Bunu edənlərin uşaqları xəstə doğulur - Direktor qan xəstəlikləri ilə bağlı faktları açdı - MÜSAHİBƏ

Bunu edənlərin uşaqları xəstə doğulur - Direktor qan xəstəlikləri ilə bağlı faktları açdı - MÜSAHİBƏ2015-ci il iyun ayının 1-dən rəsmi nikaha girən hər bir kəs icbari tibbi müayinədən keçir. Hələ ki, bu müayinələr zamanı cütlüklərin talassemiya daşıyıcısı olub-olmaması, QİÇS və sifilis xəstəlikləri yoxlanılır. Müayinənin icbari olmasının məqsədi sağlam uşaqların doğulması, xəstəliklərin yayılmasının qarşısını almaqdır. Bəs bu 3 il ərzində buna nə qədə nail olunub?

Sonxeber.az bildirir ki, publika.az-ın mövzu ilə bağlı suallarını Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva cavablandırıb. İnstitut direktoru qan xəstəlikləri barədə ölkədəki durumu açıqlayıb.

- Zöhrə xanım, 2015-ci ildən Azərbaycanda nikahdan əvvəl icbari müayinələr tətbiq edilir. 3 il əvvəl qarşıya qoyulan məqsədə nə qədər nail olunub?

- "Ailə Məcəlləsi haqqında" qanuna dəyişiklik ediləndən sonra bu müayinələr icbari şəkildə aparılır. Müayinələrin aparılması üçün istər qanunvericilik, istərsə də Səhiyyə Nazirliyi tərəfindən böyük işlər görülüb. Bütün rayonların mərkəzi xəstəxanalarında, eləcə də Bakı şəhərində müayinələrin aparılması əvvəldən müəyyən edilən poliklinikalarında hematoloji kabinetlər açılıb. Bütün bu müəssisələr qanın ümumi müayinəsini aparmaq üçün istifadə edilən ən müasir "sysmeks" aparatı ilə təmin edilib. Onun vasitəsilə qanın ümumi analizi aparılır. İlkin olaraq qanda eritrositlərin parametrləri yoxlanılır. Şübhəli qan nümunələri xüsusi marşrutlar vasitəsilə bölgələrdən Elmi Tədqiqat Hematologiya İnstitutu nəzdində üç ildir fəaliyyət göstərən Talassemiyanın profilaktikası şöbəsinə gətirilir. Yeni açılmış şöbə Fransa istehsalı olan cihaz, ən müasir reaktivlərlə təmin olunub. Müayinənin aparılması və cavabların verilməsi elektronlaşdırılıb. Cavablar elektron formada bölgələrə ötürülür. Bu müayinələr həmçinin "ASAN Xidmət" vasitəsilə də aparılır və cavablar beş gün müddətinə verilir. Cavablar veriləndən sonra yerli mərkəzlərdəki hematoloqlar tərəfindən ona baxılaraq həmin cütlüklərə arayış təqdim olunur. Orada nəticələr yox, cütlüklərin tibbi müayinədən keçdiyi göstərilir. Nəticə isə yalnız şəxsin özünə fərdi qaydada bildirilir, özlərinin razılığı əsasında hər ikisinə deyilir. Bəzən icbari müayinələrə əks gedənlər olur, nikahdan əvvəl icbari müayinələr isə böyük rəğbətlə qarşılanır. Çünki insanlar dərk edir ki, ailə sağlam təməl üzərində qurulmalıdır. Bu məsələdə mətbuatın maarifləndirilməsinin rolu böyükdür. Bəzən xəstəliklərin aşkarlanmasını sensasiya ilə qarşılayırlar. Əslində, aşkarlanmasa, daha pis olardı. Bu proqramın məqsədi də sağlam ailələr formalaşdırmaqdır. Gənclər bilməlidirlər ki, dünyaya gətirəcəkləri övladların sağlamlığı üçün məsuliyyət daşıyırlar. Xəstəliyi gizlətmək mümkün deyil.

- Bu müayinələrdən sonra doğulan xəstə uşaqların sayında azalma varmı?

- Türkiyə və Kiprdə bu müayinələr tətbiq ediləndən sonra doğulan xəstələrin sayında azalma müşahidə edilib. Kiprdə ümumiyyətlə, say minimum endirilib. Bizdə də bu proses öz bəhrəsini verir. Müayinələrdən əvvəl hər il 200 talassemiyalı uşaq dünyaya gəlirdisə, son 3 ildə Talassemiya Mərkəzindən verilən məlumatda bu sayda azalma qeydə alındığı bildirilir. Müayinə nəticələrinə əsasən cütlüklərə tibbi-genetik konsultasiyalar verilir. Bildirilir ki, talassemiya irsi xəstəlikdir və əhalinin 8 faizi daşıyıcıdır. İki daşıyıcının ailə qurması nəticəsində xəstə uşaq doğula bilər. Bu proqramın aparılmasında məqsəd xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. Bu illər ərzində 153 cütlükdə talassemiya daşıyıcılığı aşkar etmişik. Onlardan 7-8 nəfər nikahdan imtina edib. İmtina edənlərin az olmasının səbəbi isə münasibətlərin rəsmiləşməsi mərhələsində olmalarıdır. Ailə qurduqdan sonra ailənin planlaşdırılması istiqamətində məsləhətlər verilir. Sağlam uşaq dünyaya gətirmək üçün hamiləliyin 12-18-ci həftələrində prenatal müayinələr aparılır və uşağın sağlam, daşıyıcı və ya xəstə olması müəyyən edilir. Bu müayinələr Respublika Prenatal Mərkəzdə iki yüksək ixtisaslı həkim tərəfindən aparılır, dölyanı maye götürülərək İnstitutda molekulyar genetik müayinə edilir. Bununla kifayətlənmirik, uşaq doğulandan sonra da müayinəyə cəlb edilir, nəticələr üst-üstə düşür. Bütün müayinələr dövlət hesabına aparılır. Xəstə uşağı dünyaya gətirmək, həmçinin hər ikisi daşıyıcı olan cütlüyün ailə qurmaq seçimi öz ixtiyarına buraxılır.

- 153 cütlükdən 7-8-i ailə qurmaqdan imtina edib, dolayısı ilə digərləri həm də risk edir. İmtina edilməməsinin səbəbi dediyiniz kimi, münasibətlərin müəyyən mərhələdə olmasıdır. Bu müayinələr daha erkən mərhələdə aparılsa, yaxşı olmazmı? Hazırda səhv etmirəmsə, müayinə nəticələri 1-2 ay müddətində qüvvədə olur. Buna görə də, ancaq nikah mərhələsində müraciət edə bilirlər.

- Aparılan maarifləndirmə tədbirləri nəticəsində bəzən insanlar nikahdan çox əvvəl müayinədən keçmək istəyir. QİÇS və sifilislə bağlı bir neçə ay və il əvvəl aparılan müayinənin nəticəsi etibarlı olmaya bilər. Çünki insanların bu infeksiyalara hər an yoluxma ehtimalı var. Talassemiya isə genetik xəstəlik olduğundan insanlar istədikləri vaxt gəlib daşıyıcı olub -olmadığını öyrənə bilər. İcbari müayinələrə başlayandan sonra talassemiya daşıyıcılığı aşkarlan ailələrin yaşca kiçik üzvləri də fərdi qaydada müayinə üçün müraciət edirlər. Bundan başqa, bəzi bölgələrdə - Xaçmaz, Qəbələ, Şəki, Ağdaş, Göyçay kimi rayonlarda bu patologiya daha çox yayılıb. İnsanlar nikaha daxil olmasalar belə, talassemiya daşıyıcısı olub-olmadıqlarını öyrənə bilər.

- Müayinələr icbari olmamışdan əvvəl könüllü şəkildə bir sıra genetik xəstəliklər üzrə müayinələr aparılırdı. O zaman maraq necə idi?

- O zaman az gənc ailə qurmamışdan əvvəl müayinədən keçirdi. Buna görə biz də çətinlik çəkirdik. Müayinə olunan şəxsdə talassemiya daşıyıcılığı aşkarlananda ailəsinə bildirirdik ki, qarşı tərəf də müayinə edilməlidir. Lakin ailə bunu anlayışla qarşılamırdı. "Oğlana necə deyək gedib yoxlansın?", - deyə sual edirdilər. Eyni məsələ əks tərəfə də aid idi. Bəlkə də, ona görə müayinənin icbari olması zərurəti yarandı. Amma bir məsələ var ki, insanlar icbari müayinəni anlayışla qarşıladı. Çünki onlar problemin ciddiliyini anlayır. Bizdə 3 uşağı da talassemiya xəstəsi olan ailə var. Bu valideynlərin öz həyatı yoxdur. Bütün ömrü uşaqlarına həsr edib. Düzdür, bu uşaqların müayinəsi və müalicəsi dövlət hesabına aparılır. Lakin ailələr və uşaqlar çox əziyyət çəkir. Ayda iki-üç dəfə qan köçürülür, dəmirqovucu preparatlar verilir. Lakin orqanların böyüməsi müşahidə edilir, skeletdə dəyişiklik olur, fiziki inkişafdan geri qalırlar. Xəstə uşağı olan ailələr "kaş biz də ailə quranda belə proqram olardı", "bilsəydik, uşağımız xəstə olacaq ailə qurmazdıq" kimi sözlər deyirlər. Onu da vurğulayım ki, yalnız qohum nikahlarda bu problem aşkarlanmır: müxtəlif bölgədən olan iki daşıyıcı ailə qurarsa,uşağın 25 faiz halda xəstə, 25 faiz halda sağlam, 50 faiz halda isə daşıyıcı olma ehtimalı var.

- Dediyiniz kimi, xəstəliklər və daşıyıcılıq aşkarlanan şəxslərə ailə qurmaqda məhdudiyyət qoyulmur. Amma bu da xəstə uşaqların dünyaya gəlməsi ehtimalını da yaradır. İki talassemiya daşıyıcısının ailə qurması nəticəsində sağlam uşaq dünyaya gəlmə ehtimalı var və bu, tibbi baxımdan da imkan yaradılır. Sifilis və ya QİÇS xəstələrinə yalnız müalicə olunandan, müalicədə müəyyən mərhələyə çatandan sonra ailə qurulmasına icazə verilməsi şərti qoyula bilərmi?

- Biz yalnız talassemiyanın ilə bağlı məsləhətlər veririk. Digər iki xəstəlik aşkarlanan şəxslər isə aidiyyəti mərkəzlərə yönləndirilir. Xəstələr də həmin mərkəzlərə dəvət edilir, lazımi məsləhətlər verilir. Sağlam uşağın doğulması, qarşı tərəfin qorunması üçün vacib olan məqamlara riayət edirlər. Sifilis və QİÇS aşkarlanan şəxslərin nikahdan imtinası barədə məlumatım yoxdur. Lakin həmin şəxslər təkrar müayinələrə cəlb edilir. Bu xəstəliklərin aşkarlanması əslində gənclərin sağlam həyat tərzi keçirmələri üçün bir siqnaldır. Problem varsa, nikahdan əvvəl müayinədə aşkarlanacaq.

- ASAN xidmətdə müayinə nəticələrinin digər xəstəxanalarla müqayisədə daha tez verilməsinin səbəbi nədir?

- Bu müayinələr arasında heç bir fərq yoxdur. Sadəcə adından da göründüyü kimi asanlaşdırılır. Orada götürülən qan nümunələri də bizim mərkəzə göndərilir. Müayinə nəticəsi elektron formada ASAN Xidmət mərkəzlərinə yönləndirilir.

- Gələcəkdə digər xəstəxanalarda da müayinə nəticələrinin daha tez açıqlanması mümkündürmü? Çünki müayinələrin başladığı ilk aylarda nəticələrin verilməsində gecikmələr olurdu...

- Bu, çox böyük həcmli işdir, bütün respublikanı əhatə edir. Avadanlıqlar, kadrların hazırlanması böyük həcmli iş olsa da səmərəsini verir. Kim daha tez istəyirsə, "ASAN xidmət"ə gedə bilər. Əvvəl proses tam elektronlaşmadığından rayonlara nəticələrin çatdırılmasında problemlər olurdu. İndi bu problem aradan qaldırılıb, cavab hazır olan kimi göndərilir, nəticələr adətən 14 günə verilir.

- Müayinələr başlayandan siyahıya Hepatit B və C-nin də daxil edilməsi planlaşdırılırdı. Bu istiqamətdə işlər hansı mərhələdədir?

- Bu barədə tez-tez müzakirələr aparılır. Lakin hələ ki, hepatitlər nikahdan əvvəl icbari müayinə olunan xəstəliklər siyahısına daxil edilməyib. İnsanlar özləri də vaxtaşırı Hepatit B və C-yə görə müayinə edilə bilərlər. Çünki cərrahi əməliyyat, qanköçürməsi, stomatoloq müayinəsi, manikür zamanı, habelə bərbərlərdə də bu viruslara yoluxmaq mümkündür.

- Nikahdan əvvəl icbari müayinələrə hansı xəstəliklərin daxil edilməsi məqsədəuyğundur. Məsələn, regionlarda valideynlərin övladlarına xəsarət yetirməsi və ya əksi ilə bağlı tez-tez xəbərlər eşidirik. Araşdırma zamanı bəlli olur ki, həmin şəxsin psixi problemi olub və bu irsdir. Sizcə, belə problemləri olanlarla bağlı müayinələr aparıla bilərmi.

- Xəstəliklərin hamısını müayinə etmək mümkün deyil. Çünki onlar təsadüfən və ya az rast gəlinən xəstəliklərdir. İnsanların özlərinin vaxtaşırı bir çox xəstəliklərlə bağlı müayinəyə gəlməsi daha yaxşı olar.

- İnstitut həm də respublika üzrə qan xəstələrinin müraciət etdiyi mərkəzdir. İstərdim bir az respublika ərazisində əsasən hansı qan xəstəliklərinin olması barədə məlumat verəsiniz...

- Ən çox talassemiya, hemofiliya xəstəlikləri aşkarlanır. Ölkədə 1500 hemofiliyalı xəstə var. Onlarla bağlı dövlət proqramı qəbul edilib, Respublika Klinik Xəstəxanası nəzdində Hemofiliya mərkəzi var.

- Dəmir defisitli anemiyalarla bağlı ölkədə vəziyyət necədir?

- Dəmir defisitli anemiyalara əsasən qadınlarda rast gəlinir. Bu da bir çox faktorlarla bağlıdır. Bura qidalanma, fizioloji qanitirmə, doğuş, ət yeməmək halları daxildir. Kişilərdə isə mədə xorası, onkoloji proses, babasil və digər qanaxmalar nəticəsində yarana bilər. Bu, çox asan müalicə olunan xəstəlikdir. Əsas məsələ onun səbəbini aydınlaşdırmaqdır. Dəmir preparatları ilə aradan qaldırıla bilir.

- Ümumiyyətlə, aşkarlanan qan xəstəlikləri irsi olur, yoxsa sonradan qazanılmış?

- İrsi qan xəstəlikləri talassemiya, hemofiliyadır. Anemiyalar sonradan qazanılmış xəstəlikdir. Leykozun yaranma səbəbi və özünün spesifik əlaməti yoxdur, buna görə də bəzən infeksion, revmatik, soyuqdəymə kimi xəstəliklərə qarşı müalicə edilir. Vaxtında müraciət edildikdə, düzgün diaqnoz qoyulduqda və adekvat müalicə tətbiq edildikdə bu xəstələrə yardım etmək daha asan olur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2184   Tarix: 10 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021