"Sözcülük və maşalıq etmiş birisindənmi çəkinəcəm?" - deputata sərt SÖZLƏR

"Sözcülük və maşalıq etmiş birisindənmi çəkinəcəm?" - deputata sərt SÖZLƏRMilli Məclisin deputatı Fazil Mustafa ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri, İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov arasında qalmaqal yaranıb.

Qalmaqala səbəb Fazil Mustafanın Facebook-da Elşad İskəndərov haqqında status yazması, onu din mövzusunda diletant adlandırması, qonşu ölkənin dini ideologiyasını Azərbaycanda yerləşməkdə ittiham etməsidir.

Qeyd edək ki, E.İskəndərov daha əvvəl Facebook səhifəsində təkfirçi düşüncəyə səslənərək, milli-mənəvi dəyərlərimiz qarşısında həddi bilməyə çağırmışdı. E.İskəndərovun bu çağırışında tənqidələrin özünə yönəldiyini əsas götürən Fazil Mustafanı məlum statusu yazmışdı.

Elşad İskəndərovun da deputata cavabı gecikməyib. F.Mustafanın məlum statusundakı məsələyə münasibət bildirən İƏT Gənclər Forumunin sədri Modern.az-ın suallarına cavab verib:

- Bu statusu yazmanız nədən irəli gəlirdi?

- Mən zaman-zaman əhəmiyyətli ictimai məsələlərə, xüsusilə köklü milli maraqlarımıza toxunan məsələlərə münasibətimi bildirirəm. Bilirsiniz ki, ölkəmiz ağır geopolitik çəkişmələrin artdığı cografiyada yerləşir. Açıq düşmənlə üz-üzəyik. Bu vəziyyətdə milli həmrəylik və harmoniyaya daha çox ehtiyacımız var. Məhz belə həmrəyliyə zərə vuran məlum təxribat xarakterli yazıyla əlaqədar son günlər sosial şəbəkələrdə yaranmış qeyri-saglam diskussiyadan yaranan qayğı məni məsələyə tarixi yanaşma prizmasından status yazmağa vadar etdi. Əslində status konseptual problemə toxunur. O, bir tərəfdən Azərbayacanda ənənəvi, yüzillər boyu forlmalaşmış, məzhəb və təriqətlər fövgündə olan Azərbaycan milli kimliyinin unikal bünövrəsini təşkil edən milli - mənəvi dəyərlərə xor baxılmasının yolverilməzliyinə diqqəti çəkir. Digər tərəfdən isə yüzminlərlə insanın hisslərinə toxunan bu düşüncə sahiblərinin dil uzatdıqları ənənənin arxasında böyük dahilərimizin (özü də məzhəb və dünyagörüşlərindən asılı olmayaraq) olmasını, milli-mənəvi dəyərlərimizin aşağılamasının heç kimin həddində olmadığını xatırlatmaq məqsədi daşıyır. Məsələyə konseptual yanaşma göstərərək ad çəkməsəm də, eyni müstəvidə cavab vermədə aciz qalaraq, bu təxribat xarakterli çıxışların əsas müəllifi Fazil Qəzənfəroğlu deyiləni özünə yaraşdıraraq, məsələnin mahiyyətinə varmadan, özünə xas üzədurma, şərləmə, yalan və etika qaydalarından kənar üslübda öz aləmində buna cavab verib".

- Fazil Mustafanın statusunda iddia edilir ki əzadarlıq mərasimlərini müdafiə etmək xarici qüvvələrin işinə yarayır. Sizcə bu düzgün yanaşmadırmı ?

- Azərbaycanda yüzillərdir mövcud olan Əhli beyt sevgisi və bunun təbii uzantısı olan əzadarlıq ənənəsini sadəcə bir məzhəbə, bu ənənəvi məzhəbin yüzminlərlə inanclısını isə xarici qüvvəyə bağlamaq elə millətimizin mənəvi həyatı və xüsusilə dindarlar üzərində "ağa"lıq iddiasında olanların dəyirmanına su tökməkdir. Əlbəttə, ənənəvi dindarlıqda da, bütün başqa cərəyanlarda olduğu kimi, ifrat-təfritə varanlar ola bilər. Amma inanc kimi həssas sahədə xürafatla mübarizə aparmaq, insanları məsxərəyə qoymaqdan deyil, onları elmi, zamanəyə uyğun təfəkkürə dəvətdən keçir. Böhtan və şər sözlərlə "maarifçilik etmək" isə zəlil və sözünə dəlil tapa bilməyənin, dinləyicilərini beyinsiz hesab edərək bu cür böhtanlarla reytinq qazanmaq istəyənlərə xas olan bir davranışdı.

- Siz Komitəyə rəhbərlik etdiyiniz dövrdə xurafat və ifratçılıqla mübarizə sahəsində hansı addımlar atılıb?

- Öncə qeyd edim ki, Fazil Qəzənfəroğlunun əsassız iddiasından fərqlı olaraq, Dini Komitə sədri olarkən onlarla müsahibələrim, çıxışlarım, o cümlədən dövlətin mövqeyi ilə razılaşmayanlarla açıq diskussiya tərzində söhbtlərim olub və sərbəst çıxışlardan heç vaxt çəkinməmişəm. İkincisi, son 20 ildən artıqdır fəaliyyətim dövlətimizə xidmət və görəvdə keçir. Bu görəvlərdə təşəbbüs və təşkilatçılığımla onlarla elmi, yüzlərlə publlisistik nəşr və konfrans materialları dərc olunub ki, onlar həm də mənim aşkar və sərbəst bildirdiyim mövqe və yanaşmam hesab oluna bilər. O cümlədən Komitəyə sədrlik dövrümdə, qurumun birbaşa iştirakı ilə onlarla nəşr işıq üzü görüb ki, onlardan həm ölkə daxilində milli-mənəvi dəyərlərimizin, həm də beynəlxalq müstəvidə Azərbaycan dini tolerantlıq modelinin tərənnümündə bü gün də səmərəli şəkildə istifadə olunur. Mövzuyla əlaqədar dərindən maraqlananlara, bu nəşrlərdən birini – redaktəmlə hazırlanmış "Azərbaycan və Əhli beyt irsi " kitabını oxumağı məsləhət görərəm.

Bütün bu nəşr, konfrans, silsilə maarifçilik tədbirləri ölkədə məzhəblərarası birliyin təmin edilməsi, radikal düşüncələrin önünün alınması, xarici dini təsirin neytrallaşdırılması, o cümlədən əzadarlıq mərasimlərində xürafat və ifratın aradan qaldırılmasına yönəlib. Və indi bunları görməyən, gah Əhli-beyt irsinə, gah Şah ismayıl şəxisyyətinə, gah Babəkə dil uzadan, gah Qərb, gah Feto, gah müxalifət maşalığını edən birisinin mənim fəaliyyətimi öz aləmində ittiham etməsi vicdan və əxlaqdan kənar yanaşmadan başqa bir şey deyil.

- Bu xətt Forumadakı fəaliyyətinizdə də davam etdirmisinizmi?

-Şübhəzsiz. Hər cür məzhəb və təriqətlərin mövcud olduğu 56 müsəlman ölkəsinin üzv olduğu İƏT Gənclər Forumu kimi bir beynəlxalq qurumun həm Baş katibi, həm sədri vəzifəsinə yekdilliklə seçilmişəmsə, deməli fəaliyyətim birləşdirici amillər üzərində qurulub. Bundan başqa öz aralarında belə dərin çəkişmələri olan ölkə nümayəndələri arasında məhz "Qüds-gənclik paytaxtı" programmımız çərçivəsində təmin etdiyim birlik səbəbilə, İƏT ölkələri gənclik sahəsində həmrəyliyin gücləndirməsinə görə "Qüdsün ulduzu" ali fəxri nişanı ilə təltif edilmişəm. Əlbəttə ki, bu beynəlxalq quruma rəhbərlik dövrümdəki fəaliyyətimə ən yüksək dəyərləndirmə mənim üçün Forumun fəaliyyətinə bu ilin aprel ayında cənab Prezident tərəfindən verilən yüksək qiymət oldu.

- Statusunuzun yazılmasında Fazil Mustafanın adını çəkməkdən nədən çəkinmisiz?

- O kimdir ki firkimi söyləməkdə ondan çəkinim? Mən Qəzənfəroğlunu alçalda biləcək, onun qaranlıq və yaralı keçmişinə, onu yetişdirən xarici qum və dibçəklərə, özü də faktlarla, nəzər salmaq istəməzdim – ilk növbədə buna elə onun bəyənmədiyi etiqadım izin vermir. Amma çəkinən o adam olmalıdır ki, əqidəsini və liderini "siyasi zərurətə" görə dəyişə. Şükürlər olsun nə əqidəmi dəyişmişəm, nə də xarici qumlarda yetişənləri yanıma salıb şübhəli xarici turnelərə çıxmamışam. Nə 2013-cü il prezident seçkiləri öncəsi dindarları dağıdıcı müxalifətin yanına çəkmək istəyən radıkallarla açıq müstəvidə qarşıdurma zamanı çəkinməmişəm, nə məscidlərimizi təkfirçilərin işğalından təmizlərkən onların təhdidlərindən gorxmamışam, nə də FETO-nun qaralama və mənəvi terror kampaniyası ilə üzləşəndə mövqeyimdən dönməmişəm. İndi bunların hamısına müxtəlif zamanlarda sözcülük və maşalıq etmış birisindənmi çəkinəcəm ?

Öz statusunda mənə xitabən "bizimlə mübahisəyə girmək cəsarətini alqışlayıram" deməsi müəllifin özündən nə dərəcədə müştəbeh və təkəbbürlü olmasını göstərdiyi kimi, bu iddiası da həmin məfkürəsinin məhsuludur. Ramazan ayında bu zavallıya böyük quruluşdan öncə həqiqi böyük gurtuluş təmənni edirəm, insanlarımızı belə fitnə qarşısında ayıq olub, təxribatlara gedərək tarixi naliyyətimiz olan milli və dini birliyimizə xələl gətirməməyə çagırıram.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1097   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel