Avtomobili qarət olunan yerli məşhurlar - FOTO

Avtomobili qarət olunan yerli məşhurlar - FOTOSon günlər avtomobil cinayətlərinin sayı artmaqdadır. Bundan əziyyət çəkənlər sırasında yerli məşhurların da adları var.

Bu hadisələrdə onlara fiziki ziyan dəyməsə də, maddi olaraq zərərə uğrayıblar.

İTV-nin aparıcısı Saleh Bağırov da zərərə uğrayanlardan biridir. O, başına gələn hadisəni belə nəql edib:

"İşdən çıxıb maşına oturmaq istəyəndə, gördüm ki, maşının şüşələri sındırılıb, içi pis günə qoyulub. Əl çantam da götürülmüşdü. Günün günorta çağı belə hadisənin baş verməsi məni təəccübləndirdi. Polisə xəbər verdim.

Əməliyyat qrupu gəldi, iki saatın içində həmin adamı tutub gətirdilər. Adam da narkomanın biri. Dedi ki, elə bildim içində pul var, ona görə çantanı oğurladım. Çantanı yaxınlıqdakı zibil qutusuna atdığını dedi, ancaq polislər nə qədər axtardı, tapa bilmədilər.

İçində ətirlərim, şəxsi əşyalarım, vacib sənədlərim vardı. Onları istəmirəm, heç olmasa sənədlərim tapılsın".

Məlumat üçün bildirək ki, Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşlarının araşdırması zamanı onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Zərərçəkənlərdən biri də Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayevdir. Mart ayında onun da avtomobilinə hücum edərək şüşəsini sındırıblar və ona məxsus bir neçə əşyanı oğurlayıblar.

Digər ziyana uğrayan məşhur isə "Eurovision 2014" təmsilçimiz Dilarə Kazımovadır. Yaxın günlərdə baş verən hadisə zamanı müğənninin iki min manat pulunu oğurlayıblar.

"Ayın 7-si, gecə saat 02:00-də studiyadan evə gəldim. Həmişəki yerdə maşınımı saxladım. Bundan öncə də avtomobilimdə dəfələrlə pul saxlamışam. Heç bir şey olmayıb.

Saat 09:00-da həmin iki min manat pulu başqasına verməli idim. İnanmırdım ki, yeddi saat ərzində bu pulu oğurlayarlar. Dünən saat 08:00-də bizə dedilər ki, avtomobilin sağ şüşəsini sındırıblar.

Aparılan təkcə pul deyil. Avtomobilin içindən bahalı parfüm, üç ədəd eynək də götürüblər", - deyə Dilarə bildirib.

Məşhur teleaparıcı Samir Bayramlı da avtomobilinə hücum olunan məşhurlardandır. Onun maşının şüşələri sındırılsa da, içərisindən heç nə oğurlanmamışdı.

Avtomobilinə hücum olunub, xeyli ziyana salınanlardan biri də aktyor Fərda Xudaverdiyevdir.

ATV-də yayımlanan "Laləli saray" serialının əsas qəhrəmanlarından biri olan Nərgiz Əliyeva da zərərçəkənlər sırasındadır.

Ötən il onun da avtomobilinə bir qrup şəxs hücum edib.

N.Əliyevanın "Jeep Wrangler" markalı avtomobilinin şüşələri sındırılaraq, içərisindən dəyərli əşyalar və pul oğurlanıb. O, dörd min manatdan artıq ziyana düşdüyünü qeyd edib:

"Hadisə "Beşmərtəbə" tərəfdə, evimin yaxınlığındakı gözəllik salonunun qarşısında baş verib. Bu ayın 6-sı, axşam saatlarında naməlum şəxslər maşınıma hücum edib.

1500 dollarlıq (2550 AZN) çantam, 1000 manatlıq ayaqqabım və çantamın içərisində olan 550 AZN götürülüb".

Jurnalist Tahirə Məmmədqızının da avtomobili bir müddət öncə qarət edilib. Hücuma məruz qalan avtomobilin pəncərələri sındırılıb və jurnalistə aid əşyalar maşından oğurlanıb.

Qeyd edək ki, məşhurlara qarşı olan bu cinayət hadisələrinin qəsdən, yaxud bilməyərəkdən törədildiyi isə məlum deyil.

oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 981   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021