14 yaşlı gəncdən 16 gündür ki, xəbər yoxdur - VİDEO
16 gündür evdən çıxan 14 yaşlı yeniyetmə hələ də geri qayıtmayıb. Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Ramiz Musayev adlı yeniyetmənin bu addımı hansı səbəbdən atdığı məlum deyil.
Sonxeber.az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda 14 yaşlı yeniyetmə itkin düşüb. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Ramiz Musayev 16 gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb. Uşağın atası Rasim İsmayılovun sözlərinə görə, bu, Ramizin bu qəbildən olan ilk hərəkəti deyil.
Rasim İsmayılovun sözlərinə görə, oğlu hər gün sosial şəbəkərdə aktiv olur. Hətta dostları ilə də yazışıb və onlara evə qayıtmayacağını deyib.
Məsələ ilə bağlı artıq Suraxanı rayon 30-cu polis bölməsinə və Xəzər rayon polis idarəsinə məlumat verilib. Valideyn uşağının taleyindən narahatdır və onun tez bir zamanda tapılmasını istəyir.
Suraxanı rayon, 30-cu polis bölməsindən isə bildirildi ki, hazırda yeniyetmənin axtarışları davam etdirilir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1939 Tarix: 12 iyun 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var
Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəli
29 mart7-8 il əzab verdiyi arvadı gözünü itirib...
Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə
28 martİcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu
Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə
28 martTürkiyə 10 ildən sonra bu ölkəyə uçuşları bərpa etdi
Türk Hava Yolları 10 ildən sonra Liviyaya uçuşları bərpa edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, uzunmüddətli fasiləyə səbəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar olub. Lakin hazırda ilk təyyarə Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Türkiyə
29 martBacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto
Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti
28 martBuraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?
Martın 3-də keçirilən imtahanın nəticəsi növbəti həftə ərzində açıqlanacaq. Bu barədə Trend-in sualına cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, martın 10-da olan imtahanın nəticəsinin isə aprelin 8-dən sonra elan ediləcək. Xatırıladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-d
29 mart