Samir Şərifov bu ilin dövlət büdcəsinə yenidən baxılmasını zəruri edən amilləri açıqlayıb

Samir Şərifov bu ilin dövlət büdcəsinə yenidən baxılmasını zəruri edən amilləri açıqlayıb"Dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib".

Sonxeber.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bundan başqa, dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

"Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır. Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. 1 milyard 27 milyon manat azaldılması zərurəti yaranıb ki, bu da Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Həmin vergilərin əvəzləşdirilməsi hesabına Vergilər Nazirliyi xətti ilə toplanan daxilolmaların məbləği qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 mln. manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 mln. manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 mln. manat azaldılması təklif olunur. 2018-ci ilin dövlət büdcəsində gəlirləri 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (Ümid, Qarabağ və Babək yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın "Azerenerji" Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün 300 milyon manat vəsaitin subsidiya şəklində ayrılması nəzərə tutulub," - deyə nazir bildirib.

Nazir qeyd edib ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur.

Onun sözlərinə görə, yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 mln. 86,8 mln. manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 mlrd. 981,1 mln. manat və ya 16,5% artacaq: "İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4% və ya 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 673   Tarix: 22 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021