Bizdə uçot dərəcəsi endirildi, ABŞ-da artırıldı: manatın reaksiyası

Bizdə uçot dərəcəsi endirildi, ABŞ-da artırıldı: manatın reaksiyası"Bu gözlənilən idi. ABŞ-ın qiymətli kağızlar bazarı buna hazırıydı".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev iyunun 13-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini 1,75- 2,0%-dək artırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 2018-ci ilin əvvəlində FED-in uçot dərəcəsini 3, daha sonra isə 4 mərhələdə qaldırılacağı barədə informasiya yayılmışdı: "Buna görə də heç bir ajiotaj yoxdur".

Deputat qeyd edib ki, FED-in uçot dərəcəsinin artması ilk növbədə dolların güclənməsinə və ABŞ-dan dollar kütləsinin axınına gətirib çıxarır: " Pul axını ilk növbədə digər ölkələrin ərazisindəki Amerika banklarına olacaq. Bu pullar daha çox ABŞ-ın dövlət istiqrazlarının alınmasına ayrılacaq".

R. Quliyev bildirib ki, FED-in uçot dərəcəsini artırmasının üçüncü dünya ölkələri üçün müəyyən nüansları da var: "Adətən FED-in uçot dərəcəsini artırmasından sonra dünya bazarında neft və qazın, alüminiumun və digər malların qiymətində oynaqlıq olur və daha çox qiymətin aşağı düşməsinə meyillik yaranır. Bir daha deyirəm ki, iqtisadiyyat dünyası buna hazırıydı. Normal haldır. ABŞ hökuməti bu yolla ölkə iqtisadiyyatını sabitləşdirir".

FED-in məlum qərarından bir gün sonra Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin uçot dərəcəsini 11%-dən 10%-ə endirməsinə gəlincə, millət vəkili vurğulayıb ki, Azərbaycan və ABŞ-ın prioritetləri və hədəfləru başqadır: "Bizim məqsədimiz konkretdir".

Onun sözlərinə görə, AMB-nin uçot dərəcəsini endirməsi Azərbaycan manatının məzənnəsinə hansısa formada təsir etməməlidir: "Prinsip etibarı ilə bu, əvvəlcədən planlaşdırılmışdı. Diqqət yetirin ki, manatın məzənnəsi yarım ildən çoxdur stabildir. Nəzərə alsaq ki, Azərbaycanın tədiyə balansı 6 milyard manatdan çoxdur və nefin 1 barelinin qiyməti 70 dollardan aşağı düşmür, qeyri-neft sektorunun inkişafı üzrə göstəricilər proqnozlaşdırılandan artıqdır, buna görə uçot dərəcəsinin aşağı salınmasının manatın məzənnəsinə təsirindən danışmağa gərək yoxdur".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1486   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021