Gəncədə məktəblilərin QANLI DAVASI: ürəyindən vurdu - ŞOK TƏFƏRRÜAT

Gəncədə məktəblilərin QANLI DAVASI: ürəyindən vurdu - ŞOK TƏFƏRRÜATGəncə şəhərində 11-ci sinif şagirdini öldürməkdə təqsirli bilinən Tural Tağıyev və xuliqanlıqda təqsirli bilinən Fərid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, bu il fevralın 13-də 11-ci sinif şagirdi, 2001-ci il təvəllüdlü Elnur Bağırov Gəncə şəhəri, Tağı Arani küçəsində ürəyindən bıçaqlanıb.

Elnur Bağırov xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Elnur Bağırov onun həmyaşıdı, 2001-ci il təvəllüdlü Tural Tağıyev tərəfindən qətlə yetirilib. Cinayəti törədən şəxs saxlanılıb.

İstintaq müəyyən edib ki, Tural Tağıyev qətli tək törətməyib. Həmin vaxt hadisə yerində Tural Tağıyevin digər həmyaşıdı Fərid Vəliyev də olub. Və o, qətli onunla birlikdə törədib.

Rəsmi açıqlamaya görə, qətli törədən Tural Tağıyev 39 saylı orta məktəbin rus bölməsinin 10-cu sinif şagirdi, qətlə yetirilən Elnur Bağırov isə 42 saylı orta məktəbin Azərbaycan dili bölməsinin 11 A sinfinin şagirdi olub.

Məlum olub ki, məktəblilər arasında mübahisə hadisədən bir gün əvvəl, axşam saatlarında sosial şəbəkədə yaranıb. Məktəblilər sonra "haqq-hesab" çəkmək üçün növbəti günə görüş təyin ediblər.

Onlar ertəsi gün, yəni fevralın 13-də, saat 12-də şəhərin Tağı Arani küçəsində görüşüblər.

Həmin vaxt Tural İsmayılov hadisə yerinə tək gəlməyib. Dostu ilə birlikdə vəd olunan yerə gələn Tural İsmayılovun Elnur Bağırovla mübahisəsi yenidən düşüb.

Mübahisə zamanı Tural İsmayılov dostu ilə birlikdə Elnur Bağırovu döyüb. Bu zaman Tural özündə olan bıçaqla Elnur Bağırovun ürək nahiyəsindən vurub.

İstintaq orqanı tərəfindən Tural İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.3-cü (xuliqanlıq) maddələri ilə, Fərid Vəliyevin barəsində isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilib.

publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2509   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü

Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb. "Unikal"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən "Loğmed" klinikasının qarşısında baş verib. Belə ki, İbrahim Əsədlinin qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadın və həya

27 fevral
.

4 il əvvəl atası tərəfindən öldürülən qızın FOTOsu

Xəbər verdiyimiz kimi, Ağdamda 4 il əvvəl itkin düşən qızın atası tərəfindən öldürülərək həyatyanı sahədə basdırıldığı ehtimal olunur. Trend xəbər verir ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı

22 fevral
.

"Həmin gün həkimə getməli idi, amma qətli polisə etiraf etdi"

"Təfəkkür Universiteti"nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir. "Qafqazinfo"nun məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda sonuncu şahidlər ifadə veriblər. Şahidlərdən biri təqsirləndirilən Dəyanət Quliyevin bacısı

22 fevral
.

"Nikosayağı" cəzasının böyük hissəsini evdə çəkə bilər

Xəbər verdiyimiz kimi, "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Qafqazinfo" xəbər verir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qey

7 mart
.

Qadın alveri edən şəxs 2500 manat cərimələndi

Nərimanov Rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 60 yaşlı Səma Məmmədovaya (ad-soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə S.Məmmədovanı Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, o, iki həmcinsini pul qarşılığınd

5 mart
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Toyda qardaşını və onun arvadını öldürmək istəyənə 14 il həbs

Sumqayıtda 2 nəfəri öldürməyə cəhddə təqsirləndirilən 1954-cü il təvəllüdlü Ruslan Kərimduxta hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R. Kərimduxt Cinayət Məcəlləsinin 29, 120.2.4, və 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə

20 fevral