Bu da xalq artisti Emin Ağalarovun yeni biznesi - FOTO

Bu da xalq artisti Emin Ağalarovun yeni biznesi - FOTOXalq artisti Emin Ağalarov Bakıda "Jara" adlı kanal və radio açmaq istəyir.

Sonxeber.az xəbər verir ki, bu barədə ifaçı "Sputnik"ə müsahibəsində söyləyib.

Eminin fikrincə, "Jara" telekanalının Bakıya inteqrasiyası burada yerli Azərbaycan prodakşınını gücləndirə bilər. Eyni zamanda azərbaycanlı ifaçılar "Jara" festivalında çıxış etməklə Rusiyanın Birinci kanalına çıxa bilərlər.
"Biz sənətçilərimizi təşviq etməliyik. Azərbaycanın xaricində bunu etmək üçün isə onlar türklər kimi yaradıcılıq, repertuar, prodakşn səviyyəsini yüksəltməli, beynəlxalq məhsul yaratmalıdılar. Məsələn, Türkiyənin öz Tarkanı, Rafet El-Romanı var ki, onlar da ölkə xaricində çox məşhurdurlar. Bunun üçün bizdə də bütün imkanlar var, bizə yalnız media resursları lazımdır", - deyə Ağalarov bildirib.

Şou-biznes   Baxılıb: 1990   Tarix: 19 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR