Bakıda tarixi binaya əvvəl aqlay vurub görkəmini dəyişdilər, indi yenə təmir edirlər

Bakının Nəsimi rayonu, Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində yerləşən, bir neçə il əvvəl abadlıq adı altında fasadının görkəmi dəyişdirilən tarixi binada yenidən təmir işləri başlayıb.

Sonxeber.az "virtualaz.org"a istinadən xəbər verir ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin briqadası binanın fasadına bir neçə il əvvəl vurulmuş aqlay üzlük daşlarını ağardır. Tarixi 1900-cü ildən əvvələ gedib çıxan memarlıq abidəsinin fasadı artıq korlanıb.

Yüzdən çox insanın yaşadığı tarixi tikilinin bu şəkildə "bərpası" sakinlərdə də narahatlıq yaradır. Onların virtualaz.org-a bildirdiyinə görə, yonulan daşlardan çıxan qırıntılar binaya ciddi xələl gətirərək görkəmini deformasiyaya uğradır.

Sakinlər təmir işlərinin təkcə binanın fasadında deyil, içəri tərəfində də aparıldığını dedilər. Amma əraziyə baş çəkən zaman orada iş icraçıları və ya fəhlələrlə qarşılaşmadıq.

Sakinlərlə söhbət zamanı aydın oldu ki, təmir əsasən günün səhər saatlarında aparılır. Onların köməyi ilə günün ikinci yarısında 3-cü mərtəbədəki evlərdən birində işləyən fəhlələrlə danışa bildik. Fəhlələr təmirin BŞİH tərəfindən həyata keçirildiyini, binanın görkəminə xələl gətirilmədiyini bildirdilər.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yaninda Mədəni irsin qorunmasi, inkişafi və bərpasi üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Xidmətdən, həqiqətən də, binanın yerli əhəmiyyətli abidə olduğunu təsdiqlədilər. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fariz Hüseynov bildirdi ki, sözügedən binada yalnız təmir işləri aparılır və bu da abidəyə xələl gətirmir.

"Rəşid Behbudov küçəsində bir neçə tarixi bina var və bunlar yerli əhəmiyyətli tikililərdir. Hazırda həmin binada abadlıq, təmir işləri aparılır. Abidənin sökülməsi və ya fasadının dəyişdirilməsindən söhbət getmir. Binaya bizim tərəfimizdən nəzarət olunur".

Xatırladaq ki, son illər şəhərin tarixi binalarının bir çoxu sökülüb, bir çoxunun isə görkəmi dəyişdirilib. Şəhərin Yasamal, Nərimanov və Nəsimi rayonlarında tarixi binaların sökülməsi və yerində "pilot layihə" çərçivəsində yeni çoxmərtəbəli binaların tikintisi dəfələrlə qalmaqallara səbəb olub.
Bakıda tarixi binaya əvvəl aqlay vurub görkəmini dəyişdilər, indi yenə təmir edirlərBakıda tarixi binaya əvvəl aqlay vurub görkəmini dəyişdilər, indi yenə təmir edirlərBakıda tarixi binaya əvvəl aqlay vurub görkəmini dəyişdilər, indi yenə təmir edirlər


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1307   Tarix: 27 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart
.

Lənkəranda faciə: Ata və oğul öldü - FOTOLAR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürüc

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart