TANAP-ın açılışına Gürcüstan rəsmilərindən heç kim niyə qatılmadı?

TANAP-ın açılışına Gürcüstan rəsmilərindən heç kim niyə qatılmadı?"Türkiyənin Əskişəhərində TANAP-ın açılışında iki müəamma diqqətimi çəkdi. Açılışda qonaq qismində İlham Əliyevlə yanaşı, Serbiya və Ukrayna prezidentlərinin iştirakı anlaşılan idi. Hər iki dövlət gələcəkdə TANAP-la nəql ediləcək Azərbaycan qazını Cənubi Avropa ölkələri üzərindən alacaqlar. Bəs bu vacib mərasimdə Gürcüstan rəsmilərindən niyə bir kimsə iştirak etmirdi? Bunu anlamadım".

Sonxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb.

O diqqətə çatdırıb ki, boru xətti Gürcüstandan da keçir: "Gürcüstan rəsmiləri bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bütün boru və nəqliyyat xətlərinin açlışında iştirak ediblər. Əlbəttə, düşünülə bilər ki, Gürcüstan TANAP üzərindən daşınacaq qazdan almayacaq, ancaq bu layihə Gürcüstanın strateji önəmini artırır. Şübhə etmirəm ki, Gürcüstanın prezidenti Mixail Saakaşvili olsaydı mütləq bugünkü mərasimdə iştirak edərdi".

Politoloqun diqqətini çəkən İkinci müəamma TANAP-ın açılış mərasimində Küzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı da iştirak etməsi olub: " Məsələ burasındadır ki, TANAP Kıbrısdan keçməyəcək, əks halda bunun üçün Aralıq dənizinin dibi ilə boru xətti çəkilməli idi. Bu səbəbdən KKTC TANAP-dan daşınacaq qazı ala bilməyəcək. Buna baxmayaraq, KKTC lideri mərasimdə iştirak edirdi, hətta o mərasimdə çıxış edən ikinci dövlət başçısı oldu. Fikrimcə, KKTC liderinin mərasimdəki iştirakı və çıxışı Türkiyə Cümhurbaçqanı Rəcəb Təyyub Ərdoğanın təşəbbüsüdür və bu təşəbbüsü dəstəkləyirəm. Çünki, KKTC-də yaşayan insanlar Türkiyə ilə yanaşı Azərbaycan üçün də doğma insanlardır. Təsadüfi deyil ki, Azrəbaycan prezidentindən sonra çıxış edən KKTC lideri Mustafa Akıncı İlham Əliyevın sözlərinə belə bir əlavə də etdi: "Türkiyə ilə yanaşı biz də Sizinlə qardaşıq". KKTC üçün TANAP layihəsi yunan Kiprinin Aralıq dənizinin zənginliklərinə təkbaşına yiyələnməsinə maneə yaradır. Məsələn KKTC istəyir ki, İsrail kəşf etdiyi zəngin qaz resurslarını dünya bazarlarına yunan Kipri üzərindən deyil TANAP üzərindən dünya bazarlarına daşısın. İsrail bu variantı nəzərdən keçirir. Ancaq bunun üçün Türkiyə ilə İsrail arasındakı gərginlik azalmalıdır. İlham Əliyev Türkiyə ilə İsraili barışdırmaq üçün tarixi şans əldə edə bilər. İsrailin öz qazını TANAP üzərindən daşıması bölgədə Azərbaycanla Türkiyənin əhəmiyyətini daha bir az artıracaq. Bu elə İsrailin də xeyrinədir. İsrail hipotetik boru xətləri haqqında düşünməkdənsə və ya Türkiyənin acığına yunan Kirpi ilə danışıqlar aparmaqdansa öz qazını hazır TANAP üzərindən Avropaya çatdıra bilər",-deyə politoloq vurğulayıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1112   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel