"Bakı Kremlin təklifini qəbul etməyəcək"

"Bakı Kremlin təklifini qəbul etməyəcək""İyunun 7-də Rusiyada Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının toplantısı keçirildi. Həmin toplantıda çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu dedi ki, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər Suriyanın yenidən qurulmasında iştirak etsinlər. Şoyqunun sözlərinə görə Suriyada həyat normallaşıb və infrasturktur çalışmalarına başlamaq olar".

Sonxeber.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, Moskvanın bu istəyi yeni deyil: "Moskva daha əvvəl tərəfdaşlarını Suriyadakı "sülhməramlı" əməliyyatlarda iştiraka dəvət etmişdi. Onun bu təklifini də o zaman heç kim qəbul etmədi. Rusiyanın ən yaxın tərəfdaşları Belarus və Qazaxıstandır. Bu iki dövlət də Rusiya ilə birgə Suriyada sülhməramlı əməliyyatlarda iştirak etmədi.Moskva indi də tərəfdaşlarını Suriyanın yenidən qurulmasında iştiraka dəvət edir".

"Bu təklif nə üçün Moskvaya vacibdir? sualına E. Şahinoğlu Kremlin iki məqsədinin olduğunu cavabını verib: "Birincisi, Rusiya Qərb sübut etmək istəyir ki, o Suriyada tək deyil. İkincisi, Suriyanın yenidən qurulması üçün xeyli maliyyə lazımdır. Kreml Suriyanın yenidən qurulmasına başqa dövlətlərin də maliyyə ayırmasını istəyir. Kremlin bu iki məqsədinə çatacağı problemitkdir. Azərbaycanın Rusiyanın Suriya ilə bağlı təklfinə müsbət yanaşmayacaq. Çünki, Şoyqunun dediyindən fərqli olaraq Suriyada siyasi vəziyyət stabil deyil. Azərbaycan təklifə qoşularsa faktiki Bəşər Əsəd rejiminin güclənməsində iştirak edəcək. Bu Azərbaycana lazım deyil. Bəşər Əsəd separatçı Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini" tanıdı. Azərbaycan isə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Rəsmi Bakı separatçılaraı tanıyan rejimə dəstək verə bilməz. Digər tərəfdən Suriyada böyük dövlətlərin fərqli maraqları var. Azərbaycan Suriyada infrastruktur çalışmalarına qosuşlsa bu Azərbaycanın Rusiyanın mövqeyini dəstəklədiyi görüntüsü yaradacaq. Azərbaycan Suriyada infrastruktur çalışamalarına o zaman qoşula bilər ki, bu ölkədə beynəlxalq aləmin iştirakı ilə siyasi dialoq başlasın. Azərbaycan Suriyanın yenidən qurulmasında Rusiya ilə deyil Türkiyə ilə birgə iştirak edə bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1446   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28 mart
.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart