələr üçün bu, mümkündür. Ümumiyyətlə, burda yeni bir şey yoxdur. Təbii ki, işğal olunmuş qüvvələr hava məkanını istifadə edirlər və aeroportları, həmçinin digər strukturları da mənimsəyirlər".

Ş.Ramaldanov qeyd edib ki, Dağlıq Qarabağ işğal olunandan sonra region üçün təhlükələr yaranıb:

"Beynəlxalq normalara zidd olaraq Xocalıda yaşayan sakinləri qovublar və bir sıra hər kəsə bəlli olan məsələlər reallaşıb. Hesab edirəm ki, Xocalıda aeroport varsa, o ancaq mülki deyil, hərbi məqsədlər üçün də istifadə olunacaq. Bu baxımdan region üçün ciddi təhlükədən söz açmaq mümkündür. Bilirsiniz, orda olan qüvvələrin heç biri beynəlxalq qurumların nəzarəti altında deyil. Yalnız dövlət kimi tanınan ərazilər nəzarətdə olur. Həmin ərazi Azərbaycan ərazisidir və işğal olunduğu üçün oranı nəzarətdə saxlamaq olmur. Lakin digər beynəlxalq qurumlar ərazini dövlət kimi tanımadığı üçün ora "qara ləkə" kimidir. Yəni qaranlıq məsələlərin cəmləşdiyi ərazidir. Üçüncü dövlətlər də bu tipli əraziləri bu cür saxlamaqda maraqlıdırlar. İstər Ermənistanda olan silah-sursatları, istərsə Rusiyanın hərbi bazasını gizlətmək üçün adətən Dağlıq Qarabağ ərazisi istifadə olunub və olunur".

Polkovnikin sözlərinə görə, nə qədər ki, həmin ərazi işğal altındadır belə proseslər davam edəcək:

"Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyünü bərpa etdiyi halda Xocalı aeroportu və digər öroblemlərə son qoyulacaq. Bu vaxta qədər Azərbaycan heç bir tədbir görə bilməyib. Çünki biz atəşkəs rejimindəyik və onun tələblərinə uyğun olaraq beynəlxalq qurumlar qarşısında öz öhdəliyimiz var. Atəşkəsdən çıxıb öhdəlikdən azad olunanda hansısa addımlar ata bilərik".

Modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1728   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021
.

Ermənilər ağaclara da minalar quraşdırıb - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib. ANAMA-dan -a bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı ço

26 iyun 2021
.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyin

26 iyun 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021
.

Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədildi

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Belə ki, axşa

15 avqust 2021