Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib: "Bizim vaxtımızda..."

Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib: "Bizim vaxtımızda...""Bizim dövrümüzdə heç vaxt kütləvi zəhərlənmə olmayıb. Ağlıma gəlmir ki, çalışdığım 40 il ərzində nə vaxtsa pambıqçılıqda kütləvi zəhərlənmə baş versin. Görünür, indiki halda baş verən zəhərlənmədə dərmanların dozasını artıq edirlər".

Sonxeber.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında keçmiş deputat, bir vaxtların məşhur pambıqçısı, hazırki Prezident təqaüdçüsü Tərlan Musayeva son günlər pambıq sahələrində baş verən kütləvi zəhərlənmə hallarına münasibət bildirərkən deyib.

Tərlan Musayeva bildirib ki, pambıq sahələrində bu cür neqativ halların baş verməsində sahəyə nəzarət edən aqronomun da, məhsulu becərənin də məsuliyyəti var.

"O vaxtlar pambıq sahələrinə mən də dərman səpmişəm. Amma dərmanı sahəyə səpəndən sonra 24 saat kimsə ora buraxılmırdı. Çünki dərmanın təsiri keçməli idi. Mən sahəyə dərman səpən vaxtlarda yanımda ayran, qatıq məhsulları gəzdirirdim. Su əvəzinə onu içirdik. Kolxozdan hər bir işçi üçün süd məhsulları təşkil edilirdi. Əlehyqazdan istifadə edirdik. Əlcəksiz, xüsusi geyimsiz tarlaya girməzdik. İş geyimlərini geyinməsəydik, bizi tarlaya buraxmazdılar. Görünür, indi bu sahəyə nəzarət olunmur. Kənardan gətirilən adamlar da qaydalara əməl etmirlər. O vaxtlar bu sahəyə ciddi nəzarət vardı. Kolxoz sədri də məsuliyyət daşıyırdı".

Tanınmış pambıqçının sözlərinə görə, dərmanlardan düzgün istifadə edilmədikdə əks təsir özünü daha çox göstərir.

"Bəlkə də elə işçilərin yanında dərmanı tarlaya səpirlər. Həmçinin, gətirilən dərmanların dozasından düzgün istifadə etmirlər. Bu cür dərmanlar çox təhlükəlidir. Hətta dərmanların insan orqanizmində 40 il qalma təsiri var. Bizim dövrümüzdə hamilə qadınların pambıq tarlalarında işləməsinə icazə verilmirdi. Çünki bu dərmanların ana bətnində olan uşağı öldürmək riski daha güclüdür".

Xatırladaq ki, son günlər Saatlı, Tərtər, İmişli və Yevlaxdakı pambıq tarlalarında kütləvi zəhərlənmə halları baş verib.
Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib: "Bizim vaxtımızda..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1259   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021