Dövlət Yol Polisi sürücülərə müraciət etdi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
İdarədən Sonxeber.az-a verilən məlumata görə, sürücülər Dövlət Yol Polisinin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər.
Bildirilib ki, yay mövsümündə müxtəlif regionlara səyahətə çıxan, istirahət zonalarına gedən insanların sayı artdığından yollarda nəqliyyatın hərəkət intensivliyi də yüksəlir: "Belə hərəkət zamanı yollarda təhlükəsizliyin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə diqqət yetirilməli bir neçə halı təkrar xatırladır. Səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə bir daha nəzarət edin, soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə mümkün qədər günün sərin vaxtlarında yola çıxın".
Qeyd olunub ki, hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir: "Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, hər hansı qəza zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur. Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir. Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun halda sükan arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz. Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün hesablayın, arxayın olmadığınız, yanlış qərar verməyin. Yol hərəkəti qaydalarına riayət etməklə bayram günlərini özünüzün və əzizlərinizin xoş keçirməsi üçün zəmin yaratmış olarsınız".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 753 Tarix: 14 iyun 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO
Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini
25 aprelSabah 31° isti olacaq
Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər
25 aprelMəşhur pediatorun intihar səbəbi bu imiş
Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi
24 aprelXalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO
"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"
24 aprelİntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara
25 aprelAzərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis
25 aprel