17 yaşlı qızdan oğlanlara qarşı AĞLASIĞMAZ HƏRƏKƏT: intim əlaqə üçün yanına çağırır, sonra... - Bakıda

17 yaşlı qızdan oğlanlara qarşı AĞLASIĞMAZ HƏRƏKƏT: intim əlaqə üçün yanına çağırır, sonra... - BakıdaHədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın barəsində olan hökmdən prokurorun protesti və müdafiə tərəfinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərarda göstərilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinnin hökmü ilə İsmayıl Meybullayev 10 il 6 ay, Rəhim Rəhimov 10 il 6 ay, Elnur Balakişiyev 10 il 3 ay, Rakif Xəlilov 14 il, Asiman Məmmədov 10 il 6 ay müddətimə azadlıqdan məhrum edilib.

Yetkinlik yaşına çatmayan Arifə Musayeva şərti cəza alıb.

Prokuror şərti cəza alan Arifə Musayevanın barəsində həbs qərarı çıxarılmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxslər də apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim heyətinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməmiş saxlanıb.

İttihama görə, Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan sakini, 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub.

İstintaq dövründə Arifə Musayeva barəsində polis nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.

İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə sosial şəbəkələrdə, o cümlədən Feysbukda intim xidmət barədə elan veriblər. Həmin qızlar zəng edərək tora düşən gəncləri kafeyə dəvət ediblər. Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Bahalı içki adı ilə təqdim edilənlər adi meyvə suyu olub.

Sonradan qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb döyərək ciblərindəki pulu alıblar. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr hər birində oxşar olub.

Digər təqsirləndirilən və 2017-ci il yanvar ayından axtarışda olan Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Gültəkin Əsgərova, "Gülü", "Leyla" adlı qızlar və şəxsiyyəti naməlum olan oğlanlar barəsində cinayət işi ayrıca icraata götürüb.

17 yaşlı qızdan oğlanlara qarşı AĞLASIĞMAZ HƏRƏKƏT: intim əlaqə üçün yanına çağırır, sonra... - Bakıda17 yaşlı qızdan oğlanlara qarşı AĞLASIĞMAZ HƏRƏKƏT: intim əlaqə üçün yanına çağırır, sonra... - Bakıdapublika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3953   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart
.

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb. xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub. Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərind

9 aprel
.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

Bakıda bir ailənin üç üzvünü öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ela

11 mart
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel