Аzərbaycanlı milyarderin obyektində dəyəri on milyonlarla ölçülən toy oldu: kimlər gəldi, nələr etdi... - FOTOLAR

Аzərbaycanlı milyarderin obyektində dəyəri on milyonlarla ölçülən toy oldu: kimlər gəldi, nələr etdi... - FOTOLARMoskvada yəhudi mənşəli milyarder Aleksandr Çiqrinskinin qızı İrinanın toyu olub.

Musavat.com-un Rusiya KİV-lərinə istinadən hazırladığı məlumata görə, toy azərbaycanlı milyarder Araz Ağalarova məxsus "Agalarov Esteyt"də baş tutub.

Mərasimdə Rusiya estradasının ulduzları Leps, Qalkin, Baskov, Meladze, Lorak, Katya Lel kimi ulduzları qtılıblar. Onların hərəsi bir neçə mahnı ifa edib. Bundan başqa qonaqlar arasında İqor Krutoy, Alyona Şişkova, Yudaşkina, Emin Ağalarov kimi tanınmışlar da olub. Gecə yarısına kimi davam edən məclis böyük atəşfəşanlıqla başa çatıb.

Rusiya mediasının yazdığına görə, Çiqrinski qızının toyuna on milyonlarla pul xərcləyib. Gəlinin təkcə əynindəki libasın qiyməti 14 milyon rubl (təxminən 400 min manat) olub. Qiymətli daşlarla bəzədilmiş gəlinlik livanlı dizayner Zuhair Murad tərəfindən hazırlanıb.

Qeyd edək ki, Muradın müştəriləri arasında Ancelina Coli, Cenifer Lopes, Beyons kimi ulduzlar var.
Аzərbaycanlı milyarderin obyektində dəyəri on milyonlarla ölçülən toy oldu: kimlər gəldi, nələr etdi... - FOTOLARАzərbaycanlı milyarderin obyektində dəyəri on milyonlarla ölçülən toy oldu: kimlər gəldi, nələr etdi... - FOTOLARАzərbaycanlı milyarderin obyektində dəyəri on milyonlarla ölçülən toy oldu: kimlər gəldi, nələr etdi... - FOTOLAR

Sosial   Baxılıb: 10516   Tarix: 18 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR