Vidadi Bərdəlinin iddia olunan oğlundan şok açıqlama! - Bunu edən şəxs məni istəməyən biridir - VİDEO

Vidadi Bərdəlinin iddia olunan oğlundan şok açıqlama! - Bunu edən şəxs məni istəməyən biridir - VİDEOBir neçə gün əvvəl mərhum müğənni Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyevin həbs olunması ilə bağlı yayılan xəbərlər Vidadi Bərdəlinin ailəsində narahatlığa səbəb olub. Belə ki, iddia olunan və bəzi xəbər portallarında fotoları paylaşılan Tuncay Vəliyev Vidadi Bərdəlinin oğlu olmadığını açıqlayıb.

Eynilə Tuncay Vəliyev adını və soyadını daşıyan həmin şəxs "Lider" telekanalında yayımlanan "Klip plyus" verilişinin aparıcısı olan və uzun illərdir müğənni kimi fəaliyyət göstərən Tuncay Vəliyevdir (Tuncay Vidadi Bərdəli).

Tuncay Vəliyev özü bununla bağlı həm video müraciət ünvanlayıb, həm də açıqlama verərək bildirib ki, haqqında yazılan məlumatların ona heç bir aiddiyyəti yoxdur:

"Dəfələrlə açıqlama vermişəm ki, mən Vidadi Bərdəlinin oğlu deyiləm. Mən onun doğma böyük qardaşı Vaqif Vəliyevin oğluyam. Amma adı cinayət işlərində qeyd olunan Tuncay Vəliyev isə Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan olan oğludur. İkimiz də eyni adı və soyadı daşıyırıq. Bizim həmin ailəylə münasibətimiz və əlaqəmiz tamamilə yoxdur. Ümumiyyətlə, ilk gündən nə onların bizimlə, nə də bizim onlarla heç bir əlaqəmiz olmayıb. Rəhmətlik Vidadi əmim sağlığında onlara qarşı soyuq münasibətdə idi. Onun həmin ailəyə daimi gediş-gəlişi olmayıb. Bunlar hamısı keçmişdə olub və keçmişdə qalıb. Demək istəyirəm ki, məni həmişə həmin oğlanla səhv salırlar. İnsanlar elə bilirlər ki, mən onun oğluyam. Amma xeyr, mən Vidadi Bərdəlinin qardaşı oğluyam".
O, ad məsələsinə də aydınlıq gətirib: "Əmim sağlığında özü mənə deyib ki, sən muğam və xalq mahnılarımızın ifaçısı kimi istəyirəm ki, adımı yaşadasan. Həmişə adımı üzərində daşı və bunu yaşat! O, bu məqsədlə öz adını mənə həvalə edib. Ömrümün sonunadək bu adı üzərimdə daşıyacağam və yaşadacağam".

Baş vermiş bu çaşqınlıqda onun fotolarının yayılmasında və adının çəkilməsində kimlərinsə vasitəçi olduğunu söyləyən T.Vəliyev deyib ki, bu məsələdə şübhələndiyi şəxslər var: "Bu məsələ kimlərinsə vasitəsi ilə olub. Çünki yetərincə insan bilir ki, mən Vidadi Bərdəlinin qardaşı oğluyam. Şübhələndiyim insanlar var. Adını çəkmək istəmirəm. Bunu edən şəxs məni istəməyən biridir. Kimlərinsə mənimlə qəsdi-qərəzliyi var. Məni istəməyən dostlar da, qohumlar da var".

T.Vəliyev Vidadi Bərdəlinin ailə münasibətləri ilə bağlı fikirlərini də bölüşüb. O, ailəsinin hadisə ilə əlaqədar ciddi narahat olduğunu söyləyib: "Vidadi Bərdəlinin bir qardaşı və iki bacısı var: Vaqif, Solmaz və Yeganə. Bacı-qardaşlar arasında münasibət yaxşıdır. Ailəvi gediş-gəlişləri var. Sadəcə olaraq, baş verən hadisədə mənim adımın çəkilməsi və fotomun yayılması ailəmizə qarşı ləkədir. Mən bəzi jurnalistlərimizdən çox xahiş edirəm ki, mənim adımı bu məsələdə hallandırmasınlar və məni Vidadi Bərdəlinin oğluyla səhv salmasınlar".

Şübhəli şəxs olan Tuncay Vəliyev haqqında danışmaq istəmədiyini deyən T.Vəliyev onu qardaş kimi qəbul etmədiyini açıqlayıb: "Həmin Tuncayla bağlı qətiyyən heç bir şey danışmaq istəmirəm. O, məni maraqlandırmır. Onu qardaş kimi qəbul etmirəm. Qardaşım Orxandır".

Milli.Az Vidadi Bərdəlinin iddia olunan oğlu Tuncay Vəliyevin (Tuncay Vidadi Bərdəli) video müraciətini təqdim edir:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2470   Tarix: 15 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Röya Ayxanın təxirə düşən konserti ilə bağlı AÇIQLAMA - FOTO

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib. xəbər verir ki, "Caspian music"in yaydığı məlumatda qeyd edilib:. "Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatl

25 mart
.

Azərbaycanlı musiqiçi DÜNYASINI DƏYİŞDİ - FOTO

Azərbaycanda musiqiçi vəfat edib. -ə istinadən bildirir ki, Ucar şəhər Uşaq İncəsənət məktəbinin tar müəllimi Tofiq Əliyev 64 yaşında dünyasını dəyişib. Mərhum 40 ildən artıq müəllim kimi fəaliyyət göstərirmiş. Tofiq Əliyev ürək tutmasından vəfat edib. Allah rəhmət eləsin!

16 mart
.

"Yaprak Dökümü"nün qocaman aktrisası TANINMAZ HALDA - VİDEO

İllər öncə milyonları ekran önünə kilidləyən "Yaprak Dökümü" serialının "Cevriyye"si Güler Öktenin yeni görüntüsü yayılıb. xəbər verir ki, 83 yaşlı qocaman aktrisa video çəkdirərək sevənlərinə öz salamlarını çatdırıb. Yaratdığı obrazla çoxsaylı izləyicilərin sevgisini qazanan aktrisanı

24 mart
.

10 illik evlilikləri bitir

Türkiyənin məşhur futbol məşqçisi Fatih Terimin kiçik qızı Buse Terim Volkan Bahçekapılıdan boşanmaq qərarına gəlib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, daha əvvəl evliliklərinə ikinci şans verən cütlüyün boşanma işinə bu gün İstanbul 3-cü Ailə Məhkəməsində baxılacaq. Qeyd edək ki, 2014-c

26 mart
.

"Ən gözəli ailənin xoşbəxtliyidir"

"İnsan üçün ən gözəl bayram onun ailəsinin can sağlığı, əmin-amanlığı, xoşbəxtliyidir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov sosial şəbə hesabında yazıb. Müğənni Novruz bayramı ilə bağlı arzularını bölüşüb:. "Əsl gözəl bayram əziyyətlə, sevgi ilə qazanılan çoxl

20 mart
.

Ququş Azərbaycanla bağlı suala belə cavab verdi - Video

Azərbaycanəsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) izləyicilərinin suallarını cavablandırıb. "Qafqazinfo" xəbər verir ki, sənətçi müəllifi olduğu yutub layihəsində Azərbaycanla bağlı da danışıb. O, izləyicisinin "Bir İran azərbaycanlısı olaraq nədən Azərbaycan dilində albom təqdim etməmisiz

18 mart
.

Afaq Bəşirqızı üsyan etdi: "Niyə Məleykə Əsədovadan yazmırlar?"

Bir müddət öncə Xalq artisti Afaq Bəşirqızının görüntüsü müzakirələrə səbəb olub. Onun yeriməkdə çətinlik çəkdiyi iddia olunurdu. Martın 8-də isə Xalq artisti "Bu şəhərdə" komandasının tamaşasında görüntülənib. A.Bəşirqızının səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. Xalq artist

17 mart
.

"İki bayramı birgə qeyd edirik" - Fotolar

Müğənni Elnur Məmmədov yeni doğulan övladı ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, oğlu Muhammədin üzünü gizlətdiyi şəkilləri sosial şəbəkədə paylaşan sənətçi bunları yazıb:. "Bu gün Muhammədin 40 günü tamam oldu. İki bayramı birgə qeyd edirik. Novruz bayramımız da mübarək". Qey

20 mart
.

Xalq artistinin VƏZİYYƏTİ AĞIRLAŞDI - FOTO

"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində Nina obrazını canlandıran Xalq artisti Natalya Selezneva xəstəxanaya yerləşdirilib. -a istinadla xəbər verir ki, 78 yaşlı sənətçiyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Xalq artisti üç gündür xəstəxanada olduğunu bildirib:. "Viru

17 mart