Şəhid qızını öldürən biznesmen oğlu məhkəmə qarşısında - FOTO

Şəhid qızını öldürən biznesmen oğlu məhkəmə qarşısında - FOTOBakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Rəhim Rəhimovun (2000-ci il təv.) CM-nin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində, Dövlət Bayraq Meydanının yaxınlığında naməlum sürücünün idarə etdiyi "Jeep Grand Cherokee" markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomaşınla yolu keçmək istəyən Könül Əkbərova (1975-ci il təv.) vurulub.

Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Səbail RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb. Hadisə yerinə, avtomaşına, həmçinin ərazidə quraşdırılmış təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə edilib və məhkəmə-tibbi ekspertizası təyin olunub.

Müəyyən edilib ki, sükan arxasında Rəhim Rəhimov olub. Bildirilib ki, onun atası Akif Rəhimov "Xırdalan-Xəz" Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir, eyni zamanda, paytaxtda fəaliyyət göstərən "Yeganə" şadlıq sarayının sahibi Məmməd Rəhimovun qardaşıdır, mərhum, üç uşaq anası K.Əkbərova isə şəhid Elton Əkbərovun qızıdır.

Noyabrın 29-da yetkinlik yaşına çatmayan R.Rəhimov Səbail RPİ 8-ci polis bölməsinə gələrək, təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Onun ittihamından CM-nin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi xaric edilib.

Məhkum hökmdən apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.

Şəhid qızını öldürən biznesmen oğlu məhkəmə qarşısında - FOTOoxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1646   Tarix: 11 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel