Ermənistan Günnüt əməliyyatından sonra Azərbaycandan xahiş edib

Ermənistan Günnüt əməliyyatından sonra Azərbaycandan xahiş edibŞair Ramaldanov: "Rəsmi Yerevan əhali arasında gərginlik yaranmasından qorxurdu"

"Neytral torpaq anlayışı yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur".

Bu sözləri bir neçə gün əvvəl müdafiə naziri Zakir Həsənov Naxçıvan MR Şərur rayonunun Günnüt kəndi ətrafındakı ərazilərin düşməndən geri alınması barədə danışarkən deyib.

Məhz Laçına gedən yola Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etməsi Günnütün azad edilməsi ilə bağlı bir çox yaxşı məqamları ortaya qoyur.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a açıqlamasında deyib ki, Laçına gedən yola nəzarət edilməsi strateji məsələdir.

"Laçına gedən yola tam nəzarət edirik"

"Hər bir qarış torpağımızın işğaldan azad olunması çoxdankı arzularımızın bu formada yerinə yetirilməsidir. Müdafiə naziri Zakir Həsənov da çıxışında vurğuladı ki, Laçına gedən yola ordumuz nəzarət edir. Yəni o yol çox vacib yoldur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Hətta Ermənistan mətbuatı belə bu haqda yazdı. Guya onlar humanistlik göstərərək bir qrup Naxçıvan sakininin öz yaxınlarının qəbirlərini ziyarət etməsi üçün koridor yaradıblar. Guya onların icazəsi ilə sakinlər Günnütə gediblər. Bunu da ona görə edirdilər ki, erməni əhali hiddətlənməsin. Ermənistanın dövlət sərhəddini keçməmək şərtilə, Azərbaycan bölmələri bizə aid olan həmin istiqamətdə torpaqları işğaldan azad edərək, öz mövqelərini irəli çəkdilər. Videomateriallardan da görünür ki, Ermənistan ərazisi Azərbaycan bölmələrinin vizual nəzarəti altına keçib. Burada Ermənistanın bir neçə yaşayış məntəqəsi var. Əsas da Laçına gedən yolu vizual şəkildə Azərbaycan bölmələri müşahidə edə bilir. Əgər sabah o yoldan Azərbaycana qarşı hər hansı təhlükə olarsa, təbii ki, o yol Azərbaycan bölmələri tərəfindən müdafiə olunacaq. Nəzarət o deməkdir ki, əldə olan silahlar o yolu vurmağa imkan verir".

"Ermənistan tərəfi xahiş etmişdi ki.."

Hərbi ekspert Günnüt hadisələrinin ictimaiyyətdən gizli saxlanılması barədə də söz açıb.

"Günnüt hadisələri bir ay bundan əvvəl baş verib. Əldə etdiyimiz məlumatlara görə, o zaman Ermənistan tərəfi Günnüt zəfərinin geniş işıqlandırılmaması ilə bağlı Azərbaycandan xahiş etmişdi. Bu da Ermənistandakı məlum vəziyyətə görə olub. Çünki erməni əhali arasında gərginlik yaranmasın deyə, belə bir hal baş verib. Bu, düşmən tərəfindən bir xahiş idi. Azərbaycan tərəfi isə humanist addım ataraq müəyyən şəkildə həmin vaxt zəfərimizi işıqlandırmadı.

Naxçıvanda gedən döyüşlərdə bir əsgərimiz şəhid oldu. Həmin vaxt Naxçıvan istiqamətində hazırlıq tədbirləri gedirdi. Sadəcə, əraziləri itkisiz ələ keçirtmək və ərazilərə nəzarəti təmin etmək yolu seçilmişdi. Həmçinin, həmin vaxtlar Ermənistanda siyasi vəziyyət də gərgin idi. Naxçıvanda olan rəhbərlik hərbi savad çərçivəsində düzgün kəşfiyyat aparmış, hazırlıq səviyyəsini dəqiq qurmuş, itkisiz qələbəyə nail olmuşdu. Ordumuz atəşkəsin tələblərinə uyğun olaraq düşmənin qüvvələrini geri çəkilməyə məcbur etdi. Nəticədə 11 min hektar ərazi işğaldan azad edildi. Bura yaşayış məntəqəsi, şərab zavodunun ərazisi, strateji yüksəkliklər daxildir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2074   Tarix: 22 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətind

22 avqust 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021