Çavuşoğlu: "Bəzən dostum Elmar Məmmədyarovla zarafat edirəm"

Çavuşoğlu: "Bəzən dostum Elmar Məmmədyarovla zarafat edirəm""Azərbaycanla Türkiyə qardaş dövlətdir. Birimizin sabitliyi və əminamanlığı, digərimizin sabitliyi və əminamanlığıdır. Qarabağ məsələsi sadəcə Azərbaycanın məsələsi deyildir".

Modern.az-ın məlumatına görə, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyənin XİN rəhbəri bildirib ki, Azərbaycanın işğal edilmiş torpaqları da bizim məsələmizdir.

"İndi partiyamızın seçkiqabağı kampaniyaları yaxşı gedir. İnşallah yenə prezident Rəcəb Tayyib Ərdoğan seçkiləri qazanacaq. Seçim olsa da, olmasa da Azərbaycanın məsələləri ilə daim maraqlanırıq. Mən eyni zamanda Azərbaycanın da xarici işlər naziri kimi işləyirəm. Hətta bəzən dostum Elmar Məmmədyarovla zarafat edirəm. Ona deyirəm ki, sən tətilə gedə bilərsən, mən onsuz da işləyirəm. Çünki qardaşlar arasında belə də olmalıdır".

Mövlud Çavuşoğlu deyib ki, Türkiyə fərqli ölkələrdən qaz və neft idxal edir.

"Çünki bizim qaynaqlarımız məhduddur. Biz istəyirik ki, qardaş Azərbaycandan qazı və nefti daha çox alaq".

Türkiyəli nazir bildirib ki, TANAP layihəsində Azərbaycan və Türkiyə ortaqdır.

"Bundan əvvəlki boru kəmərlərinin həcmi məhdud idi. İndi qardaş Azərbaycandan TANAP vasitəsilə daha çox qazanacağıq. Bu layihəyə bəzi xarici iş adamları da ortaq oldu. Bu çox möhtəşəm layihədir. Buna görə də özəl firmalar da bura investisiya qoydular. Bundan sonra da neft və qaza olan ehtiyaclarımızı Azərbaycandan almaq istəyirik. Bildiyiniz kimi, Bakı-Tiflis- Qars layihəsinin açılışını Bakıda etdik. Bu da ortaq böyük layihəmizdir. Bizim nəqliyyat layihələrində də iş birliyimiz var. Türkiyə-Azərbaycan- İran, Türkiyə- Azərbaycan- Türkmənistan- Qazaxıstan tarixi İpək Yolunu dəmiryolu vasitəsilə yenidən bərpa edirik. Çində başlayan layihənin ən önəmli ortaqları Türkiyə və Azərbaycandır. İnşallah bu Türkmənbaşındakı liman da açılır".

Çavuşoğlu qeyd edib ki, Azərbaycanda Türkiyənin, Türkiyədə isə Azərbaycanın investisiyaları var.

"Azərbaycanda hər sahədə inkişaf davam edir. Türkiyə də inkişaf edir və dolayısı yolla iqtisadiyyatı böyüyür. Burada birlikdə addımlar atmaq önəmlidir. Xüsusilə də müdafiə sənayesi sektorunda yaxın əməkdaşlığımız var. İstehsal etdiyimiz məhsulları qardaş Azərbaycanla paylaşırıq. Hərbi və siyasi istiqamətdə də münasibətlərimiz mükəmməldir. Türk Konseyi Birliyində Azərbaycan və Türkiyə əsas rola sahibdir. Bu mövzuda da əməkdaşlığımız türk dünyasının birliyi istiqamətində davam edəcək. Türk birliyinin mədəniyyət mərkəzi də Bakıdadır".

Türkiyənin XİN rəhbəri vurğulayıb ki, gələcəkdə birlikdə dəyərləndirə biləcəyimiz önəmli fürsətlər var:

"Bu istiqamətlərdə də liderlərimizin ortaq qərarlığı var. Bildiyiniz kimi, Bakıdan Alanyaya birbaşa təyyarə reysi açıldı. İlk təyyarə reysi sevinclə qarşıladı. "Buta airways" "Anadolu jet"in təcrübəsindən istifadə etdi. Azərbaycandan olan yüksək təbəqə adətən Bodruma gedir. Ora otelə gedirsiniz və görürsünüz ki, azərbaycanlılar çoxdur. Bodrum da bizim şəhərimizdir və gözəldir. Amma azərbaycanlı siyasətçilərə söyləyin ki, ara-sıra Alanyaya da gəlsinlər. Bu, zarafatdır (gülür)".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 686   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

"Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır". Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos "Joxovurd" nəşrinə müsahibəsind

16 aprel
.

Prezident Bum qəsəbəsində tam orta məktəbin yeni binasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib. Bu barədə xəbər yayıb

9 aprel
.

Prezident Qəbələyə gedib

Prezident İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, "Azərişıq" ASC-nin 110/35/10 kV-luq "Hacıalılı" elektrik yarımstansiyasını

9 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

Azərbaycan Prezidenti: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

"Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir". AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib. "Biz Qarabağd

16 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel