Atasının gözyaşları üçün 3 dəfə dünya çempionu olan əfsanə

Atasının gözyaşları üçün 3 dəfə dünya çempionu olan əfsanəDünya çempionatına 2 gün qalması artıq özü ilə birlikdə həyəcan gətirib.

Sonxeber.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, istər dünya mediasında, istərsə də, sosial şəbəkələrdə hər kəs mundialdan danışır.

Sizə indiyə qədər baş tutmuş dünya çempionatları tarixində baş vermiş maraqlı hadisələri təqdim edəcəyik.

Bu gün sizə mundial tarixinin ən şok hadisələrindən birini xatırldacağıq:

- Niyə ağlayırsan, ata?

- Braziliya dünya kubokunu qazana bilmədi.

- Ağlama mən sənin üçün dünya kubokunu qazanacağam.

Mundial tarixinin ən uğurlu komandası Braziliya bir neçə dəfə çempionatla dramatik şəkildə vidalaşdı. Bu böyük uğursuzluqların da həmişə günahkarları var idi. 1982-də Cerezo, 1986-da Ziko, 1998-də Ronaldo, 2010-da isə Felipe Melon günahkar idi. Amma heç bir faciə 1950-ci ildəki kimi deyildi. Heç bir futbolçu da Barbosa qədər günahkar deyildi...

1950-ci illər bütün dünyaya nəsə vəd edirdi. Müharibə başa çatmış, bir çox insan yeni talelərini yazmaq üçün ölkələrini yenidən qurmaya başlamışdı. İdman da bu baxımdan nəsə qazanacaqdı. 12 illik aradan sonra Braziliyada təşkil olunacaq dünya çempionatı dünyanın yeni çempionatı olacaqdı.

Ev sahibi Braziliya azarkeşlərinin ümid yeri idi. 1949-cu ildə Cənubi Amerika kuboku qazanmışdılar, Paraqvayı finalda 7:0 hesabı ilə məğlub etmişdilər, 8 oyunda 46 qol vurmuşdular. Dünya çempionatında qrupda Yuqoslaviya və Meksikaya qalib gəldilər, İsveçrə ilə heç-heçə etdilər. 4 qrup liderinin toplandığı finallara keçdilər. Burada İsveçi 7:1, İspaniyanı 6:1 hesabı ilə udmağı bacardılar. Son matça qrupun lideri kimi yollandılar. Son oyunlarında rəqib qrupun ikincisi Uruqvay idi. Uruqvay millisində bir çox önəmli oyunçular yer alsa da, Braziliya kimi gözqamaşdırıcı nəticələri yox idi. İspaniya ilə heç-heçə etdilər, İsveçi 85-ci dəqiqədə vurduları qollar 3:2 uddular. Bütün bunlar Braziliyanın açıq-aşkar favorit olduğunu göstərirdi. Belə ki, 15 iyun 1950-ci ildə yayımlanan "O Mondo" qəzetinin manşetində "Dünya çempionları" başlığı ilə Braziliya millisinin ilk "11-liy"i var idi. Braziliyalı Zizinyo illər sonra matçdan öncəki gün 2 mindən çox "Braziliya dünya çempionudur" yazılı fotonu imzaladağını açıqlayacaqdı. Uruqvay tərəfindən isə kapitan Obdulio Varela səhnədəydir. Ala bildiyi qədər "O Mondo" qəzeti aldı və iddialı manşetin olduğu qəzeti komanda yoldaşlarına verdi. Braziliya özündən əmin Uruqvay isə istəkli idi.

16 iyunda mundial üçün inşa edilən məşhur "Marakana" stadionunda komandalarına dünya çempionu gözü ilə baxan 200 min braziliyalı var idi. Qalib olmaqları üçün heç-heçə də kifayət edirdi. Amma alınmadı...

Braziliya qarşılaşmada önə keçsə də, əvvəlcə Xuan Alberto, matçın başa çatmasına 10 dəqiqə qalmış Alcides Giggia qol vurdular. "Maraka"nadakı o möhtəşəm atmosfer ölüm səssizliyi ilə əvəz edildi. "O Mondo" qəzəetinin növbəti günkü başlığı belə idi: "Dramatika, Faciə və Axmaqlıq!".

"Heç bir zaman məğlubiyyətdən sonra Braziliya xalqı qədər üzgün insanlar görmədim. 200 kin insanı sadəcə 3 futbolçu susdurdu: Frank Sinatra, Papa 2-ci Paul və mən". Bu sözlər Giggia illər sonra söyləmişdi. Braziliyalılar bu məğlubiyyətə "Marakana zərbəsi" adını verdilər. Uzun illər həmin kabusu unutmadılar. Jurnalist Nelson Rodrigez vəziyyəti "Bizim Xirosimamız" deyə izah etmişdi.

Məğlubiyyətin günahkarı isə qapıçı Moacir Barbosa idi. O günə qədər böyük karyeraya malik olan çərçivə qoruyucusu günahkar elan edildi. Barbosanın bu səhvi kitablara və filmlərə mövzu oldu. 2000c-i ildə qapıçı belə bir açıqlama vermişdi: "Braziliyada ən ağır cəza 30 ildir, amma mənim həbsim 50 ildir davam edir". Bu açıqlamadan qısa müddət sonra o vəfat etdi.

Braizliyanın dirilişi isə 1950-dən 8 il sonra, yeni sarı formaları ilə İsveçdə yaşandı. İlk kuboklarını orda qazandılar. Sonra isə 1962, 1970-ci illərdə çempion oldular. 16 iyun 1950-də ilk dəfə atasının ağladığını gprən kiçik Edson Arantes do Nasimento, dünyanın Pele kimi tanıdığı ulduz atasına verdiyi sözü tutmuşdu. Həm də 3 dəfə...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1261   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Portuqaliya millisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq. -in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat"

16 aprel
.

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi yer məlum olub. report-a istinadən xəbər verir ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda keçiriləcək

15 aprel
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21 aprel
.

Mbappedən mövsümün rekordu

PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 40-dan çox qol vuran ilk avropalı olub. "Qafqazinfo" xəbər verir ki, Fransa millisinin üzvü son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə oyunda dubl edib. 25 yaşlı forvard ümumilikdə 42 matçda (24-

17 aprel
.

Qurban Qurbanovdan "Beşiktaş"la bağlı AÇIQLAMA

"Qarabağ" Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib. xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:. - Sönük oyun getdi. İstərdi

20 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14 aprel
.

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər: Namizədliyi irəli sürüldü

"Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb". "Report" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransınd

21 aprel
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14 aprel