"Başlayırlar ki, bu qədər pul gəlir, niyə..." - Siyavuş Novruzov

"Başlayırlar ki, bu qədər pul gəlir, niyə..." - Siyavuş NovruzovBu qanun siyasi partiyaların fəaliyyətini qanun özündə ehtiva edir. Lakin qanunda bəzi dəyişikliklərə ehtiyac var.

Sonxeber.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov "Siyasi partiyalar haqqında" qanuna təklif edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili xüsusən, qanunun 8-c maddəsində siyasi partiyada təmsil olunanalarla bağlı məhdudiyyətlərə etiraz edib:

"Həmin maddədə göstərilib ki, kimlər partiya üzvü ola bilər. Bu maddədə qeyri-müəyyənlik var. Həmin maddədə göstərilir ki, maliyyə orqanı, vergi, gömrük orqanları, dövlət televiziyası və dövlət mətbu orqanları təmsilçiləri siyasi partiyada təmsil olunmamalıdır. Buna səbəb nədir? Mərkəz Bankın İdarə Heyətinin üzvü niyə siyasi partiyada ola bilməz? "

Millət vəkili həmçinin siyasi partiyaların maliyyə hesabatlılığında da şəffaflığın olmadığını deyib: "Bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə hesabat vermir. Bu zaman qeyri-şəffaflıq ortaya çıxır. İndi öz aralarında mübarizəyə başlayırlar ki, bu qədər pul gəlir, lakin düzgün bölünmür. Bu da ölkədəki siyasi sistemlə bağlı mənfi rəy yaradır".

Siyasət   Baxılıb: 612   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR