Ay uzaqlaşır, Yer yavaşlayır, planetlər orbitini dəyişir - Kosmosdakı dəyişikliklərin saatlarımıza İNANILMAZ TƏSİRİ

Ay uzaqlaşır, Yer yavaşlayır, planetlər orbitini dəyişir - Kosmosdakı dəyişikliklərin saatlarımıza İNANILMAZ TƏSİRİZaman insan böyüdükcə ona daha sürətli axırmış kimi görünür, ancaq görünüşə görə, bunun tərsi də ola bilər. Dünyadakı günlərimiz zaman keçdikcə daha uzun hala gəlir. Bu durum Ayın planetimizin fırlanması üzərindəki təsiri səbəbilə gerçəkləşir.

Bu bilgidən sonra dərhal gedib yuxu proqramınızın vaxtını uzatmağa çalışmamalısınız. Aparılan yeni bir araşdırmada Yer kürəsi ilə Ay arasındakı münasibət 1,4 milyard il keçmişə qədər müşahidə edilib və o zamanlar günün sadəcə 18 saat olduğu üzə çıxıb.

Yəni o zamandan bəri 6 saata yaxın zaman qazanmışıq. Və ya bir ildə, təxminən, heç fərqinə varmadığımız 0.00001542857 saniyə. Üstəlik bunun səbəbi Ayın bizdən davamlı olaraq və çox yavaş şəkildə uzaqlaşmasıdır. Ay Yerə 1,4 milyon il öncə həddən artıq yaxın durub və Yer kürəsinin fırlanması daha sürətli olub.

Viskonsin-Madison Universitetində işləyən geoloq Stefan Meyers bildirib ki, Ay uzaqlaşdıqca Yer kürəsi sanki fırlanan bir xizək rəqqası kimi qollarını genişlədərək yavaşlamağa başlayıb.

Elm adamlarından ibarət komanda "Astro-zaman" adı verilən geoloji qeydlər ilə astronomik qaydaları bir-biri ilə əlaqələndirərək Yerin və Günəş sisteminin tarixini yenidən yaradan bir üsuldan istifadə edib. Daha aydın bir formada isə Milankoviç dönmələri adı verilən bir şeyi istifadə ediblər. Bu dönmələr Yerin Günəş ətrafındakı orbitində xəyali ox mailliyində meydana gələn dəyişikliklərin və ya Yerin əyriliyində Günəşə doğru və ya zidd yöndə gerçəkləşən səndələmələrin səbəb olduğu iqlim dəyişikliyini ehtiva edir.

Bu durum fərqli paralellərə gedib çatan Günəş radiasiyasının miqdarında fərqliliyin yaranması ilə nəticələnir. İqlimdə meydana gələn belə dəyişikliklər çox qədim qayalarda və fosillərdə əks olunub qalır.

Elm adamları astro-zaman metodundan istifadə edərək Yer kürəsinin iqlimi və bu iqlimin Günəş sistemimizdəki digər nəsnələrlə yüz milyonlarla il öncəyə uzanan münasibətləri üzərində araşdırma apara bilirlər. Orbit dəyişiklikləri ilə meydana gələn iqlim dəyişikliyinə "orbiti zorlamaq" adı verilir.

Ancaq geoloji qeydlərdə daha gerilərə, milyardlarla il öncəyə getmək daha çətindir. Çünki radioizotop kimi tarixləmə üsulları bu qədər qədim bilgiləri müəyyən edəcək qədər qüsursuz deyil.

Digər bir problem isə nizamsız Günəş sistemi qaydasıdır. Bu fikrə görə, Günəş sistemindəki nəsnələr nizamlı və yüksək səviyyədə təxmin edilə bilən orbitlərə sahib olmaq yerinə, zamanla daha nizamsız hala gəlirlər.

Geoloji qeydlərin incələnməsi ilə Günəş sisteminin zamanla necə dəyişdiyini görmək mümkündür. Ötən il Meyers və həmkarları Koloradodakı bir qayada yer alan çöküntü qatlarında aparılan araşdırmalara dayanaraq Yer və Mars arasında 90 milyon il gerçəkləşmiş qarşılıqlı təsiri göstərən bir teoriya yayımlayaraq belə bir şey həyata keçiriblər. Söylədiklərinə görə, bu, nizamsız bir Günəş sistemini göstərən ilk dəqiq dəlildir.

Ancaq zamanda daha geriyə getmək daha çox problem meydana çıxarır. Məsələn, Ay hazırda Yerdən bir ildə 3,82 sm uzaqlaşır. Ayın 4,5 milyard yaşı olduğunu bilirik. Ancaq hazırkı faiz ilə geriyə doğru getdiyimizdə ehtimallara görə 1,5 milyard il öncə Ayın Yerə çox yaxın olmuş və planetin qravitasiya qüvvəsinin təsiri ilə parçalara ayrılmış olması lazım idi.

Meyers Kolumbiya Universitetindən Yer kürəsi araşdırmaçısı olan Alberto Malinverno ilə birlikdə "TimeOptMCMC" adlı bir sistem yaradıb. Bu sistem astrologiya qaydaları, geoloji məlumatları və "Bayesçi yanaşma" adı verilən bir yanaşmanı birləşdirərək qeyri-müəyyənliyin öhdəsindən gəlməyə yardımçı olur.

Meyers və Malinverno Çində yerləşən 1,4 milyard yaşındakı "Xiamallaşmanın formalaşması"nı cənubi Atlantik okeanındakı Ualvis yüksəkliyindəki 55 milyon illik iki qaya təbəqəsinə tətbiq edib. Bu yolla Yer ilə Ay arasındakı uzaqlığı Yerin orbitindəki dəyişiklikləri və hətta 1,4 milyard il öncəki bir günün uzunluğunu hesablaya biləcəklərini kəşf ediblər.

"TimeOptMCMC"dan istifadə edərək "Xiamallaşmanın formalaşması" üçün yenidən hesablanan Yer-Ay arasındakı uzaqlıq Ayın keçmişdə Yerdən daha yavaş uzaqlaşdığını göstərib. Yəni bir günə hər il əlavə edilən zaman artıb.

Bu durum, günlərimizin 0.000018 saniyə hər il daha uzun hala gəldiyini tapan son araşdırmaların hələ də keçərli olduğunu göstərir. Araşdırmaçılar gələcəkdə yaratdıqları yanaşmadan istifadə edərək Günəş sisteminin təkamülünü milyardlarla il öncəyə qədər yenidən inşa etmək istəyirlər.

"Geoloji qeydlər Günəş sisteminin ilk zamanları üçün astroloji rəsədxana əhəmiyyəti daşıyır. Qayalarda və həyatın tarixində qorunan bu nəbzin ritminə baxırıq" ,- deyib Meyers./publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1274   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Britaniyada 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edildi

İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib. xarici mediaya istinadən xəbər verir ki, "siqaretsiz nəsil" yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib. Çərşənbə axşamı təsdiqlənə

17 aprel
.

Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladıldı - Video

İrəvanda Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladılıb. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, partlayış hökumətin qərarı ilə həyata keçirilib. Bildirilir ki, bina son illər ölkənin Dövlət Gəlirləri Komitəsinin balansında olub. Sözügedən tikilini

17 aprel
.

Urmiya gölünün son peyk görüntüsü

Güney Azərbaycanın incisi sayılan Urmiya gölünün son görüntüləri yayılıb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. Fotolardan gölün cənubunda suyun səviyyəsinin bir qədər çox, lakin mərkəzdən şimala doğru olan hissəsində suyun xeyli az olduğu görünür. Məlumata görə

18 aprel
.

Dava edən ustaları ayırmaq istəyərkən, az qala ölürdü

Dava edən iki mağaza sahibini ayırmağa çalışan şəxs güllələnib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Hadisə saat 15:00 radələrində İstanbulda baş verib. Əldə edilən məlumata görə, saat ustası naməlum səbəbdən qonşu mağazada gümüş ustası işləyən şəxsl

17 aprel
.

Ukraynada səfərbərlik gücləndirilir

Ukrayna Prezidenti Volodimir Zelenski yüz minlərlə ukraynalının silahlı qüvvələrə çağırılmasına imkan verəcək səfərbərliyin sərtləşdirilməsi haqqında qanunu imzalayıb. Qanunda olan normaların bəziləri dərc edildikdən dərhal sonra, böyük hissəsi isə bir aydan sonra qüvvəyə minəcək. Xatırladaq ki, Ukrayn

16 aprel
.

Dəhşət! Qadını meşəyə aparın təcavüz edib,videoya çekdilər

2018-ci ildə avtomobil ilə meşə ərazisinə aparılıb təcavüzə məruz qalan qadın hər şeyi etiraf edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Bellə ki, 5 il əvvəl meşəyə aparılıb, təcavüzə məruz qalan qadın illər boyu susub. Qadın hər şeyi etiraf etmək qərarına gəlib. O dostunu

18 aprel
.

Ögey övladlarını ac saxlayıb hər gün döydü

Rusiyanın Petropavlovsk-Kamçatski şəhər sakini yetkinlik yaşına çatmayan ögey övladlarına işgəncə verib. yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, Petropavlovsk-Kamçatski şəhərinin 44 yaşlı sakini 9 və 10 yaşlı iki oğlunu böyüdən qadınla yaşayıb. Ata mütəmadi olaraq ögey övladların

17 aprel
.

Kişi ona borc verməyən dostunu öldürüb basdırdı

Dağıstanda kişi dostunu öldürüb. Rusiya KİV-ə istinadla bildirir ki, Dağıstan sakini dostundan borc olaraq 10 min rubl istəyib. Ancaq rədd cavabı aldığı üçün onu bıçaqla vuraraq kəndin kənarında basdırıb. Hadisə İrganay kəndində baş verib. Cinayətkar özü polis şöbəsinə gedərək, törətdiyi cinayəti etira

17 aprel
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18 aprel