"Bu xəbəri hamı ağlaşma ilə qarşıladı" - Könül Kərimova - VİDEO - FOTO

"Bu xəbəri hamı ağlaşma ilə qarşıladı" - Könül Kərimova - VİDEO - FOTOARB Ulduz-un "Şou məkan" verilişinin qonağı olan əməkdar artist Könül Kərimova maraqlı açıqlamalar verib.

Ötən ay "Əməkdar artist" fəxri adına layiq görülən Könül Kərimova, bu adı çoxdan gözlədiyini və onun üçün kifayət qədər dəyərli olduğunu etiraf edib:

"Uzun illərdir ki, gözləyirdim. Qismət bu günə imiş. Hərdən özümə deyirəm ki, elə ona görə bu ad mənim üçün bu qədər şirinləşdi, dəyəri artdı. Bir şeyi ki illərlə gözləyirsən, bax, o, sənə bir o qədər dəyərli, əziz olur. İllərdir, çəkdiyin əziyyətin bəhrəsini gördükdən sonra, onu necə adi qarşılamaq olar? İnanın, deyirdim ki, sevincdən adamın ürəyi partlayar. Bu ad mənə hər şeydən əzizdir. "Əməkdar artist" adı mənə ən böyük titullardan əzizdir".

İlk dəfə həmkarı Nüşabə Ələsgərlinin təbrikini eşidən Könül xanım özəl duyğular yaşamadan öncə, kifayət qədər qorxu və həyəcan keçirib:

"Günorta idi. Telefon səssizdə idi. Ancaq hiss edirdim ki, zəng gəlir. Telefona baxdım. Sözün düzü, bir az qorxdum, narahat oldum. Bu qədər insan ardı-arası kəsilmədən mənə zəng edib. Zəng edənlərin siyahısına baxdım ki, qoy, görüm birinci kim zəng edib. Baxdım ki, Nüşabə Ələsgərli. Fikirləşdim Nüşabə mənə pis xəbər deməz. Ona zəng vurdum. Çox yüksək tonla, qışqıra-qışqıra təbrik etdi. Xəbəri eşidəndə donub qalmışdım".

Ailə üzvlərinin, qohum-əqrəbanın reaksiyasından da söz açan müğənni bunları deyib:

"Baxıram ki, özümüzünkülərdən heç kəs yoxdur. Nə anam, nə bacım, nə qardaşım, nə oğlum, nə qızım.. Deyirəm, ay Allah, bunlar hardadır görəsən? Ona görə ağlım yüz yerə getdi. İraq olsun, bəlkə, nəsə hadisə var, mənim xəbərim yoxdur. Niyə yatırlar, xəbərləri yoxdur. Ağlaya-ağlaya qardaşımı yığdım. Bilirdim ki, o, məndən də çox gözləyirdi bu xəbəri. O uşağı da orada qorxutdum. Qışqırdı ki, nə olub? Dedim, mənə ad veriblər. Anam da rayonda. Hamı ağlaşır. Bu xəbəri gülə-gülə qarşılayan yoxdur da, hamı ağlayır".

O, bir neçə gün içində nələr dəyişdiyi barədə bunları bildirdi:

"O ada layiq hərəkət etmək istəyirəm. Hətta dəvət edir efirlər, pis çıxmasın deyirəm getdiyim yerə diqqət edim. Hardayam, nə ifa edəcəm, bunları götür-qoy edirəm. Yəni mənə beş qat məsuliyyət gəlib bu ada görə".

Əməkdar artist artıq bundan sonra əvvəlkindən qat-qat artıq məsuliyyətlə sənətinə dördəlli sarılaraq, sevənlərinə yeniliklər təqdim edəcək:

"Elə bilirəm ki, hər şey yenidən başlayır. Studiyada mahnılar yazdırırdıq. Xəbər çıxdı ləngidi. Deyirəm eybi yox oxuyarıq. Yaradıcılığımda dəyişikliklər olacaq. Oğlum da ifa etməyə başlayır. Qardaşımın qızı deyərdim ki, fitri istedaddır. Ansamblımızı genişləndirəcəyik. İşlərimiz çoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2744   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Afaq Bəşirqızı üsyan etdi: "Niyə Məleykə Əsədovadan yazmırlar?"

Bir müddət öncə Xalq artisti Afaq Bəşirqızının görüntüsü müzakirələrə səbəb olub. Onun yeriməkdə çətinlik çəkdiyi iddia olunurdu. Martın 8-də isə Xalq artisti "Bu şəhərdə" komandasının tamaşasında görüntülənib. A.Bəşirqızının səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. Xalq artist

17 mart
.

Əlikram Bayramov Elgiz Əkbəri ifşa etdi: "Proqramdan əvvəl mənə tapşırdı ki..."

Müğənni Əlikram Bayramov qatıldığı teleproqramlardan birində aparıcı Elgiz Əkbər haqqında maraqlı fikirlər səsləndirib. -a istinadən bildirir ki, o Elgiz Əkbərin onu meyxanaçılarla eyni proqrama çıxarkən əvvəlcədən öyrətdiyini, onlara qarşı kəskin sözlər deməsini tapşırdığını deyib. "Verilişə çağırıb

16 mart
.

Terror zamanı məşhur aktyor da orada olub

Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub. Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb. O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib. Aktyo

24 mart
.

İlkin qızının ad günündən görüntü paylaşdı

Aparıcı İlkin Həsəninin qızı Alisin ad günü olub. Axşam.az xəbər verir ki, aparıcı övladı üçün evində məclis edib. İlkin ad günündən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, İlkin bloger Aysellə ailəlidir. Cütlüyün iki övladı var

26 mart
.

Tünzalə Moskvadakı terror hadisəsi haqda: "Şükür ki, Röya..."

Xalq artisti Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb. Müğənni bu barədə şəxsi "İnstagram" hesabında video paylaşıb:. "Crocus City Hall"da baş verən dəhşətli terror hadisəsi hər birimizə çox pis təsir etdi, günahsız insanlar öldü. Heç bir millətin nümayəndəsinə

23 mart
.

Övladını itirdiyini öyrənib ağladı - VİDEO

"Survivor" iştirakçısı Yunus Emre Özden övladının tələf olduğunu öyrənib. olay-a istinadən xəbər verir ki, onun xanımı Beria Özden zəng vasitəsilə uşaqlarını itirdiyini deyib. Y. Emre yarışmada göz yaşlarına hakim ola bilməyib. Qeyd edək ki, o, ata olacağını bir neçə gün öncə öyrənmişdi

17 mart
.

Gülay qızı ilə birgə Balidə: Novruzu belə qarşıladılar - FOTO

Müğənni Gülay Zeynallı Novruz bayramında Baliyə yollanıb. Axşam.az xəbər verir ki, sənətçi tətilə qızı Sahilə ilə birgə gedib. O, gəzintisindən görüntüləri sosial şəbəkədə paylaşıb

21 mart
.

Mananadan anası ilə bağlı paylaşım

Əməkdar artist Manana Çaparidze anası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi ad günü olan anasının fotolarını yayımlayaraq, bun ları yazıb:. "Ürəyim, nəfəsim, əzizim, mənim misilsiz anam. Ümid yerim, gözümün işığı, ən mehriban, nəcib, həyatımın mənası, ən sadiq, güclü, düzgü

27 mart
.

Hacı Nuran Meray Kerini təbrik etdi

Aparıcı Hacı Nuran Hüseynov dünyaca məşhur müğənni Meray Keri ilə fotolarını paylaşıb. OLAY yazır ki, o, sənətçinin doğum günü olduğunu qeyd edib. Həmin fotolar isə illər əvvəl çəkilib

29 mart