İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla...

İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla...Ölkəyə yeni qaz sayğacları gətirilib. Yeni sayğaclar bir sıra imkanlarına görə əvvəlkilərdən fərqlənəcək.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev Sonxeber.az-a açıqlamasında bildirib ki, artıq sayğaclar ilkin test mərhələsindən keçib:

"Bakının müxtəlif rayonlarında 30-a yaxın yerdə qaz sayğacı sınaqdan uğurla keçib. İkinci sınaq dövründə birinci dövrdə yaranmış problemlər həll edilib. Yaxın zamanda 70-ə yaxın sayğacın sınaq müddəti də bitəcək. Sınaq müddəti tam başa çatandan sonra bir neçə aya yeni sayğaclar tam istifadəyə veriləcək. Bu sayğaclar da əvvəlkilər kimi Fransa istehsalıdır".

İ.Kəlbalıyev yeni sayğacların üstünlüklərindən də danışıb:

"Bundan sonra mövcud sayğaclarda problem baş verərsə, onlar bu sayğaclarla əvəzlənəcək. Həmçinin bundan sonra qazlaşdırma həyata keçiriləcək yeni yaşayış məntəqələrində bu sayğaclardan istifadə ediləcək. Yeni sayğaclar bir çox imkanlarına görə əvvəlkinlərdən fərqlənir. Əvvəlki smart kartlarda zədələnmə olanda abonent məbləği sayğaca yükləyə bilmirdi. Yeni sayğacda isə kartlarda çip hissəsi yoxdur. Yükləmə üçün abonent kartı sayğaca salmaq məcburiyyətində deyil. Abonent kartı sayğaca yaxınlaşdırmaqla ödənişini daha rahat şəkildə edə biləcək. Ən önəmli məqam isə telefon vasitəsilə ödəniş etməyin mümkünlüyüdür. Bunun üçün telefonuna xüsusi proqram yükləməli, e-mail vasitəsilə qeydiyyatdan keçməlidir. Sadəcə telefonu sayğaca yaxınlaşdırmaqda ödəniş edə biləcək".

Bundan başqa, əvvəlki sayğacda ekran hissəsində xüsusi lövhədə işıqlandırma yox idi, bu da gecə vaxtı əməliyyatların aparılmasında çətinlik yaranırdı:

"Yeni sayğacda ekranda işıq sistemi var ki, qaranlıq hər hansı əməliyyat aparılarkən ondan istifadə edə biləcəklər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2255   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki

29 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

"Seyran Ohanyan həbs olunmalı və layiq olduğu cəzanı almalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi

"MT Construction" tikinti şirkəti Şuşa şəhərinin "Dəmir Yumruq" küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "MT Constructıon" MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqç

29 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart