Cəbhəyanı rayonlarda ağlasığmaz korrupsiya - Əhalinin təxliyyə pulları "yeyilib"

Cəbhəyanı rayonlarda ağlasığmaz korrupsiya - Əhalinin təxliyyə pulları "yeyilib"2016-cı il aprel hadisələri zamanı cəbhəyanı rayonların icra hakimiyyətlərinin yeyintisi ilə bağlı maraqlı məlumatlar əldə etmişik.

Sonxeber.az xəbər verir ki, Yenicag.az-a adının açıqlanmasını istəməyən bir neçə icra nümayəndəsinin verdiyi məlumata görə, aprel döyüşləri zamanı insanların cəbhə xəttinə yaxın kəndlərdən təxliyyəsi üçün hər ailə başına 50 manat dövlət tərəfindən pul ayrılıbmış. Bu məbləğin ayrılmasında məqsəd vətəndaşların kəndlərdən çıxarılması zamanı avtomobilə yanacağın alınması və yaxud taksilərdən istifadə olunarsa, onlara ödənilməsi olub.

Əldə etdiyimiz məlumata görə, həmin günlər ərəfəsində icra başçıları icra nümayəndələrinə dövlət tərəfindən pulun ayrılması barədə məlumat verib və pulun paylanması üçün sənədlər imzaladıblar. Ancaq onlara heç bir pul ödənilməyib.

Döyüşlər bitdikdən sonra isə icra nümayəndələrinə bildirilib ki, ayrılmış pullar yenidən dövlət büdcəsinə göndərilib. Həmin günlər ərzində vətəndaşların evlərinə dəfələrlə gedib-gəlməsini nəzərə aldıqda, bu pula ehtiyaclarının olduğu gün kimi ortadadır. Dövlət tərəfindən ayrılmış pulun vətəndaşlara verilməməsi və sonradan guya dövlət büdcəsinə qaytarılması fikri inandırıcı görsənmir. İcra nümayəndləri bildirir ki, həmin pullar icra başçıları tərəfindən mənimsənilib.

Digər maraqlı bir fakt isə xarici təşkilatların döyüşlər zamanı oyuna gətirilməsi olub. Əldə etdiyimiz məlumata görə, bir neçə xarici təşkilat kəndlərindən təxliyyə edilmiş şəxslərin yerləşdirilməsi üçün icra hakimiyyətlərinə çadırlar verib. Ancaq həmin çadırlar heç bir yerdə qurulmayıb. Çadırların satıldığı deyilir.

Cəbhəyanı rayonların sakinləri ilə söhbət zamanı məlum olur ki, onlara nə yanacaq pulu verilib, nə də çadır görüblər.

Məsələ ilə bağlı geniş araşdırmanı sizə təqdim edəcəyik.
Cəbhəyanı rayonlarda ağlasığmaz korrupsiya - Əhalinin təxliyyə pulları "yeyilib"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7805   Tarix: 16 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021