"Ondan sonra gəlinlik paltarı geymədim..." - Şəhid əsgərin nişanlısından hüznlü etiraflar...

"Ondan sonra gəlinlik paltarı geymədim..." - Şəhid əsgərin nişanlısından hüznlü etiraflar...Müharibə çox ailələri başsız qoyur... Çox sevgililər, nişanlılar bir-birindən ayrı düşürlər... Bu acı taleyi yaşamağa məcbur olan müsahibimiz "Nur" kimi...

Özünü "Nur" deyə təqdim edən xanım əsl adını demək istəməsə də, şəhid nişanlısının xatirəsini bu gün də əziz tutur, yaşadır. "Nur" Qarabağ döyüşlərində şəhid olan Mehdiyev Eldəniz Ağamusa oğlu ilə nişanlı olub. Dinlədikcə çox ağrılı taleyi olduğunu görmək insanı üzür...

Bu gün görüşüb söhbət etdik. "Nur" deyir ki, danışanda bir az yüngülləşir, təskinlik tapır.

Beləliklə, moderator.az Qarabağ şəhidimizin nişanlısı ilə söhbəti təqdim edir:

- Eldənizlə qohumuq, atamın əmisi nəvəsidir. Bir sinifdə oxuyurduq. Qəbələ rayonunun Vəndam qəsəbəsində imkanlı ailədə böyümüşəm. Beş bacının sonbeşiyi olmuşam. Nə istəmişəm, alıblar. Eldəniz 9-cu sinifdə etiraf etdi ki, məni sevir. Bir aprel günü bunu dediyi üçün elə bildim ki, zarafat edir. Amma sonradan gördüm ki, yox, həqiqətən də mənə vurulub. Sonradan mən də ona inanıb, onu sevdim. Orta məktəbi bitirdik. Eldəniz Ali Hərbi Məktəbə qəbul olundu.

"Evdə dedim ki, mənim istədiyim var..."

- Eldəniz Bakıda oxumağa başlayanda mənə kəndimizdən elçilər gəlməyə başladı. Evdə dedim ki, mənim istədiyim var, amma buna baxmayaraq anam məni qonşu oğlana verdi. Üzük taxdılar. Bunu eşidən Eldəniz gecəylə Bakıdan bizə gəldi və dedi ki, nişanı qaytar. Bir neçə gün sonra həm mən, həm də Eldəniz bir-birimizi sevdiyimizi atalarımıza etiraf etdikdən sonra mən nişanımı qaytardım. Amma şərt kəsmişdik ki, əgər nişanımı qaytarmasalar, zəhər içib özümüzü öldürək. Onda Eldəniz mənə dedi ki, zəhər içib özümü öldürsəm, anam da özün öldürər. Amma qismətə bax ki, sonradan gedib Qarabağda şəhid oldu.

1992-ci il iyunun 24-də Eldənizlə mənə böyük nişan etdilər. Həmin gecə bizə gəldi və çəpərin qırağında görüşüb söhbət edəndə, bayquş başımızın üstündə dirəyə qonub uladı. Onda bərk qorxdum. Eldəniz dərhal bayquşu qovdu. Fikirləşdim ki, İlahi, bu nə idi belə?!

"Qaraçı qadının dediyi düz çıxdı..."

- Bir gün Eldənizlə bazara getdik. O, özünə kostyum aldı. Evə qayıdıb bizdə oturmuşduq. Gördüm ki, Eldəniz nəsə fikirlidir. Anam soruşdu ki, Eldəniz, sənə nə olub? Dedi ki, bazarda bir qaraçı qadın əlimi açıb dedi ki, altı ay ömrün qalıb, öləcəksən. Bunu biləndə anam dedi ki, inanma, bunlar boş-boş söhbətlərdi. Qaraçılar pul almaq üçün belə sözlər deyirlər. Həmin vaxt aprel ayında toyumuzu etməyi planlaşdırdıq.

"Çay üzərində körpünün uçması nədən xəbər verirdi..."

- Bir gün axşam yenə həyətimizdə Eldənizlə görüşüb söhbət edirdik. Onu yola salanda evimizin yanında çayın üzərində salınmış körpü ortadan bölündü. Bu dəfə də çox pis oldum. Artıq baş verənlər ürəyimə qara fikirlər salırdı.

Yanvarın 25-də doğum günüm idi. Eldəniz Bakıda oxuduğundan anasıgil mənə tort bişirib gətirmişdilər. İçində tort olan qab anamın əlində iki yerə bölündü. Onda baldızım dedi ki, heç bəxtin yoxdu sənin.

"Dedi ki, bizi Qarabağa aparacaqlar..."

- Fevral ayında Bakıya gəldim. Eldəniz məni oxuduğu məktəbə apardı və orada dostları ilə tanış olduq. Onunla şəhərə çıxanda ilk getdiyimiz yer Şəhidlər Xiyabanı oldu. İndi bunu da xatırlayanda görürəm ki, bunlar mənə bir işarə imiş. Fevralın 12-də vağzalda məni yola salanda Eldəniz gəlib yanımda oturdu. Dedi ki, səndən heç ayrılmaq istəmirəm. Deyilənə görə bizi Qarabağa aparacaqlar. Dedi ki, fevralın 14-də gələcəm, gözlə.

"Fevralın 14-də gözlədim, gəlmədi..."

- Yuxuda gördüm ki, kəndimizə sel gəlib və mən Eldənizi axtarıram. Sonra ağsaqqal bir adam gəldi və dedi ki, mən peyğəmbərəm. Üzüyümü barmağımdan çıxarıb başqa üzük taxdı. Dedi ki, sən peyğəmbərin gəlinisən. Fevralın 14-də gözlədim, Eldəniz gəlmədi. Sonra xəbər gəldi ki, Eldəniz yaralanıb. Deməyəsən Qarabağa silah aparanda düşmən tərəfindən vurularaq şəhid olub. 1993-cü il fevralın 16-da axşam saatlarında Eldənizin meyitini gətirdilər. Açıb baxmağa icazə vermədilər. Həmin axşam ayaqyalın qarın içində oturub o qədər ağlamışdım ki,.. Nə etdiyimi bilmirdim. Fevralın 17-də Eldənizi dəfn etdilər. Üç ay özümə gələ bilmədim. Yaddaşım təmiz itmişdi. Heç kimi tanımırdım. Üç aydan sonra özümə gəlməyə başladım. Atam məni xalça sexinə işə düzəltdi ki, başım qarışsın.

"Yenidən mənə elçilər gəlməyə başladı..."

- Mənə yenə elçilər gəlməyə başladı. Bir il sonra Eldənizin adını oxuduğumuz orta məktəbə verdilər. Kəndimizin 11 nəfər şəhidi var. Onda şəhid ailələrini yığıb deyiblər ki, məktəbə hansı şəhidin adını verək. Şəhid ailələri deyib ki, Eldənizin taleyi kimi tale yaşayan olmayıb, onun adını verin. Elə də oldu. Eldənizin kurs yoldaşları da mənə elçi göndərirdilər ki, ailə qurub bu dərddən xilas olam. Amma istəmədim. Ağlamaqdan yastığımın içi çürümüşdü. Bir il sonra mənə iş yoldaşımın qardaşı elçi göndərdi. Onun da qardaşı şəhid olduğu üçün düşündüm ki, şəhid ailəsidi, məni yaxşı başa düşərlər. Amma bu həyatımın ən böyük səhvi idi.

"Atamın üzünə tüpürdüyü üçün boşandım..."

1994-cü ildə ailə qurduq. O, mənə kömək olacaq adam deyildi. İçki aludəçisi idi, hər gün içkili gəlib evi dağıdırdı. İki övladımız var idi, amma bu adam düzəlmirdi. Bir gün ata evimizdə yenə dava saldı. Atam dedi ki, biz sənə nə pislik etmişik? Nə kömək lazımdı, etmişəm. Niyə içkidən əl çəkmirsən? O, buna görə atamın üzünə tüpürdü. Mən də yoldaşımı evdən qovdum, 1998-ci ildə isə məhkəməyə verib boşandım.

"Anam öldü, atam təzədən evləndi..."

- Bir neçə il sonra anam rəhmətə getdi. Sonra atam yenidən evləndi. On beş gün sonra iki uşağımı da götürüb Bakıya bacımgilə gəldim. Bir müddət mağazada və sexdə işlədim. Sonra ikinci həyat yoldaşımla tanış olduq və ailə qurdum. İndi üç övladımız var. Gördüm ki, evi dolandırmağa çətinlik çəkirik. Gedib dərzi sənətini öyrəndim. Şükür, indi dolanırıq, bu qədər ağrılı yollar keçsək də...

"Mən ölən gün Eldəniz də öləcək..."

- "Eldənizi sevməyimi heç kimdən gizlətməmişəm. Həyat yoldaşım da bilir ki, o, mənim yeganə nişanlım olub. Mən ondan sonra gəlinlik paltarı geymədim - söz vermişdim. Heç kim onu mənə unutdura bilməz. Mən ölən gün o da öləcək. Baxdığım insanların hər birində Eldənizin nişanələrini axtarıram. Hər dəfə kəndə gedəndə qəbrini ziyarət edirəm. Mən yalnız onunla xoşbəxt olacaqdım, ancaq qismət olmadı...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2051   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markal

24 mart
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Martın 23-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs qismind

24 mart
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Siyəzəndə 3 bal gücündə zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 4:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 28 kilometr dərinlikd

24 mart
.

Krokusda terror aktının hazırlanması ilə bağlı TƏFƏRRÜATLAR MƏLUM OLUB: Hücumdan bir müddət əvvəl...

Crocus City Hall-da terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "112" Telegram kanalı yayıb. Terror aktından əvvəl onu törədənlərin bir neçə dəfə əyləncə mərkəzinə baş çəkdiyi vurğulanır. "Or

24 mart
.

Polis əməkdaşları 3 ədəd tüfəng təhvil götürüblər

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Bu barədə -a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd tüfəng və 1 ədə

24 mart
.

"Crocus City Hall"da yalın əllə terrorçunu zərərsizləşdirən şəxs danışdı

Moskvada, "Crocus City Hall"da hücumu həyata keçirənlərdən birini yalın əlləri ilə zərərsizləşdirən şəxs konsert zalında baş verənlərdən danışıb. O qeyd edib ki, hadisə vaxtı "Crocus City Hall"da həyat yoldaşı ilə birgə olub. "Mən həyat yoldaşıma baxdım və onun gözlərindəki dəhşət

23 mart
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28 mart
.

Erməni arvadı ilə birlikdə Krokus terrorunda həlak olan azərbaycanlı kimdir?

"Crocus City Hall" terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var. Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb

24 mart
.

Baltalı şəxs onlarla rusu belə xilas edib: "Haradan kəsə biləcəyini axtarırdı"

"Crocus City Hall" konsert zalına gələnlərdən biri balta ilə bir neçə qapını deşərək onlarla rusiyalını xilas edib. xəbər verir ki, bu barədə "İzvestiya"ya terrordan sağ çıxan Tatyana adlı qadın məlumat verib . Onun sözlərinə görə, o, "Crocus"a əvvəlcədən gəlib. Qadın eskalatorl

24 mart