Şamaxıda icra başçısı xadimə ilə intriqaya girdi – Məktəbdə nə baş verir?

Şamaxıda icra başçısı xadimə ilə intriqaya girdi – Məktəbdə nə baş verir?Şamaxı rayon 3 nömrəli tam orta məktəbin xadiməçisi Əliyeva Gülmirə rayon icra başçısının qəzəbinə tuş gəlib.

Sonxeber.az İnterpress.az-a istinadən xəbər verir ki, Böyük Xınıslı kəndinin yollarından və digər kommunlar problemlərdən şikayətlənən kənd sakinləri problemlərini bölüşmək üçün Şamaxı Rayon İcra Hakimiyyətinə üz tutublar. Amma onların çağırılmamış qonaq kimi İcra Hakimiyyətinə təşrif buyurmaları rayon meri Asif Ağayevin qəzəbinə tuş gəlib. Bundan qəzəblənən başçı şikayətə gələnləri cəzalandırmağı düşünüb. Elə buna görə də, o, şikayətə gələnləri icra hakimiyyətindən qovmaq üçün şəhər polislərini cəlb edib.

Bundan sonra başçının sifarişi ilə şikayətçilərin kimliyi araşdırılıb. Məlumatda deyilir ki, A.Ağayevin rayon polis şöbəsinin rəisinə verdiyi xüsusi tapşırığına görə, sözügedən şikayətçilərdən rayonda çalışanların hamısının işdən çxıarılması göstərişi verilib. Elə buna görə də, onların arasında təkcə Şamaxı rayon Böyük Xınıslı kənd sakini Əliyeva Gülmirə əməkçi olduğundan işdən çıxarılmaqla cəzalandırılıb.

Belə ki, G.Əliyeva başçı Ağayevin xüsusi tapşırığı ilə çalışdığı 3 nömrəli tam orta məktəbdəki xadimə vəzifəsindən kənarlaşdırılıb. Məktəb rəhbərliyi G.Əliyevanın işdən çıxarılmasını onun öz istəyi ilə baş tutduğunu bildirib. Məlumatda vurğulanır ki, sözügedən məktəbin direktoru Əliyeva Sevda icra başçısının qəbuluna gətirilib və başçı ondan xadimənin işdən çıxarılmasını tələb edib. "Ya sən direktor vəzifəsinən kənarlaşdırılacaqsan, ya da xadimə" – deyə, icra başçısı Asif Ağayev məktəb direktoru Sevda Əliyevanın qarşısına şərt qoyub.

Məsələ haqqında İnterpress.az-ın əməkdaşına danışan G.Əliyeva bildirib ki, haqqının tapdalandığına görə müvafiq orqanlara şikayət edəcək. O, mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən, Vitse-Prezidetn Mehriban Xanım Əliyevadan və təhsil naziri Ceyhun Bayramovdan xahiş edib ki, sözügedən məsələ araşdırılsın.

Məlumat üçün bildirək ki, bu hadisədən sonra A.Ağayev şikayətçilərin acığını bütün kənd sakinlərindən çıxmağa başlayıb. Həmin gündən etibarən Böyük Xınıslı kənd sakinləri rayon icra başçısının göstərişi ilə təzyiqlərə məruz qalıb.

Qeyd edək ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev adı mətbuatda ən çox hallanan başçılardan biridir.

Xatırladaq ki, məktəbin direktoru Əliyeva Sevda 2011-ci ildən bu vəzifəni icra edir. O, icra başçısının rayonda ən yaxın adamlarından biri kimi tanınır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2591   Tarix: 18 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında qalmaqal

Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur. Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir

29 mart
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır - FOTO

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib. xəbər verir ki, Ohanyanla birlikdə "Ermənistan" fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub. Bağani

29 mart
.

"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki

29 mart
.

Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi

"MT Construction" tikinti şirkəti Şuşa şəhərinin "Dəmir Yumruq" küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "MT Constructıon" MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqç

29 mart
.

Şeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA

Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum qardaşının olduğu üzə çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub. Şekspirin atası tərəfindən yazıldığı düşünülən və uzun müddətdir itən sənədi

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart