Biznesmenlər doğum evlərinə də "girdi" - UŞAQ YEMƏKLƏRİ ANALARA MƏCBURİ ALINDIRILIR

Biznesmenlər doğum evlərinə də "girdi" - UŞAQ YEMƏKLƏRİ ANALARA MƏCBURİ ALINDIRILIRSon dövrlərin trendlərindən biri də yeni doğulmuş körpələrə ana südündən əlavə smeslərin verilməsidir. Bəzən bu, südü az olanın ananın seçimi olsa da, bəzi hallarda doğum evləri tərəfindən məcuri alındırılır.

Sonxeber.az medicina.az-a istinadən bildirir ki, yeni ana olmuş qadınların sözlərinə görə, həkimlər, tibb bacıları xəstəxanalarda analara müəyyən firmaların smeslərini almağı tövsiyə edərək bunun vacib olduğunu deyirlər. Analar başqa firmanın smesini almaq istədikdə, mümkün qədər fikirlərindən daşındırmağa, məsləhət gördükləri smesi aldırmağa, bunun daha yaxşı olduğuna inandırmağa çalışırlar.

Respondentlər iddia edir ki, bu hallar daha çox dövlət xəstəxanalarında baş alıb gedir. Bu isə həmin həkim və tibb bacılarının sözügedən firmalardan faiz alması ilə bağlıdır.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Tibb universitetinin kafedra müdiri, tibb üzrə ekspert Vüqar Məmmədovun sözlərinə görə, həkimlərin doğmuş qadını və ya ailəsini hansısa firmanın uşaq qidasını almağa məcbur etməsi qanunla doğru deyil:

"Azərbaycan Respublikasının körpələrin və ilkin yaşlı uşaqların qidalanması haqqında qanunu var. Tibb müəssisələrinin vəzifələri var. Ancaq pasiyenti, valideyni yönləndirmək yolverilməzdir.

Bu, qanunvericiləyə də tam olaraq ziddir. Onlar bu barədə pasiyentə məlumat, tövsiyə verə bilər. Seçim isə tam olaraq pasiyentin öz işidir. Amma məcbur etmək yolverilməzdir".

Ekspertin sözlərinə görə, xəstəxanalar müəyyən səbəblərə görə hansısa firmaların uşaq qidalarını tibb müəssisəsinə buraxmaya bilər: "Xəstəxanaya müəyyən səbəblərə görə hansısa qidaların girişini qadağan edə bilərlər. Amma almağa məcbur edə bilməzlər. Ananın südü yoxdursa, həkim smes barədə məsləhət verə bilər. Amma seçim hüququ ananındır".

Bəs həkimlərin qeyd etdiyi kimi həqiqətənmi hazır uşaq qidaları arasında böyük fərq var?

Bu barədə danışan pediatr Xəyalə Quliyeva bütün smeslərin eyni olduğunu qeyd edib.

"Smeslər keyfiyyətə və hazırlanma tərkibinə görə, demək olar ki, eynidir. Bunun sadəcə körpəyə düşüb-düşməməsi faktı ola bilər. Əks halda, bu bahalıdır deyə keyfiyyətlidir və ya əksinə düşüncələri yanlışdır", - deyə pediatr vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1514   Tarix: 10 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021