Ət məhsullarının "Halal"lığı necə müəyyənləşəcək? - Qida Agentliyindən AÇIQLAMA

Ət məhsullarının "Halal"lığı necə müəyyənləşəcək? - Qida Agentliyindən AÇIQLAMAİllədir ki, Azərbaycanda halal ət və ət məhsullarının keyfiyyətilə bağlı fikirlər birmənalı olaraq haçalanır. Böyük əksəriyyət üzərində "Halal" nişanı olmasına baxmayaraq, kolbasa və sosiska məhsullarının tərkibində donuz əti, yaxud donuz piyindən istifadə edildiyini iddia edir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamalarında dəfələrlə "Azərbaycanda yüz faizlik "Halal" məhsul yoxdur. Sadəcə, "Halal" standartlarına maksimal şəkildə uyğunlaşdırılan mallar, ərzaqlar var" fikirlərini səsləndirib.

Xatırladaq ki, ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hələ 2014-cü ildə "Halal" stabdartı qəbul edilmişdi. Standarta əsasən, halal məhsulların sertifikatlaşdırılması üçün sifarişçi bu sahə üzrə akkreditasiaya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməli idi. Komitə ləğv olunduğuna görə, "Halal" standartının tənzimlənməsi məsələsi sual altında qalır.

Məlum olduğu kimi, ölkə ərazisində qida rəhlükəsizliyinin təmin edilməsi üçün Qida TəhlükəsizliyiAgentliyi yaradılıb. Əsasnaməyə görə, Agentlik qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirir. Bəs "Halal" standartı?

Sonxeber.az-ın məlumatına görə, modern.az-ın mövzu ətrafında yaranmış suallarını Qida Təhlükəsizliyi Agentliyinin (QTA) Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev cavablandırıb.

M.Piriyev bildirib ki, "Halal" standartı sertifikatının verilməsi qida təhlükəsizliyi sertikatından fərqli olaraq, məcburi xarakter daşımır:

"1 iyul 2018-ci ilən etibarən Agentlik "ASAN xidmət" mərkəzlərində və elektron müraciətlər əsasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı fəaliyyəti həyata keçirəcək.

"Halal" məhsulları məsələsinə gəldikdə, bu standartlarla qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılmasını qarşıdırmaq olmaz. "Halal" standartı sertifikatının verilməsi qida təhlükəsizliyi sertikatından fərqli olaraq məcburi xarakter daşımır və bu, sahibkarın istəyindən asılıdır".

Qurum rəsmisi deyib ki, "Halal" standartı ilə bağlı yalnış fikir formalaşdırmaq olmaz:

"Əvvəlcə onu qeyd edim ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Elə ona görə də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan kəsimi gələcəkdə mərkəziləşdirilmiş qaydada təşkil olunacaq və yalnız müəyyən labarator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq. Hesab edirəm ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətində fəaliyyət göstərən sahibkarlarlıq subyektlərinin sahənin inkişafına öz töhfələrini verməsinin əsl vaxtıdır. Əmin ola bilərsiz ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara lazım olan bütün köməkliklər göstəriləcək.

Xatırlatmaq istəyirəm ki, bu günlərdə Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlara rəsmi müraciət etdi və yeni ət kəsim məntəqələrinin yaradılması və həmin kəsim məntəqələrinin xidmətlərindən istifadə olunması sahəsində sahibkarları müasir, günün tələblərinə cavab verən fəaliyyətə dəvət etdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 774   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021