Əvvəl zorlanıb, sonra edam ediləcək bakirə qızla bağlı AÇIQLAMA

Əvvəl zorlanıb, sonra edam ediləcək bakirə qızla bağlı AÇIQLAMAİki gündür sosial şəbəkələrdə İranla bağlı ağlasığmaz xəbərlər gəzir. İddia olunur ki, Zəhra Haşimi adlı gənc xanıma İran Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı tərəfindən təcavüz edilib. Zəhra özünü qorumaq üçün həmin şəxsi öldürdüyünə görə edam cəzasına məhkum olunub. Xəbərin ən ağlasığımaz tərəfi də budur ki, guya Zəhra bakirə olduğuna görə İran qanunvericiliyinə əsasən, ona öncə təcavüz edilləcək, sonra edam olunacaq. Daha sonra xəbərdə Zəhra Haşiminina ailəsinin edam müddətini bir həftə uzatmağa nail olduğu və kömək gözlədiyi bildirilib.

Faktla bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə müraciət etdik. Səfirlikdən bizimyol.info saytına bildirildi ki, bu kimi xəbərlərə inanmaq gülüncdür. "İran İslam Respublikasıdır. İslam qanunlarında insana təcavüz etmək günah və haramdır. Biz hansı əsrdə yaşayırıq ki, bu qədər vəhşi bir xəbər yayılır və buna inanırlar? Bu İranın düşmənlərinin yaydığı bir xəbərdir, həqiqətlə əlaqəsi yoxdur. Biz bu xəbəri sadəcə soisal şəbəkələrdəki azadlıqdan sui- istifadə kimi qiymətləndiririk".

Hadisə   Baxılıb: 3663   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR